"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ AXŞAMI, 11/12/2018, 20:35
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

TƏQVİM

«  MAY 2018  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News
ƏSAS SƏHİFƏ » 2018 » MAY » 18 » Əmək və əhalinin sosial müdafiəsi naziri Mingəçevir şəhərində sakinlərlə görüşüb
17:45
Əmək və əhalinin sosial müdafiəsi naziri Mingəçevir şəhərində sakinlərlə görüşüb
İQTİSADİYYAT

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mingəçevir şəhərində 5 şəhər və rayonun sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mingəçevir şəhərində bu şəhərin və Naftalan şəhərinin, Yevlax, Ağdaş, Goranboy rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına, bərpa müalicəsinə cəlb edilmə, əlilliyin qiymətləndirilməsi, ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardımların verilməsi, əmək hüquqlarının müdafiəsi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması və s. məsələlərlə bağlı olub. S.Babayevin tapşırığı ilə ayrı-ayrı məsələlərin elə yerindəcə həll olunması təmin edilib. Eləcə də vətəndaşlardan bir qisminə müraciətlərinə uyğun olaraq peşə bacarıqlarına uyğun iş yerləri ilə təmin olunmaları üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər verilməsi tapşırılıb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib.

S.Babayev, eyni zamanda, bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanın icra mexanizmi, qeyd edilən hərbi qulluqçuların vərəsələrinin birdəfəlik yardımlarla təmin edilməsi üçün aparılan işlər barədə məlumat verib. Nazir Fərmanın yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə həyata keçiriləcəyini diqqətə çatdırıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə aparılan işlərdən bəhs edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına əsasən, sosial təminat və əlilliyin qiymətləndirilməsi sistemlərinin bütün həlqələrində şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, bu sistemlərin ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşdırılması hazırda Nazirliyin əsas məqsədlərindən biridir.

Aparılan islahat tədbirlərinin bu məqsədə xidmət etdiyini vurğulayan nazir Mingəçevir, Naftalan şəhərlərində, Yevlax, Ağdaş, Goranboy rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına dəstəyin göstərilməsi və digər sahələrdə görüləcək işlər barədə də məlumat verib. Nazirliyin Naftalan şəhərində və Yevlax rayonundakı Əlillərin Regional Bərpa Mərkəzlərində hazırda əsaslı təmir işlərinin aparıldığı və hər iki mərkəzdə müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılacağı diqqətə çatdırılıb.

Bir sıra şəxslər müraciətlərinə uyğun olaraq reabilitasiya vasitələri ilə təmin edilmələri, bərpa müalicəsinə, özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb olunmaları üçün qeydiyyata alınıblar. Müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin qısa müddətdə araşdırılması və nəticəsinə uyğun tədbirlərin görülməsi tapşırılıb.

Vətəndaşlar əhalinin sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya, respublikamızın bölgələrində yeni iş yerlərinin açılmasının daimi xarakter alması və əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən kompleks tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Bölmə: İQTİSADİYYAT | Baxılıb: 178 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar