"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 22/02/2018, 00:48
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  FEVRAL 2018  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

     Sayt haqqında

Beynəlxalq İnformasiya” qəzeti kütləvi informasiya vasitələri sırasına 2016-ci ildən daxil olub. Qəzet ayda iki dəfə, 7-8 bölmə, 16 səhifə, 500 tirajla çap olunur şəhər və rayonun ən ucqar kəndlərinə də yayılır. Qəzetimiz müxtəlif rubrikalar altında Respublikamızda həyata keçirilən, bütün sahələri əhatə edən maarifləndirici xəbərləri dərc edir. “Beynəlxalq İnformasiya” qəzeti beynəlxalq, ictimai-siyasi hüquq qəzet kimi dünyada və ölkəmizdə baş verən ictimai-siyasi, iqtisadi, sosial, mədəni, dövlət və cəmiyyət həyatının siyasi, ekoloji və başqa sahələrinə, ictimai təhlükəsizliyə, sağlamlığa və mənəviyyata, habelə dövlət orqanlarının və bələdiyyələrin, onların vəzifəli şəxslərinin, qulluqçularının, siyasi və ictimai xadimlərin fəaliyyətinə aid məlumatlar və s. hadisələri geniş şəkildə işıqlandıraraq oxucuların diqqətinə çatdırmağa çalışan mətbuat orqanıdır“Beynəlxalq İnformasiya” xəbər portalı 2017-ci ildən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda eləcədə dünyada baş verən hadisələrin operativ və obyektıv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. İnternet saytı əsasən analitik yazılarla çıxış edən digər internet saytları kimi fəaliyyət göstərməyə başlamış, həmçinin bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Xəbər portalı gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, reportajlar həmçinin, ölkə parlamentindəki çıxışları, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar oxucularına təqdim edir. Azərbaycanın və dünyanın gündəmini izləyirik, eyni zamanda xəbər saytınının bütün bölmələrinə yer ayırır və təhlil materiallarını oxucuların diqqətinə çatdırırıq, işıqlandırırıq. Hər gün müzakirələr, məsləhətlər, xəbərlər, elmi məqalələr və bundan başqa qəzetin bölmələri, köşə yazarın məqalələri sizin xidmətinizdədir.

Prioritetimiz Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv, qərəzsiz, neytral informasiyaların dünya ictimaiyyətinə operativ çatdırmaq. Burada dünyanın ən qədim insan məskənlərindən biri olan Qarabağ regionunun tarixi, coğrafi mədəniyyəti, ziyalıları, qəhrəmanları, folkloru, musiqisi , sosial inkişafı, ictimai-siyasi analizlər və digər sahələr barədə maraqlı müsahibələr, müəllif yazıları, araşdırmalar da təqdim olunur.

Azərbaycan və xarici ölkələrin mətbuat işçiləri “Beynəlxalq İnformasiya” qəzetinin internet xəbər saytından onlayn ardıcıl izləyə bilərlər. Fəaliyyət göstərən sayta Azərbaycanın dünyada nüfuzu və digər ölkələrin nüfuzları, nəşriyyatların fəaliyyəti, proseslər, müsabiqələr həmçinin, ölkə parlamentindəki çıxışları, Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurları, mütaliə reytinqi, reketlər, Azərbayacan və digər ölkələrin sərvətləri haqqında məlumatların daxil edilməsi, habelə dövrü qəzet nəşrlərin elektron variantlarının yerləşdirilməsi “Beynəlxalq İnformasiya” qəzetinin internet saytında nəzərdə tutulmuşdur. Xarici ölkələrdə yaşayan azərbaycanlılar və digər xarici vətəndaşlar da sayt vasitəsilə qəzeti izləyə bilərlər.

KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir (KİV haqqında Az.Res-nın qanunu, Maddə 8).

“Beynəlxalq İnformasiya” redaksiyası qəzet və internet saytının öz səhifələrində Azərbaycanın şəhər və rayon əhalisinin əmək fəaliyyətindən, həmçinin Azərbaycan və digər ölkələrin ayrı-ayrı yaşayış məntəqələrinin tarixindən, iqtisadiyyatın və dövlətçiliyin möhkəmlənməsində xidməti olan şəxslərdən, mütəmadi olaraq yazılar verir.

Redaksiya Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, video görüntülər, proqnozlar, sosial və mədəni hadisələr barədə informasiya yayır. Azərbaycan və digər ölkələrin təhsilinin inkişafı və yenilikləri bir qayda olaraq saydan-saya oxuculara çatdırmağa çalışırıq. Yaradıcı heyət bütün fəaliyyətini Azərbaycanda, eləcə də dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-kütləvi hadisələrin, keçirilən tədbir və mərasimlərin işıqlandırılmasını istiqamətləndirir. Şəhər və rayonların sosial həyatını, iqtisadi inkişafını, əldə olunan nailiyyətləri izləyir və qəzet ərazinin aynası olmaqla ictimaiyyət arasında maarifləndirmə və təbliğat sahəsində məqsədyönlü işlər görməkdədir. “Beynəlxalq İnformasiya” qəzeti redaksiyasında ixtisaslaşmış sayt kimi, tədbirlər, ictimai birliklər, hüquqlar, səfərlər, bayramlar, çıxışlar, sərgilər, ictimai baxışlar, görüşlər, cavab hüququ və müsabiqələr barədə ardıcıl olaraq oxucuları məlumatlandırmaqdır. Redaksiya 24 saat ərzində Azərbaycan və digər dillərdə ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə xəbəri daha operativ şəkildə əldə etmək, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və video hesabatlar hazırlayır. Saytın yaradılmasında məqsəd ölkədə və dünyada baş verən ən vacib və maraqlı xəbərləri, fotoşəkil və videolarla operativ təqdim etməkdir. Biz həmçinin partiyaların, QHT-lərin və digər qurumların bəyanatlarını, yığıncaqlarını və s. tədbirlərini qəzet və internet saytının səhifələrində geniş işıqlandırırıq.

Səhiyyə bölməsində olan yazılar həkimə müraciət etmədən, saytda yerləşdirilmiş bütün materiallar diaqnoz qoymaq və ya özünü müalicə etmək üçün nəzərdə tutulmayıb. Bu bölmədə olan yazılar səhiyyə işçilərini məlumatlandırmaq, həmçinin oxucuları yeni tədqiqatlar haqda maarifləndirmək üçün yazılır.

“Beynəlxalq İnformasiya” qəzetinin rəsmi saytına müraciət edən hər kəs bu sayt vasitəsilə redaksiyaya məktub yaza bilər. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və onlara elektron xidmətlərin göstərilməsi məqsədilə “Beynəlxalq İnformasiya” qəzetinin rəsmi internet saytında  elektron müraciət bölməsi yaradılmışdır.

Oxucu (dinləyici, tamaşaçı) məktubları dərc edilərkən (efirə verilərkən) onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa redaksiya oxucu (dinləyici, tamaşaçı) məktublarına cavab verməyə məcbur deyildir. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa kütləvi informasiya vasitəsinin redaksiyası imtina etdiyi materiala dərc etməyə (efirə verməyə) məcbur edilə bilməz (KİV haqqında Az.Res-nın qanunu, Maddə 12).

İnformasiya agentliklərinin xəbər və materialları kütləvi informasiya vasitələrində və digər kütləvi informasiya agentliklərində yayılarkən mütləq həmin informasiya agentliyinə istinad edilməlidir (KİV haqqında Az.Res-nın qanunu, Maddə 16).

2017-ci ilin noyabrından internet saytı oxucu və istifadəçilərinin ixtiyarındadır. Hal-hazırda qəzetin onlayn variantı “www.inter-infor.tk” saytıdır.

“Beynəlxalq İnformasiya” qəzeti redaksiyasına məxsus olan mətn, foto, video materiallardan qismən və ya tam istifadə zamanı, “Beynəlxalq İnformasiya” saytına istinad olduqda, həmçinin müvafiq materialın müəllifinin adı qeyd olunduqda icazə verilir.

Saytda yerləşdirilən materiallardan mətnlərin, fotoşəkillərin, video və audio yazıların tam həcminin və ya onların müəyyən hissələrinin KİV-də, internet resurslarında və informasiya daşıyıcılarında istifadə edilməsinə məhdudiyyət qoyulmur.

 

Baş redaktor: Kamran Ələkbərli Redaktor: Vaqif Həsənov  Korrektor: Piriyeva Təranə

 

 

Aşağıdakı kod veb səhifədə yerləşdirmək üçün nəzərdə tutulmuşdur.

PRESS: Beynəlxalq İnformasiya

  

  

  

  

  

 

<p><a href="http://inter-infor.tk"><img alt="PRESS: Beynəlxalq İnformasiya" src="http://inter-infor.tk/Banner/Beynelxalq_Informasiya-Web_site_BANNER-.png" style="border-width: 0px; border-style: solid; width: 620px; height: 129px;" /></a></p>

 

PRESS: Beynəlxalq İnformasiya

  

  

  

  

  

 

<p><a href="http://inter-infor.tk"><img alt="PRESS: International Information" src="http://inter-info.ucoz.co.uk/Banner/International_Information-Web_site_BANNER-.png" style="border-width: 0px; border-style: solid; width: 620px; height: 129px;" /></a></p>