"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR ERTƏSİ, 25/06/2018, 13:28
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

VANDALİZM

TƏQVİM

«  YANVAR 2018  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

XARİCİ XƏBƏRLƏR

ƏSAS SƏHİFƏ » 2018 » YANVAR » 26 » İnformasiya Texnologiyaları İnstitutunda Əlcəzairin Azərbaycandakı səfiri ilə görüş
11:17
İnformasiya Texnologiyaları İnstitutunda Əlcəzairin Azərbaycandakı səfiri ilə görüş
İCTİMAİ-SİYASİ
İnformasiya Texnologiyaları İnstitutunda Əlcəzairin Azərbaycandakı səfiri ilə görüş

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, cənab Abbes Benmoussat ilə görüş keçirilib. Əsas məqsəd iki ölkə arasında elmi əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Öncə çıxış edən cənab A.Benmoussat təmsil etdiyi ölkə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqdan söz açıb. Gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əlaqələrin davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması və birgə tədqiqatlarda iştirakın vacibliyini vurğulayıb.

Səfir yaxın vaxtlarda Əlcəzairdən olan nümayəndə heyətinin Azərbaycana səfərinin nəzərdə tutulduğunu, bu heyətin tərkibində Əlcəzair Elm və Texnologiya Akademiyasının prezidenti, prof. xanım Malikə Allab-Yakerin də yer alacağını qeyd edib.

İCTİMAİ-SİYASİ

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycanla Əlcəzair arasında müxtəlif istiqamətlərdə – siyasi, iqtisadi və digər sahələrdə mövcud olan tarixi əlaqələrdən danışıb, elmi əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

Daha sonra qonağa institutun Tədris-İnnovasiya Mərkəzi və AzScienceNet-in Verilənlərin Emalı Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam kimi İnternet xidmətləri göstərilir. 1 Gbit/s sürətlə Pan-Avropa elm və təhsil şəbəkəsinə (GEANT) qoşulmuş AzScienceNet-in hesablama gücü 17 Tflops, xarici yaddaşının həcmi isə 400 Tbayt-a bərabərdir.

Səfir A.Benmoussat institutda yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib, birgə əməkdaşlıq üçün lazımi köməkliyi göstərməyə hazır olduğunu deyib.

Bölmə: ELM VƏ TƏHSİL | Baxılıb: 22 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar