"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ AXŞAMI, 11/12/2018, 20:01
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Qazax

Qazax rayonu - 1990-1992-ci illər
22/06/2017, 15:41

Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri

Azərbaycanın işğal olunmuş əraziləri     Qarabağ müharibəsi dövründə ermənistan Azərbaycanla həmsərhəd, bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Azərbaycanın Ermənistan ərazisində, şimal-qərbdə Yuxarı Əskipara, Barxudarlı və Sofulu və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında Kərki ərazisi  anklavı  vardır.

    Qazax rayonunun Bağanis Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən kəndi işğal etmişdilər.

   Bağanis Ayrım kəndi Coğaz çayının sahilindədir. Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsini ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olmuş Bağanis kəndin yaxınlığında saldığı üçün belə adlanmışdır. Seyidlilər 19 əsrin əvvəlində 108 ailədən ibarət tirə olmuşdur. Toponim “Bağanis kəndi yaxınlığındakı Ayrım kəndi” mənasındadır.

    1990-cı illdə, ermənistan silahlı dəstələri Qazax rayonunun Bağanis Ayrım kəndinə hücum edən zaman Azərbaycan hərbçiləri tərəfindən, hücuma məruz qalmışdı. Eyni zamanda, erməni silahlı dəstələri ermənistan ərazisində, Azərbaycan anklavlarına və Azərbaycanın Qazax və Sədərək rayonunda yerləşən sərhəd kəndlərinə hücum edirdi.

    1990-cı il mart ayında erməni hərbiçilər bir neçə maşınla Bağanis Ayrım kəndinin sərhədinə gəldi. Toranlıqda onlar sərhədi keçib, Azərbaycanın Bağanis Ayrım kəndinə hücum etdi. Təxminən 20 ev yandırıldı və 8-11 azərbaycanlı kəndli öldürdü. Bir ailənin üzvlərinin cəsədləri, o cümlədən körpələr, yanmış evlərinin qarayanıq xarabalıqları aşkar edilmişdir. Sovet Daxili İşlər Nazirliyinin qoşunları Bağanıs Ayrıma çatanda, təcavüzkarlar artıq qaçmışdı.

    Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb.

    Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.

    Bağanıs Ayrım kəndində 1 ibtidai məktəb, feldşer-mama məntəqəsi, klub və 10373 nüsxə kitab fondu olan kitabxana yandırılıb məhv edilmişdir.

    Bağanis Ayrım faciəsini xalqımıza, geniş oxucu kütləsinə çatdırmağı özünün vətəndaşlıq borcu bilən Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitabını yazaraq 1999-cu ildə "Azərbaycan" nəşriyyatında çap etdirmişdir.

    24 mart 1990-cı il tarixində Qazax rayonunun Bağanis Ayrım kəndi erməni işğalçıları tərəfindən zəbt edərək büsbütün yandırmışdır. Hal-hazırda Bağanis Ayrım kəndi erməni silahlı dəstələri tərəfindən işğal altındadır.

 

    1992-ci ilin aprel ayında isə ermənilər daha iki kəndini, Qazax rayonunun Barxudarlı və Sofulu kəndinə hücum etdilər.

    Barxudar (Bərxudar) Bəy Ənis XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur top tökmə ustası olmuşdur. Səfəvilər dövlətində ona "topçubaşı" ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və b. şəhərlərin mühafizə-sində istifadə edilən iri qaladağıdan toplar Berxudarın başçılığı ilə hazırlanmışdı. Bəzi tədqiqatçıların fikrincə, kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır.

    Barxudarlı – dağətəyi ərazidədir. Kəndi barxydarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır. Nəslin adı fars dilindəki bərxurdar - “arzusuna yetişmiş, xoşbəxt” sözündən əmələ gəlib.

    Sofulu – yaşayış məntəqəsinin adı Zəngəzur və Qazax qəzalarında yaşamış kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır.

    27 aprel 1992-ci ildə Qazax rayonunun Barxudarlı və Sofulu kəndi erməni silahlı dəstələrinin işğalı altındadı.

 

    8 iyun 1992-cı ildə ermənilər Qazaxın rayonunun daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləridir.

    Yuxarı Əskipara kənd dağətəyi ərazidədir. Keçmiş adı Əskipara olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Əskipara Azərbaycan dilində mənası  əski (köhnə, qədim) və para (hissə, yer, kənd) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” deməkdir.

   1990-cı il 18 avqustda əhəmiyyətli sayda erməni yaraqlıları Azərbaycan sərhədinə yaxın toplanması müşahidə edildi. Ertəsi gün, erməni silahlı dəstələri, Azərbaycanın Yuxarı Əskipara, Bağanis Ayrım, Aşağı Əskipara və Quşçu Ayrım kəndlərini bombaladı və şahidlərin sözlərinə görə, raketli qumbaratan və hava toplarından istifadə etmişdi.  İlk hücum Yerevandan gələn əlavə möhkəmlənmə ilə darmadağın edildi,  erməni qüvvələri Yuxarı Əskipara və Bağanis Ayrımı ələ keçirə bildi. 20 avqustda tanklar, anti-təyyarə silahları və helikopterlər General-mayor Yuri Şatalinin əmri altında Sovet ordusunundan gətirildi və günün sonunda ermənilər qovulmuşdur. Sovet Daxili Nazirliyinin məlumatına görə, bir Daxili Nazirliyi zabiti, iki polis məmuru və doqquz əsgər ölmüş və on üç sakin yaralanmışdı. Ermənistan KİV-in məlumatına görə, beş yaraqlı ölüb və 25 nəfər yaralanmışdır; Azərbaycan mediasına görə, 30 nəfər ölmüş və 100 nəfər yaralanmışdır.

    Yuxarı Əskipara kəndində V-VIII əsrlərə aid qala, X əsrə aid Şəkərqala məbədi kompleksi, XVII əsrə aid Bürc, Qatır körpüsü, Kazım körpüsü və s. memarliq abidələri, eləcədə XIV əsrə aid yeraltı yol, səkkizillik məktəb, tibb məntəqəsi, klub və 10048 nüsxə kitab fondu olan kitabxana dağıdılıb məhv edilmişdir. Yuxarı Əskipara kəndi, 08 iyun 1992-ci ildə yaşayış məntəqələrini erməni silahlı dəstələri tərəfindən işğal olunub.

    Aşağı Əskipara kəndinin yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Aşağı Əskipara kəndində 1 orta məktəb, xəstəxana, mədəniyyət evi, 16830 nüsxə kitab fondları olan 2 kitabxana dağıdılıb məhv edilmişdir. 8512 nüsxə kitab fondu olan Xeyrimlı, 10335 nüsxə kitab fondu olan Qızılhacılı, 14829 nüsxə kitab fondu olan Sofulu, 16105 nüsxə kitab fondu olan Barxudarlı kənd kitabxanaları, eləcədə ictimai-iaşə obyektləri, məktəblər, xəstəxanalar dağıdılıb məhv edilmişdir. Aşağı Əskipara kəndi, 12 mart 1992-ci ildə yaşayış məntəqələrini erməni silahlı dəstələri tərəfindən işğal olunub.

    Xeyrımli kəndi, Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Dil Xeyrimlidir. Toponim deli xeyrimli tayfasının adındandır. Xeyrımlı kəndi, 08 mart 1992-ci ildə yaşayış məntəqələrini erməni silahlı dəstələri tərəfindən işğal olunub.

    Qızıl hacılı kəndinin  yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adındandır. Qızıl Hacılı kəndi, 11 may 1992-ci ildə yaşayış məntəqələrini erməni silahlı dəstələri tərəfindən işğal olunub.

    8 iyun 1992-ci ildən Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndi erməni silahlı dəstələri tərəfindən işğal edilib.

 

    Rayonun tarixçəsi

    Alpout - Toponim qədim türk mənbələrində 8 əsrdən adı çəkilən alpout (alpavut) tayfaların adı ilə əlaqədardır. Onlar 11-12 əsrlərdə Səlcuq oğuzlarının, 14-15 əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu, 15 əsrin axırlarından isə qızılbaş tayfasının tərkibində Ön Asiya və Cənubi Qafqazın siyasi hadisələrində fəal iştirak etmişlər. Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində, o cümlədən Qazaxda, torpaqlar almışdılar.

    Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi Əl-Kufi IX əsr- də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-20–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Turkdilli əhali sayca çoxluq təєkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Boyuk turk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.

    XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

    Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir.

    Osmanlı sultanı III Əhmədin 1703-1730-cu illərin dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir.

    Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.

    1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi.  1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.

    Dağlıq Qarabağ, Ermənistan–Azərbaycan  münaqişəsi nəticəsində Qazax rayonunun 12 kəndini işğal etmişlər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra İşğal olunmuş 12 kənddən 5 kənd   torpağı geri alındı. Hazırda 7 kənd işğal edilib, 13 kənd isə erməni hərbi birləşmələrinin atəşi altındadır.

    Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində Qazax rayonunun 154 sosial və texniki infrastrukturuna zərər dəymişdir. 12 səhiyyə obyekti, 15 bağça və 19 məktəb erməni təcavüzündən zərər görmüşdür. Qazax rayonunda 25 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qoyulmuşdur.

     Qazax rayonun işğal olunmuş kəndlərin əhalisi hazırda Qazax şəhərində və rayonun digər kəndlərində məcburi köçkün kimi məskunlaşmışlar.

     Erməni silahlı dəstələrinin atəşinə məruz qalan kəndlər

    Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Fərəhli, Abbasbəyli, Daş Salahlı, Aslanbəyli, Qaymaqlı, Kəmər, İkinci Şıxlı, Xanlıqlar, Ağköynək.

     Bələdiyyələr

   Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni silahlı dəstələri tərəfindən işğal olunduğuna, Cəfərli, Bala Cəfərli, Fərəhli, Abbasbəyli, Quşçu Ayrım və Məzəm kəndləri isə atəş altında olduğuna, torpaq islahatı aparılmadığına görə onlarda bələdiyyələr təşkil olunmamışdır.

     Eyni zamanda aşağıda qeyd olunan tarix və mədəniyyət abidələri dağıdılmış və yandırılmışdır:

   Yeraltı yol XIV əsr, Yeraltı su kəməri XII əsr, Qüllə XII əsr, Qatır körpüsü XII əsr, Kazım Körpüsü XII əsr, Qulucanlı körpüsü XII əsr, Hamam qalıqları XII əsr, Koroğli qülləsi XII əsr, Türbə XII əsr,  Şəhərgah XVI əsr, Aşağı Əskipara kəndində -Dəyirman XVI  əsr, Aşağı Əskipara kəndində -Alban kilsəsi VI-VII əsrlər, Qızıl Hacılı kəndində-Qızıl Hacılı körpüsü XII əsr, Məzəm kəndində- Qatır körpüsü XIX əsr, Şəkər qalası.

    Qoruq

    Qazax rayonunda “Avey” Dövlət Qoruğu fəaliyyət göstərir. Qoruq 1989-cu ildə yaradılmışdır. Qoruğun ərazisində elmi-tədqiqat işləri aparmaq üçün Əskipara, Göyəzən və Damcılı filialları yaradılmışdır. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, etnoqrafiya, bədii və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində yüzlərlə tarix və mədəniyyət abidələri vardır. Onlar Qoruğun əsas mülkiyyəti hesab olunur. Bu abidələrdən 15-i memarlıq, 36-ı arxeoloji və 5-i dekorativ tətbiqi sənət nümunələridir.

    Qoruq rayonun müxtəlif qədim tarixi dövrlərə aid olan arxeoloji və memarlıq abidələrini, etnoqrafiya materiallarını tədqiq edib öyrənir.

    Maddi-mədəni irsi

    Əskipara məbədi - Aşağı Əskipara kəndi ərazisndə yerləşən məbəd V-VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Ölkə əhəmiyyətli tarixi və mədəni abidədir.

    Qatır körpüsü (Yuxarı Əskipara) - XII-XIII əsrlər.  Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Yerli əhəmiyyətli tarixi və mədəni abidədir.

    Yeraltı yol (Yuxarı Əskipara) - XIV əsr.  Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.

    Yeraltı su kəməri (Yuxarı Əskipara) - Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.

    Dördkünclü qala (Yuxarı Əskipara) - Coğas çayının sahilində ucaldılmışdır.

     "Qalakənd Qalası" məbəd kompleksi

   Bu məbəd kompleksi Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Bəzi fərziyyələrə əsasən bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 ha ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 m-ə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq strateji baxımdan çox mükəmməl bir tərzdə həll olunmuşdur. Qalanın daxili hissəsində dini, xidməti və təsərrüfat təyinatlı tikililər ucaldılmışdır.

    Bunların içində ən önəmlisi, qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbədin tikintisində 21 x 21 x 57 sm ölçülü bişmiş kərpicdən və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə bu kompleksdə tədqiqat işləri aparılan zaman artıq məbəd və kompleksin bir çox hissəsi itirilmişdir. Alimlərin qənaətinə görə kompleksin ucaldılma tarixi VI-IX əsrlərə təsadüf olunur. Hal-hazırda "Qalakənd Qalası" məbəd, ermənilərin işğal etdikləri ərazidə yerləşir.

     Yuxarı Əskipara kəndində alban məbədi

    Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sol sahilində qədim alban məbədi yerləşir. Qapılarının üstündə alban xaçı var, sütunlarında nəbati və balıq şəkillərindən bəzək elementləri görünür. V-VIII əsrlərdə inşa edilib. Həyətində yazılı qəbir daşları olub.

    1990-cı ildə erməni silahlı dəstələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edib yandırmışlar. Hal-Hazırda həmin alban məbədi, ermənilərin işğal etdikləri ərazidə yerləşir.

   Yuxarı Əskipara kəndində Dördkünclü qala

   Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 m təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyətində köməkçi binalar olub. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda tikilmişdir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir.

    1990-cı ildə erməni silahlı dəstələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edib yandırmışlar. Hazırda həmin Dördkünclü qala, ermənilərin işğal etdikləri ərazidə yerləşir.

     Tarix və mədəniyyət abidələr

   Qazax şəhəri, Alpout, Abbasbəyli, Xanlıqlar, Aslanbəyli, Çaylı, Kəmərli, Daş Salahlı, İkinci Şıxlı, Qaymaqlı, Hüseynbəyli, Ağköynək.

ARXEOLOJİ ABİDƏLƏR

Yeraltı yol- XIV əsr,Yuxarı Əskipara kəndi

Yeraltı su kəməri-Yuxarı Əskipara kəndi

Şəhərdah-Orta əsr, Yuxarı Əskipara kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

Qüllə-XVII əsr, Yuxarı Əskipara kəndi

Qatır körpüsü XII- XIII əsr, Yuxarı Əskipara kəndi

Qızıl Hacılı körpüsü-Yuxarı Əskipara kəndi

Kazım körpüsü-Yuxarı Əskipara kəndi

Qulucanlı körpüsü-Yuxarı Əskipara kəndi

Hamam qalıqları-Yuxarı Əskipara kəndi

Koroğlu qalası qülləsi-Yuxarı Əskipara kəndi

Türbə-Yuxarı Əskipara kəndi

Dəyirman-Aşağı Əskipara kəndi

Kilsə-Aşağı Əskipara kəndi

Qatır körpüsü-XIX əsr, Məzəm kəndi

Məbəd V-VII əsrlər, Yuxarı Əskipara kəndi

    Yaşayış məntəqələrin adları:

   1 şəhər-Qazax, 2 qəsəbə-Daş Salahlı, Yeni Salahlı, 32 kənd- Xanlıqlar, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara,Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli.

    Rayonda  “Gənclər Mərkəzi”,  Qazax  Olimpiya İdman Kompleksi, Şəhər stadionu, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 2 atıcılıq tiri vardır.

    Rayon ərazisində 6 ədəd özəl bank filialı, 1 ədəd özəl bank şöbələri,1 ədəd kredit ittifaqı və 4 ədəd bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

   Qazax rayonu ərazisindən 44 km uzunluğunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi beynəlxalq avtomobil yolu keçir. Rayondaxili yolların uzunluğu 151 km-dir.

    Rayonda 4 siyasi partiya, 4 məscid, 1 ziyarətgah, 4 islam yönüllü dini icma, 17 QHT fəaliyyət göstərir. 1 seçki dairəsi, 38 məntəqə və 45985 seçici vardır. Bundan başqa, rayon ərazisində olan 12 seçki məntəqəsi və 13704 nəfər seçici 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinə daxildir.

    Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti və goyezen.az saytı fəaliyyət göstərir. Qəzetin və saytın təsisçisi Qazax rayonu İcra  Hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən, sayt isə 2016-cı ildən  fəaliyyətə başlamışdır. Qəzet əvvəllər “Kommuna yolu”, “Qalibiyyət Bayrağı” adı ilə nəşr olunmuş, 1988-ci ildə “Göyəzən” adlandırılmışdır.

 

    Hal-hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni silahlı dəstələri tərəfindən işğal altındadır.

 

    Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, erməni vandalizmi, wikipedia Yuxarı Əskipara, wikipedia Barxudarlı və qazax-ih.gov.az internet səhifələrindən istifadə edilmişdir.

 

 

K.Ələkbərli
Baş redaktor

 

Bölmə: Qazax | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 52 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar