"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 15/11/2018, 23:04
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Laçın

Laçın rayonu - 18.05.1992
29/06/2017, 06:17

Azərbaycan Respublikası Laçın rayonu

Azərbaycanın işğal olunmuş əraziləri    Laçın rayonu 18 may 1992-ci ildə ermənistan tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

    Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

   Laçın rayonu Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə ermənistan ilə həmsərhəddir. Rayonun ərazisi 1883 kv. km., əhalisi 65430 nəfər olmuşdur, Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

      Şəhərin adının tarixçəsi

   Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən  orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir. Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.

    XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar. Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı. "Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirmişlər. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar. "Laçın" türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.

    Laçın rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindən və müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar,  at və qoç  fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri-IX əsr, Dəmrovlu Pir Məbədi-XI əsr,  Məlik-Əjdər türbəsi-XII əsr,  Uşaq  qalası-XV əsr, Kar kümbəz-XVII əsr, habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr  öz memarlıq üslubu ilə  qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 ölkə və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.

    1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq, Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.

    Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur.

    Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

    Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.

    Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dığı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.

    1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində, təxminən yarım milyon müsəlman həlak olmuşdur.

    1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K.b.P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü - Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.

    Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. Laçın şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurğ tərəfindən, yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu  adı da ona özü vermişdir. Laçın sözü “məğrurluq” mənasını bildirir.

    "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir. Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.

    Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik - Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.

    Əvvəlcədən qeyd etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də "Laçın" adına rast gəlmək olur. Hal-hazırda, eləcə də yaxın keşmişdə bu adı axtarmaq çox asandır. Laçın adlnı daşıyan şəxslər hal-hazırkı dövrdə də vardır. Ancaq buadın sorağı ilə uzaq keçmiçə müraciət etdik də məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" sözü diqqəti cəlb edir. Onun adı belədir - Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.

    Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi, təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.

    Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində bir neçə rayonlar formalaşdırıldı. Kürdüstan qəzası ərazisində 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

    Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

    Laçın rayonu Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. 1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın işğal olundu. Laçın da Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün, mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı, minlərlə baş mal-qara aparıldı, ən başlıcası isə laçınlılar doğma obalarından perikdüşərək respublikamızın bölgələrinə səpələndilər. Sərvəti talan olunaraq erməni tərəfindən ermənistana daşındı. Mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan imzalamışdı. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı.

     Laçın rayonu 18 may 1992-ci ildə  erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min  başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736  nəfər laçınlı öz doğma torpağından  didərgin düşərək, məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.

    Eyni zamanda hazırda məcburi köçkünlük həyatı yaşayan, rayonun rəsmi mətbuat orqanı olan “Laçın” qəzeti 1931-ci ildən nəşr olunur.

    Laçın uğrunda döyüş zamanı, Şuşanın işğalı Azərbaycan Milli Məclisini Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov günahlandırmağa və güclə onu aradan götürülməsinə vadar etdi və Mütəllibovun Xocalının itkisi hər hansı bir məsuliyyət daşınmasında təsdiq edən faktlar aşkar etmədiyindən, Ali Sovet öz qərarını ləğv edir və 1992-ci il mayın 15-də vəzifəsinə qaytarır. Bir çox Azərbaycanlılar həmin ilin iyun ayında planlaşdırılan parlament seçkilərinin ləğvinin əlavə aktı kimi görürdü. Azərbaycan Milli Məclisini həmin dövrdə ölkənin kommunist rejiminin keçmiş liderlərindən ibarət idi və Xocalı və Şuşanın itkiləri azad seçkilər üçün onların istəklərini yalnız artırdı.

    Qarışıqlığa qatqı təmin etmək üçün, mayın 18-də erməni qüvvələri ermənistanı və Dağlıq Qarabağı ayıran dar dəhliz olan Laçının işğalı hücumuna başladı. Şəhər özü zəif mühafizə olunurdu və növbəti gün ərzində ermənistan dəstələri tərəfindən şəhərə nəzarət etdi və ermənistanla bölgəyə bağlı yol açmaq üçün, qalan azərbaycanlıları yurdlarından qovurdular. Şəhərin alınması quru marşrutla ermənistandan Qarabağın dağlıq bölgəsi Laçına qədər özünü təchizat edən karvanların bağlanamasına icazə verirdi.

    Ermənistan dəstələri tərəfindən, rayon ərazisini işğal edildikdən 2 gün sonra ermənilər tərəfindən, rayonun işğalına beynəlxalq aləmdə, don geyindirmək məqsədi ilə, qondarma "Kürd Respublikası" yaradılması ortaya atıldı. İrəvan bələdiyyəsi öz təşkilatçılığı ilə, bu ideyanı dəstəkləyən bir dəstə kürd əhali (təxminən 50 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçın şəhərinə gətirilimişdi. Əsas kimi isə 1923-cü ildə yaradılan Qırmızı Kürdüstan göstərilirdi. Halbuki, Qırmızı Kürdüstan yaradılarkən siyahıya alınma nəticəsində yerli əhalinin 94 % Azərbaycan türkü, 6 % isə kürd olması müəyyənləşir. Sosial bazanın olmamasından dolayı muxtariyyət 1929-cu ildə ləğv edilmişdir.

    Qondarma Respublikanın baş naziri Vəkil Mustafayev seçilir və bu işin təşkilatçıları kürdləri Laçına çağırması bir nəticə verməmişdi. Buna səbəb isə Laçın işğal olunarkən azərbaycanlılarla bərabər kürdlərdə ərazini tərk etmişdilər. Bu səbəbdən sosial bazanın olmaması qondarma respublikanın mövcudluğunu mümkünsüz edirdi. Üstəlik bölgənin kürd əhalisi say baxımdan Azərbaycan türklərindən dəfələrlə az idi. Qondarma respublika elan edilsədə fəaliyyətə başlamamışdır.

    Laçının itkisi Mütəllibov rejiminə son zərbə oldu. Ayaz Mütəllibovun qadağana baxmayaraq, etiraz aksiyaları keçirildi və Xalq Cəbhəsi fəalları silahlı çevrilişə nail oldular. Hökumət qüvvələri və Xalq Cəbhəsinin dəstəkçiləri arasında döyüşlər siyasi müxalifətin Bakıda parlament binasının, hava limanının və prezident ofisinin ələ keçməsinə səbəb oldu. 1992-ci il iyunun 16-da Əbülfəz Elçibəy Azərbaycanın prezidenti seçildi və Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir çox siyasi liderləri deputat oldular. Təhrikçilər  Ayza Mütəllibovu Qarabağ müharibəsində özünü həsr etməyən və zəif lider kimi xarakterizə etmişdilər. Əbülfəz Elçibəy ruslardan heç bir yardım almasının əleyhinə idi və əvəzinə Türkiyəyə yaxın əlaqələrinin tərəfdarı idi. Döyüşlər Naxçıvana da çatmışdı, hara ki, 1992-ci ilin may ayında erməni qoşunları tərəfindən atəşə tutulmuşdu.

   Ermənilər tərəfindən işğalının nəticələri, Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 267 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 225 nəfər əlil olmuş, 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid və yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan 6 nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.

    1992-ci ildən dağlar gözəli Laçın, erməni daşnaklarının ayaqları altında inildəyir. Hal-hazırda laçınlılar ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar.

    Azərbaycan Respuplikasının Prezident İlham Əliyev bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.

 

    Azərbaycan əhalisinin siyahıyaalınması

    İşğal olunmuş rayonun yerli əhalisi 01 yanvar 2014-cü il tarixə 73.3 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir. Bu məqsədlə əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonuna ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirir. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.

     Milli tərkibi

   2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.

     Memarlıq abidələri

   Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir.

    Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.

    Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir.

    Laçın rayonunun ermənistan silahlı dəstələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılmışdır. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin yalnız 70%-ə qədərini təşkil edir.

    Ağoğlan məbədi

    Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna - monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan məbədi Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Ağoğlan məbədinin uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun - pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür. Abidə 1992-ci il may ayının 18-dən etibarən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Laçın rayonunu işğal etdikdən sonra ermənilər qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. 2006-cı ildə ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə bu abidənin erməni Qriqorian dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bazalt daşdan yonulub gətirilmiş 2 ədəd xaç daşı basdırıblar. İşğaldan sonra ermənilər bu məbədi «Cicernavank» adlandıblar.

    Cicimli kəndinin türbələri

    Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan Məlik Əjdər türbəsinin içərisi dairəvi, bayır tərəfdən isə səkkizbucaqlı formadadır.

Türbəyə düzbucaqlı aşırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdür. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur. Araşdırıcılar Cicimli türbəsinin XII-XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında, Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.

    El arasında “Kar günbəz” adlanan ikinci Cicimli türbəsi içəridən xaçvarı, bayır tərəfdən isə kvadrat şəkillidir. Bu abidənin XVII əsrdə inşa edildiyi ehtimal olunur. Hər iki abidə hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

     Həmzə Soltan sarayı

    Saray Laçın rayonunun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. İşğaldan sonra bu kəndin adını dəyişdirərək Melikatun adlandırmışlar. Hazırda işğalçılar “Həmzə Soltan” sarayını təmir edərək turistlərin qonaq evi (hotel) kimi istifadə edirlər.

     Laçın Tarix və Diyarşünaslıq Muzeyi

    Laçın Tarix və Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərmişdir. Bu muzey yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi.

    Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin ümumi sahəsi 1200 kv/metrdən çox idi. Muzey 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu.

    Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmamışdır. Muzey kompleksi erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yerlə yeksan edilmişdir.

      Sarı Aşığın xatirə muzeyi

   1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldımışdı.

    1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdur.

Memarlıq abidələrin adları:

Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII əsr, daş qutu-dəmir dövrü, qəbiristanlıq.

Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı.

Malıbəy kəndi ərazisində: qədim qəbiristanlıq.

Kosalar kəndi ərazisində IX əsrə aid Ağoğlan qəsri, qədim qəbiristanlıq.

Sultanlar (Hüsülü) kəndi ərazisində: 1761-ci ilə aid Soltan Əhməd sarayı, XIV əsrə aid qədim qəbiristanlıq.

Laçın rayonu ərazisində Ağoğlan çayının sahilində yerləşən Ağoğlan monastırı.

Zeyvə kəndi ərazisində Soltanbaba türbəsi, Şeyx Əhməd türbəsi, Türbə, qədim qəbiristanlıq.

İkitağlı körpü, XVII əsr-Abdallar kəndi

Qara dam, Orta əsr-Seyidlər kəndi

Dəyirman, Orta əsr-Seyidlər kəndi

Qara dam, Orta əsr-Pircahan kəndi

Körpü, Orta əsr-Pircahan kəndi

Bulaq, Orta əsr-Pircahan kəndi

Gavur qala, Antik dövr-Pircahan kəndi

Qara dam, Orta əsr-Korcabulaq kəndi

Sovmə X-XI əsr-Ərikli kəndi

Qara dam, Orta əsr-Ərikli kəndi

Qarasaqqal türbə-Ərikli kəndi

Türbə (Araxış)-Ərikli kəndi

Qara dam, Orta əsr-Ərikli kəndi

Sovmə, XVII-Şəlvə kəndi

Qara dam, Orta əsr-Şəlvə kəndi

Evdamı, Orta əsr-Şəlvə kəndi

Sovmə, XVI əsr-Qorçu kəndi

Qara dam, Orta əsr-Qorçu kəndi

Qara dam, Orta əsr-Qorçu kəndi

Sovmə, XV–XVII-Sonasar kəndi

Qara dam, Orta əsr-Sonasar kəndi

Mağara qala-Qarasaqqal yaylağı

Qara dam, Orta əsr-Mişni kəndi

Körpü-Mişni kəndi

Məbəd, XVI-XIII-Alxaslı kəndi

Qara dam, Orta əsr-Alxaslı kəndi

Sovmə-Alxaslı kəndi

Gavur Qala, XVI-XIII-Alxaslı kəndi

Sovmə, XV əsr-Hacısamlı kəndi

Qara dam, Orta əsr-Hacısamlı kəndi

Sovmə Bülövlük, Kişpəyə ərazisi

Türbə (Qara Murtuza)-Piçənis kəndi

Türbə (Alməmməd-1)-Piçənis kəndi

Türbə (Cəbrayıl bəy)-Piçənis kəndi

Antik qala-Hacılar kəndi

Türbə (Qaratel Paşabəy qızı)-Bülövlük

Murtuza bəyin anasının türbəsi-Araflı ərazisi

İkitağlı körpü, XVIII əsr-Zabux kəndi

Ağoğlan qəsr kompleksi, XV əsr-Kosalar kəndi

Sultan Əhməd sarayı, 1730-cu il-Sultanlar kəndi

Həmzə Sultan sarayı, 1761-ci il Sultanlar kəndi

Sultanbaba türbəsi, XVIII əsr-Zeyvə kəndi

Şeyx Əhməd türbəsi, XVIII əsr-Zeyvə kəndi

Hüsülü kəndinin ərazisində yerləşən Həmzə Sultan sarayı.

Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi-Varazqun məbədi.

Pircahançay üzərində yerləşən Məşədi Mehralı körpüsü.

Qarıqışlaq kəndi ərazisində qədim alban məbədi XI əsrə aid məscid, Dəmirovlu Pir-Məbəd.

Sadınlar kəndinin mərkəzində XVII əsrə aid məbəd.

Hacılar kəndi ərazisində: qədim qəbiristanlıq, bulaq (abidə).

Vağazin kəndi ərazisində məbəd.

Quşçu kəndi ərazisində XV əsrə aid Uşaq qalası.

Quşçu kəndi ərazisində XV əsrə aid böyük Bulaq.

Quşçu kəndi ərazisində XV əsrə aid Korca bulaq.

Quşçu kəndi ərazisində XV əsrə aid Sadınlar qalacığı.

Mirik kəndi ərazisində XV əsə aid qala, məbəd.

Qara dam, Orta əsr-Quşçu kəndi

Evdamı, Orta əsr-Quşçu kəndi

Dəyirman, Orta əsr-Quşçu kəndi

Məbəd, XV-XI əsr-Varazuğun qışlağı

Mağara məbəd-Varazuğun qışlağı

Məbəd, XVI-XIII əsr-Mirik kəndi

Qala, Antik dövr-Mirik kəndi

Sovmə, XVI əsr-Mirik kəndi

Bulaq (Behbudalı bulağı), XVIII əsr-Mirik kəndi

Dəyirman, Orta əsr-Mirik kəndi

Evdamı, Orta əsr-Mirik kəndi

Qara dam, Orta əsr   

Qara dam, Orta əsr    Mirik kəndi

Körpü, 1970-ci il-Mirik kəndi

Mağara (Qaranlıq kaha)-Mirik kəndi

Sovmə, XVII əsr-Əhmədli kəndi

Körpü (Seyid Əmir körpüsü), 1970-ci il-Əhmədli kəndi

Su dəyirmanı, Orta əsr-Qalaça kəndi

İkitağlı körpü-Minkənd kəndi

Məbəd, XVII-XIV əsr-Minkənd kəndi

Sovmə, XVI əsr-Minkənd kəndi

Su dəyirmanı, Orta əsr-Minkənd kəndi

Sovmə, XVI-XIII əsr-Qarakeşdi kəndi

Birtağlı körpü-Şeylanlı kəndi

İkitağlı körpü-Şeylanlı kəndi

Bozlu kəndi ərazisində qəbiristanlıq.

Xaçın yalı ərazisində XV əsrə aid Xaçın daşı.

Əhmədli kəndi ərazisində XVII əsrə aid məbəd "Vəng" qəbiristanlığı.

Minkənd kəndi ərazisində XV əsrə aid Minkənd çayı üzərində ikitağlı, Abaxeyir ərazisində bir tağlı körpü. Məbəd.

Şeylanlı kəndi ərazisində Birtağlı körpü.

Qaragöl ərazisində məscid, qəbiristanlıq.

Hoçaz kəndi ərazisində mağara, məbəd.

Soyuqbulaq kəndi ərazisində Bulaq (abidə), Məbəd.

Zabux kəndi ərazisində körpü (1988-ci ildə dağıdılıb).

Qara dam, Orta əsr-Şeylanlı kəndi

Körpü, Orta əsr-Şeylanlı kəndi

Qara dam, Orta əsr-Qatos kəndi

Sovmə, Orta əsr-Qatos kəndi

Məbəd, XV-XI əsr-Hoçaz kəndi

Qara dam, Orta əsr-Hoçaz kəndi

Mağara məbəd, Antik dövr-Hoçaz kəndi

Sovmə, VI-VII əsr-Hoçaz kəndi

Məbəd, XVII-XIV əsrlər-Piçənis kəndi

Qara dam, Orta əsr-Piçənis kəndi

Sovmə, Orta əsr-Piçənis kəndi

Sənduqə, Orta əsr-Piçənis kəndi

Qara dam, Orta əsr-Piçənis kəndi

Türbə (Alməmməd-2), Orta əsr-Piçənis kəndi

Bulaq (Soyuqbulaq)-Soyuqbulaq kəndi

Qara dam, Orta əsr-Soyuqbulaq kəndi

Sovmə, Orta əsr-Soyuqbulaq kəndi

Türbə, Orta əsr-Soyuqbulaq kəndi

Qara dam, Orta əsr-Soyuqbulaq kəndi

Məlik Əjdər türbəsi, XV əsr-Cicimli kəndi

Qara dam, Orta əsr-Cicimli kəndi

Kar kümbəz, XVV əsr-Cicimli kəndi

Türbə, Orta əsr-Cicimli kəndi

Türbə, Orta əsr-Güləbird kəndi

Dəyirman, Orta əsr-Güləbird kəndi

Qara dam, Orta əsr-Güləbird kəndi

Xəlifə türbəsi, XVII əsr-Malxələf kəndi

Qara dam, Orta əsr-Malxələf kəndi

Sınıq körpü, Orta əsr-Malxələf kəndi

Sovmə, Orta əsr-Aşağı Fərəcan kəndi

Körpü, Orta əsr-Aşağı Fərəcan kəndi

Qara dam, Orta əsr-Aşağı Fərəcan kəndi

Qara dam, Orta əsr-Sus kəndi

Bulaq, Orta əsr-Sus kəndi

Birtağlı körpü-Seyidlər kəndi

Bulaq, Orta əsr-Seyidlər kəndi

Güləbird kəndi ərazisində XV əsrə aid Qız qəbri abidəsi, dəmir dövrünə aid Kurqan.

Güləbird kəndi ərazisində XV əsrə aid Qız qəbri abidəsi, Qız qəbri (kurqan)

Cicimli kəndi ərazisində XVI əsrə aid Məlik Əjdər türbəsi, XVI-XVII əsrlərə aid türbə, orta əsrlərə aid Çoban daşı və qədim qəbiristanlıq.

Malxələf kəndi ərazisində XVII əsrə aid Xəlifə türbəsi, qədim qəbiristanlıq. Sınıq körpü.

Aşağı Fərəcan kəndi ərazisində X əsrə aid məbəd, Fərəcan Güləbird yolunda körpü, qədim qəbiristanlıq.

Sus kəndi ərazisində XVII əsrə aid bulaq.

Seyidlər kəndi ərazisində XVII əsrə aid bulaq, qədim qəbiristanlıq, Pircançay üzərində qədim körpü.

Pircahan kəndi ərazisində XVII əsrə aid bulaq, XI əsrə aid Qovur qalası.

Türbə, XVII əsr-Zeyvə kəndi

Kafir-qala-Zeyvə kəndi

Güləbird kəndi ərazisində XV əsrə aid Qız qəbri abidəsi, orta əsrə aid Qədim qəbiristanlıq

Məscid, XVII əsr-Qarıqışlaq kəndi

Qala Qarıqışlaq kəndi

Dəmiovlu piri sovmə, XVI-XIII əsr-Quşçu kəndi

Məscid, XVI əsr-Qarıqışlaq kəndi, Qaragöl yaylağı

Bulaq    Hacılar kəndi

Dəyirman, Orta əsr-Qarıqışlaq kəndi

Sovmə, XVII-XVIII əsrlər-Qarıqışlaq kəndi

Güləbird kəndi ərazisində XV əsrə aid Qız qəbri abidəsi, Bayatı ustadı Sarı Aşığın qəbri.

Sovmə, XVV əsr-Qarıqışlaq kəndi

Sovmə, XV-X əsr-Sadınlar kəndi

Sovmə, XVI əsr    Qarıqışlaq kəndi

Bulaq (Böyükbulaq), 1858-Quşçu kəndi

Bulaq (Korcabulaq), 1890-Quşçu kəndi

Qala (Qalacıq), Antik dövr    Quşçu kəndi

Qala (Sadınlar qalacığı), Antik dövr-Quşçu kəndi

Pir Quşçu kəndi

Qara dam, Orta əsr-Quşçu kəndi

Korcabulaq kəndi ərazisində məbəd.

Ziyrik kəndi ərazisində dəmir dövrünə aid Rizvan meşəsində kurqan.

Ərikli kəndi ərazisində XVI əsrə aid Qaraşaqqal türbəsi, araxışda türbə və qədim qəbiristanlıq.

Piçənis kəndi ərazisində məbəd.

Şəlvə kəndi ərazisində məbəd.

Qorçu kəndi ərazisində məbəd.

Laçın şəhərində (1941-1945-ci illər) Böyük Vətən müharibəsində həlak olanların-Xatirə kompleksi.

1924-cü ildən sonra rayonda inşa olunmuş körpülər, bulaqlar, abidələr və abidə kompleksləri və s.

 

 

Ardı...

 

Bölmə: Laçın | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 32 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar