"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 15/11/2018, 23:04
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Kəlbəcər

Kəlbəcər rayonu - 02.04.1993
08/05/2017, 20:48

Azərbaycan Respublikası Kəlbəcər rayonu

Azərbaycanın işğal olunmuş əraziləri

    1993-cü il aprel ayının 2-də Kəlbəcər şəhəri ermənistan silahlı dəstələri tərəfindən işğal olunub. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcər rayonu, Azərbaycan  Respublikasında inzibati mərkəzi Kəlbəcər şəhəridir.

    Kəlbəcər rayonu Kiçik Qafqazın mərkəzi hissəsində yerləşir. Kəlbəcər rayonu Qərbdə ermənistan, şimalda Daşkəsən, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

    Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 53962 nəfər əhalisi olan Kəlbəcər rayonunun, erməni si-lahlı dəstələri tərəfindən işğal edilməsi nəticəsində, dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

 

   Rayonun tarixçəsi

  "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer car "qala" mənasını verir.Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

    Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

    Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

    Azərbaycanın Respublikasının Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan, ilin bütün dövrlərində, hər çeşmə başında qonağı olan Kəlbəcər rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar mövcuddur. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti, sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın saysız-hesabsız gülü-çiçəyi aləmə bəllidir.

 

    İlk insan məskəni

   Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.1936 kvadrat kilometr ərazisi, 53962 əhalisi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr - Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.

    Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir.

    Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı» və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır. Kəlbəcər əhalisinin 98 faizini Azərbaycanlılar, 2 faizini isə, ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edir.

 

    Kəlbəcərin işğalı

   Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində köçkün və qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır.

    Kəlbəcər şəhərindəki məscid işğal zonasında qalaraq ermənistan silahlı dəstələri tərəfindən dağıdılıb. Kəlbəcərin işğalı zamanı rayonun 53000 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, 900 metr² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək ermənistana daşınıb. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali vəhşicəsinə qətlə yetirilmiş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur.

    Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, Kəlbəcər rayonunun ermənistan silahlı dəstələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Ermənistan xəbərdarlığa məhəl qoymayaraq, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

    Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

    İşğaldan əvvəl  rayonda Respublika Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki Təminat Komitəsinin rayon şöbəsi, məişət xidməti kombinatı, sanitariya-epidemioloji stansiya, 95 ümumtəhsil məktəbi, texniki peşə məktəbi, 44 klub, incəsənət məktəbi, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası, poliklinika, kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri, muzey, mərkəzi xəstəxana, poliklinika, uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 feldşer-mama məntəqəsi, 23 kənd ambulatoriyası fəaliyyət göstərib, bir sıra tarixi və memarlıq abidələri, о cümlədən alban məbədləri və s. qeydiyyata alınıb. Geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər şəhərini əhatə edən dağlar sanki öz ətəklərini şəhərin ayaqları altında yerə sərmişdir.

    Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən erməni silahlı dəstələrinin işğalı altındadır. Ermənilərin işğalı nəticəsində, Kəlbəcər şəhərin 8.900 (2008) dinc sakini hazırda məcburi köçkün kimi Azərbaycan Respublikasının digər yaşayış məntəqələrində məskunlaşmışlar.

 

     Coğrafi mövqeyi

   Kəlbəcər ərazisində, Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə , vulkonogen- çökmə və vulkan mənşəli süxurları yayılır. Rayonunun relyefi dağlıqdır, Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə 3724 m və Dəlidağdır 3616 m. Ərazinin çox hissəsi meşəlikdir. Çimli dağ-çəmən , qəhvəyi və qonur dağ-meşə torpaları həmçinin, Kəlbəcər rayonun mərkəzi və şərq hissələrində enliyarpaq meşələr palıd, fıstıq, vələs, meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri yayılmışdır. Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir. Meşələrin ümumi sahəsi 32774 min hektara yaxındır. Murov dağda Gamış dağ, Böyük Hinaldağ d. 3367m , Şahdağ, Şərqi Göyçə, Mıxtökən və Dəlidağ Qarabağ silsilələrinin və Qarabağ Vulkanik yaylasının bir hissəsi yerləşir. Çayları və gölləri, Tərtər ölkəmizin ən böyük çaylarından biridir onun yuxarı axarı və qolları Lev çay, Tutqun çay, Xaçınçay və Bazarçay rayon ərzisindən başlanır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir.

    Kəlbəcər rayonun faydalı qazıntıları, qızıl, xrom, civə, qum, çınqıl, mışar daşı, mineral sular və.s. yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var.

    Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində, silsilə dağ yamaclarında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

    İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Rayonun ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.

    Kəlbəcərdəki İstisuyun kimyəvi analizi ilk dəfə 1927-ci ildə aparılıb. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

    Kurort tikililəri isə 1920-ci illərin sonlarından inşa edilməyə başlanmışdır. 1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilmişdir. İstisu bulağı üstündə 1980-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicəyə, balneoloji təsirə malik mineral su yataqları da işğal ərazisində yerləşir. Ümumi istismar ehtiyatları günə 3093 kubmetrdir.

    Sanatoriya 1993-cü il aprel ayında Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə qədər hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi, bununla yanaşı İstisu sanatoriyaları fəaliyyət göstərirdi.

    İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına, Ağstafaya 112 verstlik maşın yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcər-İstisu arası isə Tərtər çayı boyunca uzanan maşın yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu və İstisu-Tərtər yolu çəkilmişdi.

    Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə alınardı: “Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının Çexiya ölkəsi ilə eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.

    O, zamanın ən görkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək, Karlovı-Varı bulaqlarından da yüksək qiymətləndirmiş və bu mülicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.

    İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edirdi.

    Kəlbəcər ərazisində  qərbdə Ermənistan, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər şəhəri respublikanın paytaxtı Bakı şəhərindən 458 km aralı, Tərtər çayı dərəsindədir.

 

     İnzibati-ərazi bölgüsü

  Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

    Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

    13-22 aprel 2009-cu il tarixində həyata keçirilmiş əhali sayımının AzStat tərəfindən elan edilmiş rəsmi yekunlarına əsasən müvafiq tarixdə rayonun ərazisində daimi qeydiyyatda olan de-yuri 80.769 nəfər qeydə alınsa da erməni milliyyətindən olan əhalinin sayı təxminə əsaslanmış, rayonda de-fakto rəsmi qeydiyyatda olan əhali sayı 50.987 nəfər olmuşdur. AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən, rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşir. Onlar 1 şəhər, 1 qəsəbə və 44 kənd izibati ərazi dairəsi olmaqla 46 inzibati ərazi dairəsinə daxildirlər. 1 yanvar 2013-cü il tarixinə olan məlumatına əsasən Kəlbəcər rayonunun əhalisi 53962 nəfərdir.

 

     Maddi-mədəni irsi

   Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində – rayonunun 29 kilometrliyində yerləşir. "Xudadəng" də adlandırılan abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində – bir dərədə yığılaraq suxurlaşmış və kiristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.

    Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. "Alban" adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil..

    Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı -"əkiz"lərdir. Soltan Heydər, Qurbağalı çay, Turşsu, Ayçınqıllı, Gəlinqayası, Böyükdəvəgözü, Sərçəli və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Kustar şəkildə, bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Bu təsvirlərdən biri belədir: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır. Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer, o biri isə Ay güman olunur.

    Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı dəstələri tərəfindən dağıdılıb, tarixi abidələr ermənlərin işğalı altındadı.

 

    Gəncəsər monastır kompleksi

    Kəlbəcər rayonunun Vəngli kəndi ərazisində olan Gəncəsər monastırı Qafqaz Albaniyası katolikoslarının iqamətgahı olmaqla yanaşı Alban knyazları Cəlalilərin və katolikosların türbəsi də olub.

    Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılmış, bütxana-ziyarətgaha çevrilmişdir. XIII əsrdən XIX əsrəcən Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.

    Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların bir sıralı otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216—1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoymuşdur.

    Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur.

    Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir.

    Elxanilər dövrü Azərbaycanın orta əsr memarlığının zirvəsi olduğu kimi, Gəncəsər monastırı da bu ölkənin türk-xristian memarlığının şah əsəridir. 1511-ci ildən Gəncəsər monastırı Alban katolikoslarının iqamətgahı olub. 1836-cı ildə ermənilər Rusiya imperatorunun fərmanı ilə Alban katolikosluğunun ləğv edilməsinə və alban kilsələrinin Eçmiədzin katolikosluğuna tabe etdirilməsinə nail oldular. Sonra isə tarixi saxtalaşdıraraq alban dini abidələrini erməni dini abidələri kimi dünyaya təqdim etməyə başladılar.

    Hazırda ermənistan silahlı dəstələrinin işğalı altında olan Gəncəsər monastırını ermənilər “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim edirlər.

 

     Xudavəng monastır kompleksi

   Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir. Əfsanəyə görə Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunmuşdur. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur.

    Kompleksdə əsas inşaat işləri XIII əsrdə Alban knyazı Vaxtanqın zamanında aparılmışdır. Monastır kompleksinin tərkibində indi iyirmidən çox tikili və tikili qalıqları vardır. Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın arvadı Arzu xatun tikdirmişdir. Uca günbəzi və əzəmətli həcmi ilə bütün kompleksin dominantı olan Arzu xatun məbədi Qafqaz Albaniyasının xristian memarlığının şah əsərlərindəndir. Ehtimal edilir ki, kilsənin interyerindəki freskaları Arzu xatun və onun qızları işləmişlər. Kilsənin qərb və şimal baştağları daş üzərində incə oyma naxışlarla bəzədilib. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən bir-birinə bitişik 7 həcmdən ibarətdir.

    Kompleksin əsas binası Böyük Həsən kilsəsidir. Dini binalardan cənubda isə, yamacda mülki tikililər, eləcə də saray, yaşayış və təsərrüfat binaları yerləşir. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir. Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.

    Ermənistan işğalı altında olan alban Xudavəng monastır kompleksi, hazırda erməni tədqiqatçıları Azərbaycana aid olan alban Xudavəng monastır kompleksini, erməni abidəsi kimi təqdim etməyə çalışırlar.

 

     Kəlbəcər tarix diyarşünaslıq muzeyi

   Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1982-ci ildə yaradılmışdır. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan zəngin bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş etdirilirdii. Mütəxəssislər Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponatları ilə tanış olub, orada araşdırmalar aparmışdılar.

    Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1993-cü ilin aprel ayına qədər fəaliyyət göstərmiş, həmin vaxt Ermənistan ordusu tərəfindən məhv edilmişdir. Onun eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün olmamışdır.

 

    Lev qalası

   Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur.

    Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 3,5 -4,0 metr arasındadır. Onun içqalası qala ərazisinin hündür cənub-qərb küncündə yerləşir. Qalanın divarları bir neçə yarımdairəvi bürclə möhkəmləndirilmişdir. Tək qala qapısı isə iki dairəvi bürc arasında yerləşir. Qala divarlarının orta qalınlığı 1,3 metrdir.

    Qala içərisində tikinti xarabalıqları, qaya içində qazılmış su tutarları, ərzaq yerləşgələri və s. qalmışdır. Lev qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiyasına uyğun adını saxlamışdır, Qaravul dağı. Qaravul dağından isə başqa bir qala- Comərd qalası görünür. Lev qalası XIII—XIV yüzilliklərin abidəsidir. Lev qalası hazırda ermənistan silahlı dəstələrinin işğalı altındadır.

 

     Şahmat məktəbi

   SSRİ dönəmində kifayət qədər məşhur olan bu şahmat klubu 1950-ci ildən istifadəyə verilmişdir. Fəaliyyət göstərdiyi dövrlərdə bu məktəbdə çoxsaylı idman yarışları, görüşlər və tədbirlər keçirilmişdi. Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra şahmat məktəbinin binası tamamilə dağıdılmışdır.

 

Arxeloji abidələri

Qayaüstü təsvirlər - ilk və orta tunc dövrü, Qırmızı dağın ətəyində, istisudan 20 km aralı

Yaşayış yeri - ilk və orta tunc dövrü, İstisu qəsəbəsi

Dovşanlı nekropolu son tunc - ilk dəmir dövrü, Dovşanlı kəndi

Balıqaya nekropolu son tunc - ilk dəmir dövrü, Sırxavənd kəndinin şərqində

Zar mağara düşərgəsi - paleolit, Zar kəndinin qərb tərəfində

Qəbiristanlıqlar-orta əsrlər, Qasapet kəndindən 5-6 km aralı

Şəhərgah-orta əsrlər, Maqavuz kəndinin yaxınlığında.

 

Memarlıq abidələri

Lev qalası XIII-XIV əsrlər, Qanlıkənd kəndi

Xanabert qalası-Vəngli kəndi

Müqəddəs Yaqub kilsəsi-635-ci il, Kolatağ kəndi

Alban məbədi-614-cü il, Kolatağ kəndi

Qala-Çapar kəndi

Alban məbədi-XII əsr, Çıldıran kəndi

Qırmızı məbəd-XIII əsr, Çıldıran kəndi

Alban məbədi-X əsr, Çormanlı kəndi

Alban məbədi-XI əsr Çormanlı kəndi

“Xatırvank” məbədi 1204-cü il, Qozlu kəndi

Alban məbədi 698-ci il, Yayıcı kəndi

Alban məbədi 672-ci il, Yayıcı kəndi

Məbəd 1283-cü il, Həsənriz kəndi

Alban məbədi 500-cü il, Həsənriz kəndi.

Qala 1284-cü il, Vəngli kəndi

Məbəd-XIII əsr, Vəngli kəndi

Məbəd- Çapar kəndi

Məbəd-Kiçan kəndi

Məbəd 1251-ci il, Bazarkənd kəndi

Kilsə 1668-ci il, Dovşanlı kəndi

Kilsə-XVII əsr, Dəvədaşı kəndi

Qırmızı məbəd-XVII əsr, Qozlu kəndi

Alban məbədi 718-ci il, Qasapet kəndi

Kilsə 1894-cü il, Qasapet kəndi

Cerabert qalası-Qasapet kəndi

Kilsə 1898-ci il, Madagiz kəndi

Urek məbədi 1279-cu il, Talış kəndi

Kilsə 1883-cü il, Maxrataq kəndi

Məbəd 1881-ci il, Maxrataq kəndi

Məbəd-Maxrataq kəndi

Alban məbədi-Çapar kəndi

Comərd qalası-Pirilər kəndi

Qalaboyun qalası-Qalaboyun kəndi

Körpü-Zəylik kəndi

Uluxan qalası-XVII əsr, Qaraxançallı kəndi

Alban məbədi 713-cü il, Dastaqir kəndi.

 

    Bağ-park, Monumental və xatirə abidələri

  Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi 1976-cı il, Kəlbəcər şəhəri, Azadlıq prospekti.

 

Dekorativ-Tətbiqi sənət nümunələri (xalq daş-heykəltəraşlıq abidələri)

Daş qoç fiquru ərəb yazısı ilə - orta əsrlər, Zar kəndi

Daş at fiquru - orta əsrlər, Zəylik kəndi

 

     Kəndlərin adları:

   Ağyataq, Fətallar, Moz, Mozqaraçanlı, Ağcakənd, Oruclu, Təzəkənd, Zağalar, Ağdaban, Bağırlı, Çayqovuşan, Almalıq, Laçın, Boyaqlı, Yuxarı Ayrım, Bağlıpəyə, Vəng, Başlıbel, Alırzalar,  Çovdar, Xallanlı,  Şahkərəm, Comərd, Qaragüney, Nəcəfalı, Pirilər, Çaykənd, Kəndyeri, Qasımlar, Mişni, Rəhimli, Çəpli, Zülfüqarlı, Çərəkdar, Mehmana, Çıldıran, Türkeşəvənd, Qalaboyun, Qaraxançallı, Yanşaqbinə, Alolar, Armudlu, Bəzirxana, Hacımalılar, İlyaslar, Dəvədaşı, Mehmana, Çıraq, Məmmədsəfi, Tövlədərə, Dalqılınclı, Barmaqbinə, Dərəqışlaq, Otaqlı, Otqışlaq, Daşbulaq, Alçalı, Allıkənd, Boyur, Dəmirçidam, Qanlıkənd, Bazarkənd, Dovşanlı, Hayad, Əsrik, Çobangərəhməz, Çorman, Tirkeşəvənd, Günəşli, Alçalı, Nəbilər, Hacıkənd, Başkənd, Heyvalı, Yayıcı, Həsənriz, İstibulaq, Ağdaş, Göydərə, Keşdək, Kərəmli, Kolatağ, Damğalı, Qamışlı, Bağırsaq, Keçiliqaya,  Zərqulu, Böyükdüz, Vəngli, Zallar, Həsənlər, Zəylik, Kaha, Hopurlu, Qazıxanlı,    Xoləzəy, İmanbinəsi, Tatlar, Qılınclı, Alçalı, Quzeyçikin, Qızılqaya, Çopurlu, Qozlu, Qozlukörpü, Lev, Mərcimək, Ağqaya, Mollabayramlı, Nadirxanlı, Narınclar, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli,  Susuzluq, Qasımbinəsi, Şaplar, Məmməduşağı, Soyuqbulaq, Taxtabaşı, Yenikənd, Təkəqaya, Babaşlar, Bozlu, Çormanlı, Qaragüney, Yanşaq, Yellicə, Təkdam,  Zar,  Şeyinli,  Zivel,  Şahmansurlu, Orta Qaraçanlı, Aşağı Qaraçanlı, Baş Qaraçanlı, Birinci Milli, İkinci Milli, Üçüncü Milli, Yuxarı Oratağ, Aşağı Şurtan, Orta Şurtan, Yuxarı Şurtan, Aşağı Ayrım, Abdullauşağı, İmarət Qərvənd, Əli Bayramlı, kəndləri daxildir.

 

    Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də ermənistan tərəfindən işğal edilmiş əraziləri, vəhşicəsinə tamamilə dağıdılmış və zəngin təbii sərvətləri talan edilmişdir.

 

    Əhalisi 1 avqust 2013-cü il tarixə olan məlumata əsasən 71.100 min nəfərdir, o cümlədən Bakı şəhərində 8,9 min nəfər, Gəncə şəhərində 22,5 min nəfər, Mingəçevir şəhərində 3,4 min nəfər, Abşeron rayonunda 2,7 min nəfər, Bərdə rayonunda 6,5 min nəfər, Tərtər rayonunda 4,1 min nəfər, Goranboy rayonunda 7,8 min nəfər, Göygöl rayonunda 5,6 min nəfər, Şəmkir rayonunda 1,3 min nəfər, Daşkəsən rayonunda 14 min nəfər, Samux rayonunda 1,4 min nəfər, Yevlax rayonunda 4,0 min nəfər, Oğuz rayonunda 1,1 min nəfər və respublikanın digər 31 şəhər və rayonlarında 8.1 min nəfər müvəqqəti məskunlaşmışdır.

    Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində köçkün və qaçqınlıq şəraitində yaşayır.

 

   Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, wikipedia Qarabağ, kalbajar, erməni vandalizmi və virtual karabakh internet səhifələrindən istifadə edilmişdir.

 

 

K.Ələkbərli
Baş redaktor

 

Bölmə: Kəlbəcər | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 77 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar