"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 18/07/2018, 20:29
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  MAY 2018  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

XARİCİ XƏBƏRLƏR

ƏSAS SƏHİFƏ » 2018 » MAY » 18 » Laçının işğalından 26 il ötdü
10:27
Laçının işğalından 26 il ötdü

 Laçının işğalından 26 il ötdü

İCTİMAİ-SİYASİ

Xocalı soyqırımını törədən ermənilər cəzasız qaldıqlarından öz vəhşi hərəkətlərini davam etdirirdilər. Növbəti hədəf Şuşa və Laçın idi. Bu şəhərlər də siyasi oyunların, çəkişmələrin, xəyanətin qurbanı oldu. Bu il mayın 18-də Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 26 il keçir.

Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələrində, Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər, 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə müəssisəsi və sair mövcud olmuşdur.

Д°CTД°MAД°-SД°YASД°Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir.

Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Laçında olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.

Laçın rayonunun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlır abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qorunub saxlanmışdır.

Maddi-mədəni irsi

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdur.

1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldımışdı.

Д°CTД°MAД°-SД°YASД°

Sarı Aşığın xatirə muzeyi

Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmamışdır. Muzey kompleksi erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yerlə yeksan edilmişdir.

Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin ümumi sahəsi 1200 kv/metrdən çox idi. Muzey 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu.

Laçın Tarix və Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərmişdir. Bu muzey yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi.

Д°CTД°MAД°-SД°YASД°

Laçın Tarix və Diyarşünaslıq Muzeyi

Saray Laçın rayonunun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. İşğaldan sonra bu kəndin adını dəyişdirərək Melikatun adlandırmışlar. Hazırda işğalçılar “Həmzə Soltan” sarayını təmir edərək turistlərin qonaq evi (hotel) kimi istifadə edirlər.

Həmzə Soltan sarayı

El arasında “Kar günbəz” adlanan ikinci Cicimli türbəsi içəridən xaçvarı, bayır tərəfdən isə kvadrat şəkillidir. Bu abidənin XVII əsrdə inşa edildiyi ehtimal olunur. Hər iki abidə hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Türbəyə düzbucaqlı aşırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdür. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur. Araşdırıcılar Cicimli türbəsinin XII-XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında, Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.

Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan Məlik Əjdər türbəsinin içərisi dairəvi, bayır tərəfdən isə səkkizbucaqlı formadadır.

Д°CTД°MAД°-SД°YASД°    Cicimli kəndinin türbələri

Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna - monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan məbədi Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Ağoğlan məbədinin uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun - pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür. Abidə 1992-ci il may ayının 18-dən etibarən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Laçın rayonunu işğal etdikdən sonra ermənilər qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. 2006-cı ildə ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə bu abidənin erməni Qriqorian dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bazalt daşdan yonulub gətirilmiş 2 ədəd xaç daşı basdırıblar. İşğaldan sonra ermənilər bu məbədi «Cicernavank» adlandıblar.

Ağoğlan məbədi

Laçın rayonunun ermənistan silahlı dəstələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılmışdır. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin yalnız 70%-ə qədərini təşkil edir.

Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir.

Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.

Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir.

Memarlıq abidələri

2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.

Milli tərkibi

İşğal olunmuş rayonun yerli əhalisi 01 yanvar 2014-cü il tarixə 73.3 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir. Bu məqsədlə əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonuna ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirir. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.

Azərbaycan əhalisinin siyahıyaalınması

Azərbaycan Respuplikasının Prezident İlham Əliyev bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.

1992-ci ildən dağlar gözəli Laçın, erməni daşnaklarının ayaqları altında inildəyir. Hal-hazırda laçınlılar ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar.

Ermənilər tərəfindən işğalının nəticələri, Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 267 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 225 nəfər əlil olmuş, 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid və yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan 6 nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Laçının itkisi Mütəllibov rejiminə son zərbə oldu. Ayaz Mütəllibovun qadağana baxmayaraq, etiraz aksiyaları keçirildi və Xalq Cəbhəsi fəalları silahlı çevrilişə nail oldular. Hökumət qüvvələri və Xalq Cəbhəsinin dəstəkçiləri arasında döyüşlər siyasi müxalifətin Bakıda parlament binasının, hava limanının və prezident ofisinin ələ keçməsinə səbəb oldu. 1992-ci il iyunun 16-da Əbülfəz Elçibəy Azərbaycanın prezidenti seçildi və Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir çox siyasi liderləri deputat oldular. Təhrikçilər Ayza Mütəllibovu Qarabağ müharibəsində özünü həsr etməyən və zəif lider kimi xarakterizə etmişdilər. Əbülfəz Elçibəy ruslardan heç bir yardım almasının əleyhinə idi və əvəzinə Türkiyəyə yaxın əlaqələrinin tərəfdarı idi. Döyüşlər Naxçıvana da çatmışdı, hara ki, 1992-ci ilin may ayında erməni qoşunları tərəfindən atəşə tutulmuşdu.

Qondarma Respublikanın baş naziri Vəkil Mustafayev seçilir və bu işin təşkilatçıları kürdləri Laçına çağırması bir nəticə verməmişdi. Buna səbəb isə Laçın işğal olunarkən azərbaycanlılarla bərabər kürdlərdə ərazini tərk etmişdilər. Bu səbəbdən sosial bazanın olmaması qondarma respublikanın mövcudluğunu mümkünsüz edirdi. Üstəlik bölgənin kürd əhalisi say baxımdan Azərbaycan türklərindən dəfələrlə az idi. Qondarma respublika elan edilsədə fəaliyyətə başlamamışdır.

Ermənistan dəstələri tərəfindən, rayon ərazisini işğal edildikdən 2 gün sonra ermənilər tərəfindən, rayonun işğalına beynəlxalq aləmdə, don geyindirmək məqsədi ilə, qondarma "Kürd Respublikası" yaradılması ortaya atıldı. İrəvan bələdiyyəsi öz təşkilatçılığı ilə, bu ideyanı dəstəkləyən bir dəstə kürd əhali (təxminən 50 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçın şəhərinə gətirilimişdi. Əsas kimi isə 1923-cü ildə yaradılan Qırmızı Kürdüstan göstərilirdi. Halbuki, Qırmızı Kürdüstan yaradılarkən siyahıya alınma nəticəsində yerli əhalinin 94 % Azərbaycan türkü, 6 % isə kürd olması müəyyənləşir. Sosial bazanın olmamasından dolayı muxtariyyət 1929-cu ildə ləğv edilmişdir.

Qarışıqlığa qatqı təmin etmək üçün, mayın 18-də erməni qüvvələri ermənistanı və Dağlıq Qarabağı ayıran dar dəhliz olan Laçının işğalı hücumuna başladı. Şəhər özü zəif mühafizə olunurdu və növbəti gün ərzində ermənistan dəstələri tərəfindən şəhərə nəzarət etdi və ermənistanla bölgəyə bağlı yol açmaq üçün, qalan azərbaycanlıları yurdlarından qovurdular. Şəhərin alınması quru marşrutla ermənistandan Qarabağın dağlıq bölgəsi Laçına qədər özünü təchizat edən karvanların bağlanamasına icazə verirdi.

Laçın uğrunda döyüş zamanı, Şuşanın işğalı Azərbaycan Milli Məclisini Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov günahlandırmağa və güclə onu aradan götürülməsinə vadar etdi və Mütəllibovun Xocalının itkisi hər hansı bir məsuliyyət daşınmasında təsdiq edən faktlar aşkar etmədiyindən, Ali Sovet öz qərarını ləğv edir və 1992-ci il mayın 15-də vəzifəsinə qaytarır. Bir çox Azərbaycanlılar həmin ilin iyun ayında planlaşdırılan parlament seçkilərinin ləğvinin əlavə aktı kimi görürdü. Azərbaycan Milli Məclisini həmin dövrdə ölkənin kommunist rejiminin keçmiş liderlərindən ibarət idi və Xocalı və Şuşanın itkiləri azad seçkilər üçün onların istəklərini yalnız artırdı.

Eyni zamanda hazırda məcburi köçkünlük həyatı yaşayan, rayonun rəsmi mətbuat orqanı olan “Laçın” qəzeti 1931-ci ildən nəşr olunur.

Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək, məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.

Laçın rayonu Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. 1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın işğal olundu. Laçın da Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün, mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı, minlərlə baş mal-qara aparıldı, ən başlıcası isə laçınlılar doğma obalarından perikdüşərək respublikamızın bölgələrinə səpələndilər. Sərvəti talan olunaraq erməni tərəfindən ermənistana daşındı. Mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan imzalamışdı. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı.

Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində bir neçə rayonlar formalaşdırıldı. Kürdüstan qəzası ərazisində 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi, təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.

Əvvəlcədən qeyd etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də "Laçın" adına rast gəlmək olur. Hal-hazırda, eləcə də yaxın keşmişdə bu adı axtarmaq çox asandır. Laçın adlnı daşıyan şəxslər hal-hazırkı dövrdə də vardır. Ancaq buadın sorağı ilə uzaq keçmiçə müraciət etdik də məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" sözü diqqəti cəlb edir. Onun adı belədir - Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.

Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik - Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.

"Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir. Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.

Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. Laçın şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurğ tərəfindən, yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. Laçın sözü “məğrurluq” mənasını bildirir.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K.b.P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü - Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.

1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində, təxminən yarım milyon müsəlman həlak olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dığı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq, Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.

Laçın rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindən və müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri-IX əsr, Dəmrovlu Pir Məbədi-XI əsr, Məlik-Əjdər türbəsi-XII əsr, Uşaq qalası-XV əsr, Kar kümbəz-XVII əsr, habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 ölkə və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.

XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar. Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı. "Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirmişlər. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar. "Laçın" türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.

Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir. Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.

Şəhərin adının tarixçəsi

Laçın rayonu Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə ermənistan ilə həmsərhəddir. Rayonun ərazisi 1883 kv. km., əhalisi 65430 nəfər olmuşdur, Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Laçın rayonu 18 may 1992-ci ildə ermənistan tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

 

K.Ələkbərli
Baş redaktor
 

Bölmə: İCTİMAİ-SİYASİ | Baxılıb: 193 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar