"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 25/05/2018, 05:18
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Qubadlı

Ardı...
09/07/2017, 05:08

Əvvəli...

Azərbaycan Respublikası Qubadlı rayonu

Azərbaycanın işğal olunmuş əraziləri

     Kütləvi informasiya vasitələri haqda məlumat

  1937 ci ildən etibarən rayonda “İrəli”, sonra “Kolxozçu” adları ilə, 1964-cü ildən isə “Avanqard” adı ilə rayon qəzeti nəşr edilirdi. Hazırda həmin qəzet “Bərgüşad” adı ilə nəşr edilirdi. İşğaldan əvvəl qəzetin ayrıca mətbəəsi fəaliyyət gostərirdi.

    1964-cü ildən rayonda mərkəzləşmiş yerli radio qovşağı fəaliyyət göstərirdi. Azərbaycan televiziyası oturucu stansiyalar şəbəkəsinə daxil olan bir oturucu stansiya movcud idi. Əhali Mərkəzi televiziyanın verilişlərinə baxa bilirdi.

   Qubadlı rayonunun işğalından sonra müəyyən müddət nəşri dayanan “Bərgüşad” qəzetinin fəaliyyəti 2004-cu ildən yenidən bərpa olunmuşdur. Hazırda qəzetin redaksiyası Sumqayıt şəhərində yerləşir. Qəzet səhifələrində olkədə və rayonda gedən quruculuq işləri, məcburi kockunlərin həyatı, sosial-məişət qayğıları və digər məsələlər vaxtaşırı işıqlandırılır.

 

     Mədəni abidələri

   Qubadlı rayon Tarix-Diyarşunaslıq muzeyi 1980-ci iil may ayının 6-da fəaliyyətə başlayıb. Muzey fəaliyyətə başladığı dövrdən 1993-cü ilə qədər burada 5 mindən artıq eksponat qorunub saxlanırdı. Bunaların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, Böyük Vətən müharibəsi iştirakçılarına aid əşyalar vardı. Həmçinin, görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi. Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanırdı.

    Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmış Gavur dərəsində mağara, IV əsrə aid ibadətgah, V əsrə aid Göyqala, IV əsrə aid Əliquluuşağı kəndində mağara, ibadətgah, IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, Muradxanlı kəndi yaxınlığında Qalalı qalası və Əliquluuşağı kəndindəki Göy Qala abidələri V əsr, Dəmirçilər kəndində 2 ədəd türbə XIV əsrə aid, XIX əsrə aid məscid, XIV əsrə aid Yazı Düzündəki Cavanşir türbəsi və Dəmirçilər kəndindəki iki türbə, XVII əsrə aid Gürcülü kəndində olan türbə, Əliquluuşağı kəndində bulaq XIX əsr, 1867-ci ilə aid Laləzar körpüsü, XIX əsr aid Dondarlı kəndində məscid və XIV əsrdə tikilmiş "Dəmirçilər Türbəsi". XVIII əsrə aid Xocamsaxlı kəndində olan türbə ondan xəbər verir ki, Qubadlıda qədim dövrlərdən elm mədəniyyət mərkəzləri və ibadət edənlər olub. Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də 1993-cü ildə rayon erməni silahlı dəstələri tərəfindən işğal olunanda muzeydə olan bütün maddi-mədəniyyət nümunələri işğal zonasında qalmışdır və hazırda onların sonrakı taleyi məlum deyil.

    İşğaldan sonra Qubadlı Tarix-Diyarşunaslıq muzeyi 1998-ci ildə öz işini bərpa edərək Sumqayıt şəhərində “28 May” Mədəniyyət evində fəaliyyət göstərməyə başladı. Hal-hazırda muzeydə 673 növ eksponat qorunub saxlanılır. Bunlara mis, saxsı qablar, məişət əşyaları (cəhrə, həvə, kirkid və s.) aiddir. Muzeydə həmçinin, əslən Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları numayiş olunur. Burada xalq qəhərəmanı Qaçaq Nəbi və Milli qəhrəmanlara aid guşə də fəaliyyət göstərir.

     Muzeydə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən xüsusi guşə yaradılmışdır. Burada müxtəlif dövrlərdə ulu öndərlə görüşmüş rayon sakinlərinin xatirələri, görüşlərin əks olunduğu fotoşəkillər və s. toplanmışdır.

 

      Mağaralar

    Rayonun ərazisində qədim insanın yaşadığı onlarla mağara (kaha) mövcud olmuşdur. Aşağı Mollu kəndində doqquz, Əliquluuşağı kəndində beş, Həmzəli kəndində doqquz qədim insan məskəni olmuş kaha (mağara) bu günümüzə qədər qalmaqdadır. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və b. kəndlərdə də qədim yaşayış məskənləri vardır. “Gavur dərəsi” deyilən ərazidə IV əsrə aid mağara vardır.

    İbadətgah, Kəndin şimal tərəfində qranitli kоnqlоmеrat qayalıqda inşa еdilmiş (yоnulmuş) mağaradır. Tikintidə ibadətə gələn camaatın tоplaşdığı salоn, qarşı tərəfdə isə hündürlüyü təqribən 1 m-ə yaхın hissədən ibarət səhnə vardı. Səhnənin оrtasında еlə həmin qayanın özündən yоnulmuş stulu əvəz еdən iki şaquli çıхıntı, 10 m-ə çatan tavanın bərabərində yеnə də qayadan yоnulub açılmış iki pəncərə, həm də giriş üçün açılmış qapı. Tariхi haqqında məlumat yохdur. Güman еtmək оlar ki, (qədimliyinə görə) Alban abidələrindəndir.

 

MEMARLIQ ABİDƏLƏRİ

Göy qala V əsr, Əliquluuşağı kəndi

Laləzar körpüsü 1867-ci il, Əliquluuşağı kəndi

Türbə XVII əsr, Gürcülü kəndi

1 nömrəli türbə XIV əsr, Dəmirçilər kəndi

2 nömrəli türbə XIV əsr, Dəmirçilər kəndi

Bulaq XIX əsr, Əliquluuşağı kəndi

Bulaq Əliquluuşağı kəndi

“Qalalı” qalası Əliquluuşağı kəndi

V əsr aid yeraltı keçidlə olan “Qalalı” qalası, Muradxanlı kəndi

Şirin bulaq Məmər kəndi

Bulaq XIX əsr, Dəmirçilər kəndi

Mədət bulağı XIX əsr, Mahmudlu kəndi

Məscid XIX əsr, Dəmirçilər kəndi

Məscid XIX əsr, Dondarlı kəndi

Hacıbədəl körpüsü Dondarlı kəndi

Cavanşirin türbəsi XIV əsr, Yazı düzü

“Qalacid” qalası Xocamusaxlı kəndi

Türbə XVIII əsr, Xocamusaxlı kəndi

Məscid XVIII əsr, Yusifbəyli kəndi

Türbə XVIII əsr, Boyunəgər kəndi

Məscid XVIII əsr, Mollalı kəndi

Məscid XVIII əsr, Mirlər kəndi

Məscid XVIII əsr, Məmər kəndi

Məscidin qalıqları XV-XVI əsrlər, Xələc kəndi

Məbəd Məzrə kəndi

Məscid XIX əsr Mahrızlı kəndi

Körpü XIX əsr, Mahmudlu kəndi

Daş qoyun fiquru XV əsr, Mahmudlu kəndi

Daş sandıq IX-X əsrlər, Məmər kəndi

 

    Qubadlı rayonu 1993-cü il avqustun ayının 31-də erməni silahlı dəstələri tərəfindən işğal edilmiş əraziləri, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri vəhşicəsinə tamamilə dağıdılmış, zəngin təbii sərvətləri talan edilmişdir.

 

    Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, Qarabağ Yaddaş kitabı, 2010, MHS – paliqraf və Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı, Bakı: Xəzər, 2007  səh. 435-465.  Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. Azərbaycan: Ekoturizm Potensialı. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015 kitabından və wikipedia Qarabağ, tarix.info, nkpi.az, kayzen, erməni vandalizmi, virtual karabakh və qubadli-ih.gov.az internet səhifələrindən istifadə edilmişdir.

 

 

K.Ələkbərli
Baş redaktor

 

Bölmə: Qubadlı | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 39 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0