"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 18/02/2018, 14:58
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Rzayev Anar Rəsul oğlu
07:56
Rzayev Anar Rəsul oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

   Rzayev Anar Rəsul oğlu — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri.

       Həyatı

       Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.

     1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları1962-ci il yanvarın 27-də olmuşdur.

       Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

        Fəaliyyəti

    Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

      1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.

       1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.

       Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

       Maraqlı faktlar

    Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə "Anar" "anmaq" ("xatırlamaq", "yada salmaq") felindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.

    Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.

       Mükafatları

       Azərbaycan SSR əməkdar incəsənət xadimi — 23.12.1976

       Azərbaycan SSR Dövlət mükafatı — 1980

       Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Prezident Heydər Əliyev 60 yaşı münasibəti ilə ölkənin ona ən yüksək dövlət mükafatı – İstiqlal ordeni ilə təltif etmişdir. 2011-ci ildə yazıçı Anar Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə Heydər Əliyev Mükafatına layiq görülmüşdür.

       Əsərləri əsasında çəkilmiş bədii filmlər

       Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında)

Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);

       Sizə məktub var (film, 1998) (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında)

     Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın "Dantenin yubileyi" povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operatorKoksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan Şensoy, Suna Kesgin, Rasim Öztəkin və b.);

       Tilsim (film, 2005) (Anarın "Vahimə" hekayəsi əsasında).

       "Ve telefon". Türkiyə. (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında); rejissor Nuran Evren.

       Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)

       Haqqında çəkilmiş sənədli filmlər

      Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).

       Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu

Ssenariləri əsasında çəkilmiş sənədli filmlər

Aşıqlar (film, 1983) (ssenari müəllifi);

Daş saatın səsi (film, 1985) (ssenari müəllifi);

Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);

Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).

Ssenariləri əsasında çəkilmiş televiziya filmləri

Qədim Gəncə, Yeni Gəncə (1981) (ssenari müəllifi) (rejissor Arif Qazıyev);

Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi);

Dirsə xanın oğlu Buğacın boyu (film, 2000)

Salur Qazanın evi talandığı boy (film, 2001)

Ssenariləri əsasında çəkilmiş cizgi filmləri

Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).

İdeyası əsasında çəkilmiş filmlər

Evləri göydələn yar (film, 2010) (ideya və süjet)

Filmoqrafiya

Filmin adı

İl

Filmin növü

Dəniz

1965

Qısametrajlı sənədli film

Torpaq. Dəniz. Od. Səma

1967

Tammetrajlı bədii film

Qobustan

1967

Qısametrajlı sənədli film

Hər axşam on birdə

1968

Tammetrajlı bədii filmi

Bu, Səttar Bəhlulzadədir

1969

Qısametrajlı sənədli televiziya filmi

Gün keçdi

1971

Tammetrajlı bədii film

Nəsimi

1971

Qısametrajlı sənədli film

Gecə işıqları

1972

İki hissəli bədii film

Yığıncaq

1972

 

Xatirələr sahili

1972

Tammetrajlı bədii film

Var olun, qızlar...

1972

Tammetrajlı bədii film

Dədə Qorqud

1975

Tammetrajlı bədii film

Daşlar danışanda

1976

Qısametrajlı sənədli film

İşgüzar adamlar

1977

"Mozalan" süjeti

Dantenin yubileyi

1978

Tammetrajlı bədii film

Ötən ilin son gecəsi

1978

Tammetrajlı televiziya tamaşası

Üzeyir ömrü

1981

Tammetrajlı bədii film

Ötən ilin son gecəsi

1983

Tammetrajlı bədii film

Qəm pəncərəsi

1986

Tammetrajlı bədii film

Əsərləri

Ağ liman

Ömür yolu. Yaradıcılığı

Beşmərtəbəli evin altıncı mərtəbəsi

Əlaqə

Vahimə

Yaxşı padşahın nağılı

Otel otağı

Mütləq görüşərik

Qırmızı "Limuzin"

Gürcü familyası

Dantenin yubileyi

Şəhərin yay günləri

Təhminə və Zaur

Mən, sən, o və telefon

Macal

Sizsiz

Ağ qoç, Qara qoç

Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər

Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)

Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)

İmtahan (film, 1987) (ssenari müəllifi);

Əlaqə (film, 1989) (ssenari müəllifi);

Təhminə (film, 1993) (ssenari müəllifi);

Otel otağı (film, 1998) (ssenari müəllifi);

Nigarançılıq (film, 1998) (ssenari müəllifi)

Cavid ömrü (film, 2007) (ssenari müəllifi)

Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)

       Mənbə

       Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.

      Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

        Anara kino fenomeni demək olarmı? TƏHLİL

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 6 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar