"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 22/02/2018, 00:53
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 25 » Rzalı Oqtay Məhərrəm oğlu
10:27
Rzalı Oqtay Məhərrəm oğlu

YAZIÇILAR VƏ SAİRLƏRRzalı Oqtay Məhərrəm oğlu - azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Rəsul Rza, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı; coğrafiyaşünas-alim, neftçıxarma ustası, geologiya-mineralogiya elmləri namizədi, Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, pedaqoq, bir çox alim və müəllimlər müəllimi.

Həyatı və yaradıcılığı

Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), müəllim və dosent vəzifələrində işləyib (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).

1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

"Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda dərc edilmişdir. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.

Oqtay Rzanın yaradıcılığını şərtləndirən başlıca cəhət onun şair müşahidəsinin son dərəcə iti, nüfuzedici olmasıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza, Cəfər CabbarlıMikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, neftçıxarma ustası, geologiya-mineralogiya elmləri namizədi, 1966-cı ildən fakültənin əməkdaşı, ümumi coğrafiya kafedrasının dosenti və “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının elmi işçisi olmuş, Oqtay Rza uzun illər fakültədə pedaqoq kimi çalışıb, bir çox alim və müəllimlərimizin müəllimi olub.

Oqtay Rza müasirimiz olaraq həyata bağlanmaqda, onun bütün gözlənilməzliklərini xüsusi bir şövqlə sevməkdə bizə kömək edən şairlərimizdəndir. Bütün varlığı, aldığı nəfəsdən atdığı addıma qədər millidir. Bu millilik özündə qos-qoca bir bəşəriliyi ehtiva edir. Zəngin yaradıcılığı, özünəməxsus sənətkarlıq duyğusu bir yana, Oqtay Rzanın şəxsi yaşam tərzi, xarakteri, insanlığı olduğu kimi görünməyə sövq edən, həmdəmliyə və munisliyə yönəldən tərbiyə vasitəsidir. Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi, şair- jurnalist Vaqif Bəhmənli yubilyarı nazirliyin kollektivi adından Oqtay Rzanın anadan olmasının 80 illiyi münasibətilə təbrik edərək dedi ki, Oqtay Rza səmimi dost, pak insan, yetkin ziyalı, poeziyada öz sözü və yeri olan xəlqi şairdir. Şeirlərində duyğu- düşüncələrini sadə, səlis və koloritli ifadə edir. O, müxtəlif şəxsiyyətlərə həsr etdiyi ithafları ilə ədəbiyyatımızda bədii portretlər silsiləsi yaradıb. Şair gənclərə də daim bacardığı dəstəyi verir. Bu baxımdan onun davranışları ədəbi aləmdə bir əxlaq nümunəsidir.

Poeziya sahəsində mütəxəssis, filologiya üzrə elmlər doktoru Qurban Bayramov, şairlərdən Çingiz Əlioğlu, Adil Cəmil, jurnalist Zemfira Məhərrəmli və digər çıxış edənlər də Oqtay Rzanın şair, alim, müəllim kimi xalqına dəyərli xidmətlərindən, onun 80 illik barlı-bəhrəli ömrünün örnəklərindən söz açdılar, bu nurlu insana möhkəm cansağlığı, təravəti sönməyən yaradıcılıq arzuladılar. Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca təmsil etdiyi qurumun rəhbərliyinin və üzvlərinin yubilyar şairə səmimi təbrikini çatdırdı, ona AYB-nin hədiyyəsini təqdim etdi. Oqtay Rzanı poetik sozün məsuliyyətini və cəmiyyət qarşısında ziyalı borcunu dərindən anlayan şair- vətəndaş kimi səciyyələndirən Fikrət Qoca onun həm də sədaqətli dost olduğunu, hər sınaqdan üzüağ çıxdığını vurğuladı.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində tanınmış şair, alim və Əməkdar müəllim Oqtay Rzanın çoxsaylı şeir kitabları, coğrafiyaşünas-alim fəaliyyəti, pedaqoq haqq-sayı həmişə onu oxucularının, dostlarının, ümumilikdə, cəmiyyətin sevimlisinə çevirib. O, vaxtın və bəxtin böyük dəyərini, töhfəsini xüsusi bir şükranlıqla yaşayıb.

Əsərləri

  1. Torpağı dinləyirəm. Bakı: Gənclik, 1970, 24 səh.
  2. Ürəyimi oxuyun. Bakı: Gənclik, 1975, 80 səh.
  3. Hara gedirəmsə. Bakı: Gənclik, 1980, 66 səh.
  4. Yasəmən çiçəkləyəndə. Bakı: Yazıçı, 1981, 90 səh.
  5. Daş çırağın işığında. Bakı: Gənclik, 1983, 168 səh.
  6. Fəsil dəyişəndə. Bakı: Yazıçı, 1986, 112 səh.
  7. Günəşin adından. Bakı: Yazıçı, 1991, 140 səh.
  8. Vətən, yas saxlama. Bakı: Şur, 1993, 32 səh.
  9. Adlı, ünvanlı misralar. Bakı: Azərnəşr, 1999, 334 səh.
  10. Seçilmiş sətirlərim. Bakı: Azərnəşr, 2001, 264 səh.
  11. Dördlüklər. Bakı: Gənclik, 2004, 200 səh.
  12. "Rübai karvanı - dördlük çələngi". Bakı: Yazıçı, 2011. 188 səh.

 

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 16 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar