"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 21/10/2018, 16:38
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Vahabzadə Bəxtiyar Mahmud oğlu
14:01
Vahabzadə Bəxtiyar Mahmud oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

   Vahabzadə Bəxtiyar Mahmud oğlu -- görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (D.EMIN TEREFINDEN1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), “İstiqlal” ordeni ilə təltif olunmuşdur (1995).

       Həyatı

     Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 19952000-ci illərdəAzərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.

      Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

       Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

      B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmlipoemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak,ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

       Ədəbi Şəxsiyyəti

      Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin mazmunlarla izah etmişdir.

Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.

       Mükafatları

  • "SSR Dövlət mükafatı"
  • "Azərbaycan SSR Dövlət mükafatı"
  • "Azərbaycan SSR Əməkdar incəsənət xadimi"
  • "Azərbaycan SSR Xalq şairi"
  • "Qırmızı Əmək Bayrağı" ordeni
  • "İstiqlal" ordeni

       Əsərləri

  • 1. Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
  • 2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.333666
  • 3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
  • 4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
  • 5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
  • 6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
  • 7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
  • 8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
  • 9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
  • 10.Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
  • 11.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
  • 12.Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
  • 13.İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
  • 14.Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
  • 15.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
  • 16.Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
  • 17.Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
  • 18.Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
  • 19.Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
  • 20.Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
  • 21.Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
  • 22.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
  • 23.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
  • 24.Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
  • 25.Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
  • 26.Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
  • 27.Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
  • 28.Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
  • 29.Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
  • 30.Muğam. Bakı: Yazıçı, 1982, 132 səh. (ərəb əlifbası ilə)
  • 31.Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
  • 32.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
  • 33.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
  • 34.Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
  • 35.Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
  • 36.Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
  • 37.Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
  • 38.Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
  • 39.Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
  • 40.Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
  • 41.Vətəndaş. Bakı: Gənclik, 1994,
  • 42.Fəryad. Bakı: Azərbaycan, 1995,
  • 43.Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996,
  • 44.Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998,
  • 45.İstiqlal. Bakı: Gənclik, 1999,
  • 46.Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000,
  • 47.Ağ atlı oğlan. Bakı: Təhsil, 2002,
  • 48.Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
  • 49.Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
  • 50.Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
  • 51.Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
  • 52.Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh
  • 53.Ana hədiyəsi

       Filmoqrafiya

  1. Akademik Yusif Məmmədəliyev (film, 2005)
  2. Azərbaycan naminə (film, 2005)
  3. Bakı bağları. Buzovna (film, 2007)
  4. Bəxtiyar Vahabzadə (film, 1987)
  5. Bəxtiyar Vahabzadə (film, 2003)
  6. Bizim qəribə taleyimiz (film, 2005)
  7. Böyük ömrün anları (film, 2006)
  8. Dünya şöhrətli məzun (film, 2003)
  9. Habil Kaman (film, 1984)
  10. İstiqlal şairi (film, 1996)
  11. Kamil (film, 1997)
  12. Qəmbər Hüseynli (film, 2007)
  13. Qisas (film, 1991)
  14. Qızlar (film, 2007)
  15. Liderlik missiyası. 1-ci hissə (film, 2008)
  16. Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
  17. Mətbuat fədaisi (film, 2007)
  18. Mirzə Babayev (film, 2001)
  19. Muğam (film, 1995)
  20. Muğamat var olan yerdə... (film, 2009)
  21. Toğrul Nərimanbəyov (film, 1966)
  22. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
  23. Zirvəyə doğru (film, 2007)
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 27 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar