"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 22/02/2018, 00:47
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  YANVAR 2018  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

ƏSAS SƏHİFƏ » 2018 » YANVAR » 25 » Cənubi Qafqazdakı münaqişələri müzakirə edəcək
17:14
Cənubi Qafqazdakı münaqişələri müzakirə edəcək
İCTİMAİ-SİYASİ

ATƏT-in fəaliyyətdə olan sədri və Rusiya XİN başçısı Cənubi Qafqazdakı münaqişələri müzakirə edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano fevralın 1-də Rusiyada işgüzar səfərdə olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Xarici işlər nazirlərinin görüşü zamanı 2018-ci il üzrə iş planı, o cümlədən ümumavropa çağırışlarına kollektiv cavabların tapılması, təhlükəsizlik məsələləri, inamın bərpa olunması, həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, kiber təhdidlərə qarşı mübarizədə Təşkilatın rolu müzakirə olunacaq. 

Həmçinin ATƏT məkanında, o cümlədən Ukraynada, Dnestryanıda, Cənubi Qafqazda regional münaqişələrin həllinə yardım məsələləri müzakirə olunacaq, - M.Zaxarova vurğulayıb.

Mariya Zaxarova: “Rusiya bu il Minsk qrupunun həmsədri kimi effektivliyini artırmaq niyyətindədir”
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı sülhməramlı prosesdə effektivliyini artırmaq niyyətindədir".

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Rusiyanın bu il ATƏT-in Minsk qrupunun həmsədri kimi aktivliyini qorumaq və artırmaq niyyətində olub-olmamasıyla bağlı suala o belə cavab verib: "İlk növbədə, işin effektivliyini yüksəltmək lazımdır".

"Məncə, hamı elə bununla məşğuldur", - M.Zaxarova əlavə edib.

Bölmə: İCTİMAİ-SİYASİ | Baxılıb: 6 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar