"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR ERTƏSİ, 22/10/2018, 10:05
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

TƏQVİM

«  FEVRAL 2018  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News
ƏSAS SƏHİFƏ » 2018 » FEVRAL » 21 » Əməkdar artist Lalə Məmmədova maraqlı açıqlamalar verdi
14:05
Əməkdar artist Lalə Məmmədova maraqlı açıqlamalar verdi
TV & ŞOU

Mənə onun lüt bədəni lazım deyil...” Lalə Məmmədova açıqladı

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan əməkdar artist Lalə Məmmədova maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, əməkdar artist, ilk olaraq, verəcəyi konsert barədə danışıb.

"Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində "Dan ulduzu" ansamblıyla bir yerdə ötən ilin mahnılarından və öz repertuarıma daxil olan bir neçə mahnıdan ibarət konsert verəcəyik. "Məktəb illəri" mahnısı artıq mənim vizit kartımdır. Konsertlərdə hamı məndən o mahnını gözləyir. Deyirdim sürpriz olsun, ancaq deyecəm, saxlamayacam. İlhamə xanımın repertuarından "Qaragilə" mahnısı da proqrama salınıb. Faiq Sücəddinovdan, Mehriban Əhmədovadan olan mahnılar "Dan ulduzu" ilə ilk dəfə orda səslənəcək. Fikrimcə, yaxşı olacaq. Konsert yorucu olmamalıdır. Mən 3-5 saat da oxuya bilərəm. Gələnləri o qədər yormaq da olmaz".

Ucuz qalmaqallara heç vaxt daxil olmadığını dilə gətirən sənətçi haqq sözünü hər zaman deməyi bacardığını söyləyib.

"Mən həmişə sözümü deməyi bacarmışam. Sadəcə, baxır hansı söz-söhbətdə insanın adı hallanır. Elə ucuz söz-söhbətlər var ki, insan onu özünə heç yaxın tutmur. Sənətə aidiyyəti olmayan insanlar sənətə müdaxilə edirlər. Elələrinə bir kəlimə sual vermək lazımdır ki, sən kimsən? Biz həmkarlarımızla öz aramızda məsələni həll edə bilərik".

Hər zaman üçüncü adamların suyu bulandırması ilə yaranan qalmaqallara toxunan müğənni sənət dostlarına öz tövsiyələrini verib:

"Arada suyu bulandıran, dəxilsiz bir yerdə özünü ortalığa atan təsadüfi insanlar çoxdur bu sahədə. Burdan bütün həmkarlarıma səslənirəm. Heç vaxt, heç kimin sözünə uymayın. Sənət yoldaşlarım, imkan verməyin ki, təsadüfi insanlar meydanı bulandırsın. Mən dünən əgər Röya və İradə barəsində açıqlama vermişəmsə, sabah istəmərəm başqa sənət yoldaşım arasında anlaşılmazlıq olsun".

Müğənni və model Afaq Aslanla aralarında yaranan gərginlikdən danışan Lalə Məmmədova yenə də eyni düşüncədə olduğunu söyləyib.

"Model Afaq Aslan haqda bir söz dedim, ancaq sənətlə bağlı dedim. Dedim ki, sənət göstərsinlər, mənə onun lüt bədəni lazım deyil. O, təhqir deyildi, əslində. O, sənətə sənətçinin bir üsyanı idi, cəmiyyətə çağırış idi".

Afaq Aslan isə ötən buraxılışlarımızdan birində Lalə Məmmədova ilə bağlı bu fikirləri səsləndirmişdi:

"Sən əməkdar artistəm deyirsənsə, mən həmin atmacaları titula yaraşdırmıram. İndiyədək dəfələrlə Lalə Məmmədovanın şəkilləri qarşıma çıxıb. Baxsın görsün, mən bircə dəfə onun şəkillərinin altına yazmışam ki, necə zövqsüz geyinir, yaxud bu, nə makiyajdır ey, kişiyə oxşayır".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

 

Bölmə: TV & ŞOU | Baxılıb: 78 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar