"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 18/02/2018, 15:02
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Yaqubov Zəlimxan Yusif oğlu
10:12
Yaqubov Zəlimxan Yusif oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

      Yaqubov Zəlimxan Yusif oğlu -- Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995-2005)

         Həyatı

         Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.

       1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

      1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.

      İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

      1983-cü ildən AYB-nın üzvüdür.

      2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

      1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

   Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞda,İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransadaİraqda işgüzar səfərlərdə olub.

     Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

       Mükafatları

       Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

      5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib.

      Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur[5].

       Fəxri üzvlükləri

     2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.

    2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir.

       Haqqında yazılanlar

      Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi “Əbədiyyət dastanı” poeması haqqında şair-publisist Əli Rza Xələfli “Ölməzlik nəğməsi” (“Vətən” nəşriyyatı, 2013) adlı kitab yazmış və nəfis tərtibatda çap etdirmişdir.

       2016-cı ildə Xalq şairi Xəlil Rza Ulutürkün "Əbədi Prometey" adlı kitabı nəşr olunmuşdur. Kitabı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu nəşrə hazırlamış və “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuşdur. Kitabda, Zəlimxan Yaqubu “Əbədi Prometey, əbədi Səməndər quşu” adlandıran, onu “şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı” hesab edən, hələ 30 il bundan əvvəl “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, - deyən X.R.Ulutürkün Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi məqalələri, vaxtilə gündəliyində onunla bağlı etdiyi qeydlər toplanıb.

       Kitabları

  • Şair harayı
  • Vətən yaralar
  • Sizi qınamıram
  • Ziyarətin qəbul olsun
  • Od aldığım ocaqlar 1986
  • Mən sənin qəlbinə necə yol tapım 2003
  • Böyük ömrün dastanı 2004
  • Qayıdaq əvvəlki xatirələrə 2004
  • Gözlərimin nurudu doğulduğum bu torpaq 2005
  • Mən bir dağ çayıyam 2006
  • Əbədiyyət dastanı 2008
  • Сказы саза 2008
  • Peyğəmbər (poema) 2009
  • Özün basdırdığın ağaca söykən (I cild). Bakı. "Şərq-Qərb", 2010, 284 səh. şəkilli
  • Özün basdırdığın ağaca söykən (II cild). Bakı. "Şərq-Qərb", 2010,
  • Mövlana. Bakı: "Vətən", 2012. - 194 səh.
  • Seçilmiş əsərləri,
  • Məni sabahıma qovuşdur, ana. Bakı. "Elm və təhsil", 2015,

       Filmoqrafiya

  • Tikdim ki, izim qala (film, 1997)
  • Böyük ömrün davamı (film, 2007)
  • Zəlimxan dastanı (film, 2007)
  • Mən Hüseyn Arifəm... (film, 2010)
  • Atalar yolu (film, 2010)
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 10 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar