"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 23/05/2018, 06:54
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  YANVAR 2018  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

ƏSAS SƏHİFƏ » 2018 » YANVAR » 29 » Bu ilin sonunda Rumıniya ilə Moldovanı birləşdirəcək qaz xətti istismara veriləcək
01:57
Bu ilin sonunda Rumıniya ilə Moldovanı birləşdirəcək qaz xətti istismara veriləcək
İCTİMAİ-SİYASİ

Bu ilin sonunda Rumıniya ilə Moldovanı birləşdirəcək qaz xətti istismara veriləcək

Rumıniya ilə Moldovanı birləşdirəcək Ungen-Kişinyov qaz xətti bu ilin sonunda istifadəyə veriləcək.

Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Moldovanın avrointeqrasiya üzrə baş nazirinin müavini Yuri Lyanke deyib.

Onun sözlərinə görə, Rumıniya hökuməti bu ilin sonuna qədər Kişinyov-Ungen qaz kəmərinin tikintisinə dair dəqiq bir öhdəlik götürüb.

"2014-cü ildə istifadəyə verdiyimiz İaşi-Ungen boru kəmərinin paytaxta qədər uzadılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”,- deyə o əlavə edib.

Rumıniyanın Moldovadakı səfiri Daniel İonita isə ölkə kanallarından birinə müsahibəsində bəyan edib ki, Rumıniyanın “Trasnqaz” şirkəti tenderdə “Ungen-Kişinyov” qaz xəttinin tikintisini həyata keçirmək məqsədilə yaradılan “Vestmoldtransqaz” şirkətinin aksiyalarını əldə edəcəyi təqdirdə, kəmərin tikintisi tez bir zamanda reallaşdırılacaq.

“Qaz kəməri Moldovanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, iki ölkənin qaz-nəqliyyat sistemini birləşdirəcək. Bu da, Moldovaya gələcəkdə “Qazprom”la imzalanacaq yeni müqavilənin danışıqları zamanı əlavə üstünlük verəcək”, - deyə səfir əlavə edib.

Uzunluğu 120 km olan “Ungen-Kişinyov” qaz xətti layihəsinin ümumi dəyəri təqribən 100 mln avrodur. 2015-2016-cı illərdə "İaşi-Ungheni" qaz kəməri vasitəsiylə Rumıniyadan Moldovaya 1 mln. kubmetr qaz nəql olunub. Paytaxt Kişinyova qədər uzanan yeni kəmər tikildikdən sonra onun illik ötürücü gücü 1,5-2 milyard kubmetr qaz olacaq.

Sözügedən layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Komissiyası və AvroİnvestBank maliyyələşdirəcək. Artıq AYİB Moldovaya 41 milyon, Avropa Komissiyası isə 10 milyon avro vəsaitin ayrılması barədə qərar qəbul edib.

Bölmə: İQTİSADİYYAT | Baxılıb: 26 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar