"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 23/05/2018, 07:01
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  YANVAR 2018  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

ƏSAS SƏHİFƏ » 2018 » YANVAR » 26 » ADNSU-nun rektoru Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
16:15
ADNSU-nun rektoru Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
İCTİMAİ-SİYASİ
ADNSU-nun rektoru Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyevlə görüşüb. Görüşdə iki ölkənin dostluq və əməkdaşlıq əlaqələri, xüsusən də təhsil sahəsindəki qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.

İCTİMAİ-SİYASİ

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı ali məktəb olaraq əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. ADNSU-nun tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri, əcnəbi tələbələr və tədris prosesi haqqında qonaqlara məlumat verən rektor M.Babanlı hazırda ADNSU-da 108 nəfər türkmən tələbənin təhsil aldığını qeyd edib. Dünyanın qabaqcıl ali təhsil ocaqları ilə uzunmüddətli əməkdaşlığın yaradılmasında maraqlı olduğunu deyən rektor M.Babanlı bu mənada Türkmənistan universitetləri ilə həm tələbə mübadiləsinə həm də digər əməkdaşlıq əlaqələrinə xüsusi önəm verdiyini bildirib.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən səfir M.İşanquliyev Azərbaycanı təkcə qonşu dövlət deyil, eyni zamanda Türkmənistanla eyni köklərə malik qardaş ölkə adlandırıb. ADNSU ilə Türkmənistan universitetləri arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu deyən səfir M.İşanquliyev tələbələrin universitetə cəlb edilməsi və digər istiqamətlərdə də hər zaman dəstək olacağını bildirib.

Tədbirin sonunda səfir ADNSU-da təhsil alan türkmən tələbələrlə görüş keçirib.

Bölmə: ELM VƏ TƏHSİL | Baxılıb: 22 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar