"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 15/11/2018, 23:24
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Xocavənd

Xocavənd rayonu - 02.10.1992
11/06/2017, 20:13

Azərbaycan Respublikası Xocəvənd rayonu

Azərbaycanın işğal olunmuş əraziləri

   1992-ci il oktyabrın ayının 2-də Xocavənd rayonu ermənistan  silahlı dəstələri və onların havadarları tərəfindən işğal edilib.  Xocavənd rayonu, Azərbaycan Respublikasında inzibati mərkəzi  Xocavənd şəhəridir.

   Xocavənd, Azərbaycan Respublikasında inzibati rayondur və  Xocavənd rayonunun eyniadlı inzibati ərazi vahidində şəhər tipli  qəsəbədir. Kiçik Qafqazın Qarabağ silsiləsinin cənub-şərq  hissəsində yerləşir. Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan sahəsi 1458 km², əhalisi 42 871 nəfərdir (29.06.2015).

 

    Rayonun tarixçəsi

    Xocəvənd rayonun qədim adı Qaranlıq olmuşdur və 1940-cı ildə A.F.Myasnikovun təxəllüsü ilə Martuni olmuşdur.

    XIX əsrin sonlarında Türkiyədən köçüb gəlmiş ermənilər məskunlaşdıqdan sonra Nijni Qaranlıq, Cüməbazarı, bir müddət Xonaşen adlandırılmışdır. 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur.

    1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində, Xocavənd rayonunda 13 nəfəri qadın və 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

    Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv edilərək, Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Xocavənd "xocalı nəsli" deməkdir.

    Xocavənd toponimi 2 hissədən,  Xoca sözündən və vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində «müəllim, öyrətmən» anlamındadır. Vənd komponenti İran dillərində «uşağı, nəsli, törəməsi» mənasını daşıyır.

    İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

    Xocəvənd rayonunda 1 şəhər-Xocavənd şəhəri (rayon məkəzi), 2 iri qəsəbə-Qırmızı Bazar və Hadrut və 83 kəndi vardır. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.

   Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə, tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi", Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" kumbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.

    Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi 1241-ci il, Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.

    Xocəvənd rayonun relyefi əsasən dağlıqdır. Şərqdə və cənub şərqdə əsasən dağətəyi düzənliklərdir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. İqlimi çox yerdə qısa quraq keçən mülayim isti, qışı quraq keçən soyuqdur. Çayları (Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s.) Kür-Araz hövzələrinə aiddir. Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstün­lük təşkil edir. Kolluqlar və enliyarpaq meşələri var.Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir.

    Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlirik. Xocavənd ərazisində çoxlu sayda 72 ölkə və Respublikanın əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənələrini göstərən abidələrdir.

    İşğaldan əvvəl rayonda tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim Azıx mağarası təqr. 1,2 min. il əvvəl, qalalar l-VIII əsrlər, alban məbədi X əsr, türbə XIII əsr və s. mövcud olub. Həmçinin 20 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar uşaq müəssisəsi, 20 klub, 19 kitabxana, 4 xəstəxana, 7 başqa tibb müəssisəsi fəaliyyət göstərmişdir.

    Üzümü və yaşıl mərməri ilə məşhur olan Rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilikdir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bitkiləri yetişdirilir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

    Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V-ci əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kən­dində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar. Xocavənd torpağı ölkəmizə çoxlu sayda tanınmış siyasətçilər, mədəniyyət xadimləri, rəssamlar, şairlər, yazıçılar, jurnalistlər, müğənnilər, idmançılar, sərkərdələr, igidlər bəxş etmişdir.

    Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavənd rayonunun  Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir.

     Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin günə 83 min kubmetr həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna əsasən günə 7,34 min kubmetr həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun ərazisində istifadəyə yararlı yeraltı sular günə 90,34 min kubmetr təşkil edir.

    İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

     Kəndlərin adları:

  Əmiranlar, Heşan, Axullu, Dolanlar, Binə, Qaradağlı, Böyük Tağlar, Salakətin, Kuropatkino, Arpadüzü, Muğanlı, Cəmiyyət, Ağkənd, Xanoba, Xocavənd, Kiş, Tağaser, Qırmızıqaya, Edişə, Vəng, Dağdöşü, Qaçbəyli, Şəhər, Şıx Dursun, Mavas, Azıx, Zoğalbulaq, Aragül, Daşbaşı, Mülküdərə, Cilən, Bünyadlı, Gavahın, Ağbulaq, Binədərəsi, Sor, Qarqar, Zavadıx, Xərxan, Bulutan, Xırmancıq, Məlikcanlı, Güneyxırman, Güneyçartar, Quzeyxırman, Quzeycartar, Qağartsi, Qarıtəpə, Dərəkənd, Şahyeri, Qarakənd, Yemişcan, Günəşli, Quşcular, Kəndxurd, Müskapat, Quzumkənd, Qarəzəmi, Tuğ, Susanlıq, Ataqut, Ağdam, Köhnə Tağlar, Ağcakənd, Mirikənd, Avdur, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çıraquz, Məmməddərə, Tsakuri, Yenikənd, Çörəkli, Edilli, Düdükçü, Ağbulaq, Sos, Cütcü, Tağavard, Çağadüz, Zərdanaşen, Xətai kəndləri daxildir.

     Amaras monastır kompleksi

   Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdir. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır.

   Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilmişdir. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilmişdir. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılmışdır. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilmişdir. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır.

    Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir. Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulmuşdur.

    Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının,  Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır. Hazırda Amaras monastırı kompleksi ermənistan silahlı dəstələrinin işğalı altındadır.

     Azıx mağarası

   Azıx - Azərbaycan ərazisində ən böyük karst mənşəli mağaradır. Xocavənd rayonunda 900 m hündürlükdə yerləşir. Burada bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin öyrənilməsinə Azərbaycan alimləri 1960-cı ildən başlamışlar. 1968-ci ildə burada ibtidai insanın alt cənə sümüyü aşkar edilmişdir. Həmin tapıntının 350 min il (Aşel dövru) tarixi vardır. Dünyada bu, üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aşkar edilmiş on mədəni qat ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaşadığını təsdiqləyir. Burada yaşayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşlar. Qazıntılar zamanı tapılmış ocaqlarda böyük miqdarda kül və kömür tapılmışdır. Azıx mağarası əyani şəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaşadığını təsdiqləyir.

    Azıx mağarası hazırda ermənistan silahlı dəstələrinin işğalı altındadır. Ermənilərin hazırda “Azox” adlandırdıqları bu mağarada ermənistan Elmlər Akademiyasında çalışan arxeoloqlar “tədqiqat” aparır, “ən qədim erməninin” burada yaşadığını “sübut etməyə” çalışır.

     Tağlar mağara düşərgəsi

  Tağlar mağara düşərgəsi Xocavənd rayonu ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir, özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub. Tağlar mağara düşərgəsi 2 oktyabr 1992-ci il tarixindən erməni silahlı dəstələrinin işğalı altındadır.

       Coğrafi mövqeyi

   Rayon ərazisi Qarabağ silsiləsindəyerləşir. Şuşa rayonu ilə sərhəddə Böyük –Kirs (2725 m) zirvəsi yüksəlir.şərqdə maili düzənliklər üstünlük təşkil edir. Yura , tabaşir, Neogen çöküntüləri yayılır.

     Daxili sular

   Rayonun çaylarıdan Köndələn, İşğan, Qozlu, Quru çayları Araz hövzəsinə aiddir, Həkəri çayının bəzi qolları burdan başlayır.

     Landşaft

   Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyündə kolluqlar və enliyarpaq meşələr üstünlük yəşkil edir.

     İqtisadi xarakteristikası

   Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəz­çilikdir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bitkiləri yetişdirilir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

 

MEMARLIQ ABİDƏLƏRİ

Alban məbədi-1170-ci il, Hadrut qəsəbəsi

Alban məbədi-1147-ci il, Məmmədzar kəndi

Alban məbədi-1197-ci il, Tuğ kəndi

Qırmızı məbəd-1000-ci il, Tuğ kəndi

Alban məbədi-1094-cü il, Zoğalbulaq kəndi

Alban məbədi-900-cü il, Tuğ kəndi, Vəng ərazisi

Alban məbədi-1131-ci il, Sakuri kəndi

Alban məbədi IV-VI əsrlər, Süsənlik kəndi

Alban məbədi IV-VI əsrlər, Süsənlik kəndi

Məbəd-XIV əsr, Dolanlar kəndi

Məbəd-Ataqud kəndi

Türbə-XVII əsr, Xocavənd qəsəbəsi

Kilsə (məbəd)-XVII əsr, Tağaverd kəndi

Məbəd-XVIII əsr, Hadrut qəsəbəsi

Məbəd-XIII əsr, Tuğ kəndi

Məbəd-1747-ci il, Tuğ kəndi

Körpü-XVIII əsr, Tuğ kəndinin yaxınlığında

Ağ kilsə-XVII əsr, Vəng kəndi

Məbəd-1664-cü il, Qarqar kəndi

Məbəd-XVII əsr, Sakuri kəndi

Məbəd-XVII əsr, Sur kəndi

Qala-Çanaxçı kəndi

Məbəd-Xsaberd kəndi

Məbəd-Tağaser kəndi

Kilsə-XVII əsr, Arakül kəndi

Məbəd-XVIII əsr, Domı kəndi

Məbəd-XIX əsr, Şaqah kəndi

Məbəd 1896-cı il, Noraşen kəndi

Məbəd-Banazur kəndi

Məbəd-XIX əsr, Kemrakuç kəndi

Məbəd-XIX əsr, Qoçbəy kəndi

Məbəd-Çıraquz kəndi

Məbəd-Xırmançıq kəndi

Məbəd-Anaku kəndi

Məbəd 1698-ci il, Ağcakənd kəndi

Məbəd-XVII əsr, Zamzur kəndi

Məbəd-Məlikcanlı kəndi

Məbəd-Bulutan kəndi

Məbəd-Edilli kəndi

Məbəd-Düdükçü kəndi

Məbəd-Ağbulaq kəndi

Məbəd-Tək kəndi

Məbəd-XVII əsr, Azıx kəndi

Məbəd-XIX əsr, Bünyadlı kəndi

Məbəd-Daşbaşı kəndi

Məbəd-XIII əsr, Dolanlar kəndi

Türbənin sərdabə hissəsi XII-XIII əsr, Dolanlar kəndi

Albanbendi kilsəsi-XVII əsr, Qarakənd kəndi

Türbə-Hatek kəndi

Qala-Çaylaqqala kəndi

Məbəd-1635-ci il, Tağaser kəndi

Dini kompleks-XIII əsr, Sor kəndi

Qala-Sor kəndi

Məbəd 1241-ci il, Böyük Tağlar kəndi

Alban məbədi 1236-cı il, Güneyçartar kəndi

Alban məbədi 995-ci il, Qavahın kəndi

Alban məbədi-IV əsr, Maçqalaşen kəndi

Alban məbədi-701-ci il, Çörəkli kəndi

Alban məbədi-VIII əsr, Çörəkli kəndi

Alban məbədi-V əsr, Çörəkli kəndi

Kilsə-1270-ci il, Çörəkli kəndi

Kilsə-XII əsr, Çörəkli kəndi

Amaras monastırı-IV əsr, Cütçü kəndi

Məbəd-XII əsr, Şıx Dursun kəndi

Alban məbədi-675-ci il, Tağaverd kəndi

QalaIII əsr-Tağaverd kəndi

Bağır xan məbədi-XII əsr, Cəmiyyət kəndi.

 

ARXEOLOJİ ABİDƏLƏR

Nərgiztəpə yaşayış yeri - ilk və orta tunc dövrü, Xocavənd şəhərindən şərqdə

Nekropol - son tunc və ilk dəmir dövrü, Dolanlar kəndi.

 

    Azərbaycan Respublikası, Xocavənd rayonu 2 oktyabr 1992-ci il tarixdə erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur.

    Məlum Qarabağ hadisələri başlayandan sonra Xocavəndin kəndləri işğal olunmuş, sakinləri respublikamızın 39 rayon və şəhərində məskunlaşmışlar.

    Yüzdən çox xocavəndli vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.

    Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin əsl canlı şahididir.

 

      Xocavənd rayonunun kəndlərinin işğal tarixləri

  Tuğ kəndi 30.10.1991, Salakətin kəndi 30.10.1991, Xocavənd kəndi 19.11.1991, Axullu kəndi   09.01.1992, Qaradağlı kəndi 17.02.1992, Muğanlı kəndi 02.10.1992, Əmirallar kəndi 02.10.1992, Kuropatkin kəndi 02.10.1992, Günəşli kəndi 23.07.1993, Xətai kəndi 20.08.1993

 

    Ermənistan silahlı dəstələri  2017-ci il fevralın 24-25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiz təpəni işğal etmək üçün hücuma keçiblər. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.

 

    Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, anl.az, erməni vandalizmi, wikipedia Qarabağ və xocavend-ih.gov.az  internet səhifələrindən istifadə edilmişdir.

 

 

K.Ələkbərli
Baş redaktor

 

Bölmə: Xocavənd | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 26 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar