"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 21/10/2018, 17:06
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 3 » Səbri Qulamrza Hacı Məhəmmədəli oğlu
10:02
Səbri Qulamrza Hacı Məhəmmədəli oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

       Səbri Təbrizi Qulamrza Hacı Məhəmmədəli oğlu - şair, filosof, ədəbiyyatşünas, fəlsəfə elmləri doktoru (1969), professor (1994).

          Həyatı

         Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də Cənubi Azərbaycanda Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Burada ibtidai dini məktəbi (1940-1944), sonra Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir (1944-1953). Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir (1953-1958).

     Tələbəlik dövrü orta məktəblərdə müəllimliklə yanaşı, Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olmuşdur (1956-1958). İstanbul şəhərində Bayazid Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinə magistr qəbul edilmişdir (1958). London Universitetinin Kinqs kollecində magistrliyi başa vurmuşdur (1959-1963). London BBC (Bi-Bi-Si) radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir (1960-1963). Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır (1963-1969). Bu müddətdə Edinburq Universitetinin Şərqşünaslıq İnstitutunda, eləcə də dünyanın bir sıra ali məktəblərində məruzələrlə çıxış etmişdir.

       İran İslam inqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirmişdir. Din xadimlərinin təqibinə məruz qaldığından Böyük Britaniyaya qayıtmış, burada televiziya şirkətlərində icmalçı olmuşdur (1978-1995). Məhəmmads Mahmudla türk və fars dillərində "Odlar ölkəsi" adlı aylıq qəzet nəşr etdirmişdir (1989-1990). Edinburq Universitetində akademik məsləhətçi olmuşdur (1995). Azərbaycan Dövlət Dillər İnstitutunun fəxri professoru seçilmişdir (1997).

       Azərbaycanın ali məktəblərində XIX-XX əsrlər ingilis ədəbiyyatı, Şekspir və Bleykin yaradıcılığı mövzusunda mühazirələr oxumuşdur (1997-2003). Bədii yaradıcılığa tələbəlik dövründən başlamışdır. Elmi-kütləvi məqalələri, şeirləri, müsahibələri ingilis, türk, rumın dillərində də çap olunmuşdur. London və Nyu-Yorkda "Vilyam Bleyk cənnəti və cəhənnəmi" (1973) monoqrafiyası, burda və Nyu-Yorkda "İran: bir uşağın xatirəsi, böyüyün xatirəsi" (1989) kitabı ingilis dilində çap olunmuşdur. Dünya Azərbaycanlıları Konqresinin Malmo şəhərində keçirilən V qurultayının iştirakçısıdır (2001). Həmin il Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış etmiş, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilmişdir. Kipr, Balkanlar və Avrasiya Türk Ədəbiyyat Qurumunun Türk dilinə xidmət ödülünə layiq görülmüşdür (2003).

       Əsərləri

  • 1.Vətən həsrəti. Bakı: BDU nəşri, 1993, 39 səh.
  • 2.Mənimikidünyam. Bakı: Səda, 1997, 110 səh.
  • 3.Fikir dalğaları. Bakı: Şirvannəşr, 1997, 109 səh.
  • 4.Həyat fəlsəfəsi. Bakı: Şirvannəşr, 1997,108 səh.
  • 5.Baxışlar, düşüncələr, arzular. Bakı: Şirvannəşr, 212 səh.
  • 6.Sönməz ocaq. Bakı: Şirvannəşr, 2001, 172 səh.
  • 7.Seçmə şerlər. Bakı: Şirvannəşr, 2002, 252 səh.
  • 8.Ümid çırağı. Bakı: Şirvannəşr, 2002,160 səh.
  • 9.Qürbət harayı. Bakı: Azərnəşr, 2003, 220 səh.
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 23 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar