"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 18/07/2018, 20:40
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  MAY 2018  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

XARİCİ XƏBƏRLƏR

ƏSAS SƏHİFƏ » 2018 » MAY » 21 » AŞPA-da ikili standartların daha bir bariz nümunəsi
10:25
AŞPA-da ikili standartların daha bir bariz nümunəsi
İCTİMAİ-SİYASİ

AŞPA-da ikili standartların daha bir bariz nümunəsi

Xalqqazeti.com”dan verilən məlumata görə, AŞPA deputatlarının böyük əksəriyyəti tamamilə başqa fikirdə olsalar da, qurum rəhbərliyinin tapşırığı ilə işləyənlər Azərbaycan parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya tətbiq edilməsi barədə qərar layihəsinə səs verdilər. Biz ölkəmizə və təmsilçilərimizə qarşı belə münasibəti təkcə AŞPA- nın mayın 15-dəki iclasında görmədik. Belə hallar əvvəllər də dəfələrlə baş verib və hamı görüb ki, Azərbaycan nümayəndə heyəti qərəzli, ədalətsiz münasibətlərlə qarşılaşır. Təmsilçilərimiz həmin qurumda həm erməni işğalçılarının qaniçənliyini sübut etməli olurlar, həm də ikili standartlardan yaranan qərarların əsassızlığını.

Bu məsələni Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 16-da keçirdiyi mətbuat konfransında xüsusi olaraq vurğulayıb: “Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə əməkdaşlıq edir. Lakin bu, o demək deyil ki, Avropa Şurasının həmin strukturlarında ölkəmizə qarşı qərəzli mövqe yoxdur. Mayın 15-də Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qərar da bu ikili standartların bariz nümunəsidir... Avropa Şurasında sağlam qüvvələr olsa da, Azərbaycana qarşı olan qüvvələr, erməni lobbisi ölkəmizlə bağlı qərəzli mövqe nümayiş etdirirlər. Lakin həmin qüvvələr Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə təsir göstərə bilməyəcəklər. Ermənistan və onun ətrafında olan qüvvələr beynəlxalq arenada Azərbaycana uduzduqları üçün başqa taktika seçirlər”.

Təmsilçimiz xatırladır ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini qaldırır, Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. Ona görə də təkcə Azərbaycan nümayəndələri deyil, Azərbaycanın mövqelərin müdafiə edən avropalı deputatlar da dövrü olaraq cəzaya, sanksiyaya məruz qalırlar: “AŞPA-da sanksiya tətbiq olunan insanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bu qərəzli addımlar bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir. Azərbaycanın Avropa Şurası ilə çox yaxşı münasibətləri var, ancaq bunu gözü götürməyən qüvvələr ölkəmizi bu yoldan çəkindirmək istəyirlər. Lakin heç kim düşünməsin ki, biz bu meydanı tərk edəcəyik”.

Xatırladaq ki, artıq Avropada da hamının bildiyi kimi, Azərbaycan nümayəndə heyəti rəhbərinin adı məlum siyahıya qərəzli şəkildə salınıb. Ancaq həmin qərəzli sanksiya bizim nümayəndələrimizin söz demək imkanlarına, hansısa sənədlərin hazırlanmasına heç bir məhdudiyyət yarada bilməz. Bildirilir ki, bu qərəzli addım Azərbaycanın qurumda normal fəaliyyətinə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına heç bir əngəl yaratmayacaq. İkili standart müəllifləri, ermənilər və ermənipərəstlər istəsələr də, istəməsələr də, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək.

Təbii ki, nümayəndəliyimizin üzləşdiyi qərəzli yanaşmaya hər bir vətəndaş reaksiya versə də, ilk növbədə dövlətimizin reaksiyası maraqlı idi. Ona görə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə mətbuat vasitəsilə münasibət bildirərkən deyib ki, Avropa Şurası və onun qurumları Azərbaycanın nümayəndələrinə münasibətdə davamlı olaraq qərəzli mövqe sərgiləyirlər: “Avropa Şurası ədalət və insan hüquqlarının qoruyucusu kimi özünü təqdim etməsinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində bütün fundamental hüquqları kütləvi şəkildə pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarının müdafiəsi və onlara münasibətdə ədalətin təmin olunması baxımından heç bir iş görmür və etinasız mövqe göstərir”.

Yeri gəlmişkən, Milli Məclisin mayın 18-də keçirilən növbəti plenar iclasında cari məsələlərin müzakirəsi zamanı da AŞPA-dakı “dostlarımız”ın köhnə ənənəyə sədaqət nümayiş etdirərək, ölkəmizə qarşı qərəzli qərar qəbul etməsinə münasibət bildirilib. Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarından bəhs edərkən deyib ki, AŞPA-nın belə əsassız qərarlarının əvvəllər də olduğunun şahidiyik: “Biz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş fransalı deputatın AŞPA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etməsi üçün ölkəmizə gəlməsinə icazə vermədik və bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanksiyaya görə iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik. Yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi”.

Azərbaycan Parlamentinin təmsilçisinə qarşı qəbul edilən qərarın ədalətsiz olduğunu söyləyən Oqtay Əsədov bildirib ki, bu sanksiya bizə təsir göstərməyəcək. Biz Səməd Seyidovun fəaliyyətinə bələdik. O, nümayəndə heyətinin rəhbəri, komitə sədridir. Azərbaycan nümayəndə heyəti fəaliyyətini bundan sonra da davam etdirəcək.

Parlamentin iclasında iştirak edən Səməd Seyidov isə bildirib ki, AŞPA-nın qərarı ikili standartların ölkəmizə birbaşa şamil olunmasıdır. O qeyd edib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanksiyaya məruz qalmırlar: “Azərbaycan torpaqlarını işğal edən, etnik təmizləmə siyasəti yürüdən Ermənistan belə sanksiyalara məruz qalmayıb. Ancaq Azərbaycan öz haqq sözünü ortaya qoyanda müəyyən sanksiyalara məruz qalır. Bu da ikili standartların olduğunu göstərir. Biz bu nöqteyi-nəzərdən çox düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir. Çünki mən Azərbaycanın maraqlarını qoruyuram. Bir insan kimi, bu, təbii ki, mənim üçün o qədər də asan deyil. Bu gün Azərbaycan Prezidentinin apardığı siyasət həm Avropada, həm də dünyada öz təsdiqini tapıb. Biz bu siyasətin bəhrəsini artıq görürük”.

Azərbaycanın Avropa miqyaslı bir beynəlxalq təşkilatdakı təmsilçisinin cəzalandırılmasının səbəbini qitə miqyaslı digər bir beynəlxalq təşkilatdakı təmsilçimiz daha açıq şəkildə əsaslandırıb. Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Səməd Seyidova qarşı qəbul edilən qərara münasibət bildirərkən deyib: “Saxta məlumatlar əsasında hazırlanan, qəbul olunan bu qərar tam qərəzlidir və ölkəmizə qarşı uzun müddət aparılan təzyiq kampaniyasının tərkib hissəsi, davamıdır”.

Jurnalist Sənan Nəcəfov isə Səməd Seyidovun konkret nəyə görə cəzalandırıldığını dilə gətirir: “Səməd Seyidov bilməli idi ki, Ermənistanın işğalçı olduğunu elə böyük tribunadan səsləndirməsi ona baha başa gələcək. Serjiki sualları ilə divara dirəyəndə, o da qoyun kimi gözünü döyəndə erməni mafiyası qisas alacaqdı. Aldılar. Hələ daxildəki “5-ci kolon” da var, satqınlar, vlasovlar da var”.

Bəli, öz haqqını tələb edən, bir milyon soydaşını qaçqın-köçkün kimi öz ata-baba yurdundan didərgin salan erməniləri “işğalçı” adlandıran, Ermənistanın separatçı, terrorçu, təxribatçı siyasətini dünya ictimaiyyətinin nəzərinə çatdırmaq istəyən Azərbaycan parlamentarisi əvvəlcə təzyiqlərə, sonra isə sanksiyaya məruz qalır. Budur Avropa reallığı, budur AŞPA-nın insan hüquqlarını qorumasının təsdiqi, budur “köhnə qitə”nin köhnədən də köhnə bəlalarından yaranan böhranın yaratdığı acınacaqlı vəziyyət.

Avropa bu gün, sözün həqiqi mənasında demokratiyanın böhranlı dövrünü yaşayır. Qaniçənlərin, Xocalını yandıranların, qonşu ölkənin işğal edilmiş ərazilərində terrorçu qrupları formalaşdıranların, ilhaq etdiyi torpaqlarda narkotik vasitələr əkib-becərən, onun ticarəti ilə məşğul olanların başı tumarlandıqca, Avropa daha dərin böhranlar içərisində çapalayacaq.

Çox təəssüf ki, bu gün “köhnə qitə”nin başı üzərində əsən terror, təxribat, ikili standart, qərəz və məkr küləklərinə daha qorxulu olan “ermənilik” küləyi də qarışır. Dünyanın ədalətli insanları belə iyrənc küləkləri çox görüb və dəfələrlə ram ediblər. İnanırıq ki, işğalçılar, onlara dəstək verənlər, qərəzkarlar, ikili standart müəllifləri yenə də ram ediləcəklər.

Bölmə: İCTİMAİ-SİYASİ | Baxılıb: 183 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar