"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 22/02/2018, 00:53
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Rasizadə Hüseyn Abdulla oğlu
10:03
Rasizadə Hüseyn Abdulla oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

    Rasizadə Hüseyn Abdulla oğluazərbaycanlı şair, yazıçıdramaturq. Azərbaycan ədəbiyyatında romantizmədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. Hüseyn Cavidin ölməz sənəti dünya romantizminin üzvü tərkib hissəsidir.

           Həyatı

      Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə GəncəTiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqiromantizminin banilərindən biri olmuşdur.

     Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciədramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

     Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.

      Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "Insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "Iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

       1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

     20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

       Cənubi Azərbaycandakı azərbaycanlılarınahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).

      Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.

     Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. "Gözəllik namına, sevqi namına" yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.

       Şeirləri

     Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir. İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik “mən”i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:
Xəyal!.. Əvət, yaşadan yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
      H.Cavid bədii yaradıcılığa klassik lirika üslubunda yazılmış qəzəllərlə başladığı üçün ədəbi fəaliyyətinin birinci dövründəki şeirlərinin dilində ərəb-fars tərkiblərinə rast gəlinir. Lakin belə ifadələr əsasən lirikada əsrlərdən bəri qanuniləşən “qəmi-hicran”, “zülfü-yar”, “əhli-dərd”, “zənciri-zülf”, kimi anlaşıqlı təsvir vasitələrindən ibarətdir:
Məndən fələk ayırdı vəfapişə yarımı,
Tar etdi zülfi-yar kimi ruzigarımı.
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,
Hicri-nigar əlimdən alıb ixtiyarımı.
Bir əhli-dərd yoxdu bu viranə şəhərdə,
Tainki şərh edəm ona mən qəlbi-zarımı.
...Hər kəs ki, Salika, çəkib eşqin bəlasını –
Mən eyləməz görəndə mənim ah-zarımı.
      Sonrakı illərdə İstanbulda təhsil alması, türk poeziyasını dərindən öyrənməsi onun şeir dilində Anadolu şivəsinə məxsus ifadələrin fəallığını bir qədər artırmışdır. Şairin təhsil illəri zamanı qələmə aldığı “Rəqs”, “Pəmbə çarşav”, “Uyuyur”, “Ah yalnız sən” və s. şeirləri də və 1913-cü ildə Tiflisdə nəşr olunan “Keçmiş günlər” şeir Kitabında toplanan digər nümunələrdə Anadolu şivəsinin müəyyən əlamətləri nəzər çarpır. Lakin İstanbul mühitində ayrıldıqdan sonra şairin əsərlərində Anadolu şivəsinə məxsus əlamətlər get-gedə azalmış, nəhayət, davamlı bir prosesdən sonra təxminən aradan qalxmışdır.
     H.Cavidin şeir yaradıcılığının ilk mərhələsində janr baxımından ənənəvi iki üslubluluq özünü göstərir. Şair həmin illərdə həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazmışdır. Bu dövrün məhsulu olan “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Bədii yaradıcılığın başlanğıc mərhələsinə xas olan həmin cəhət sənətkarın fərdi üslub axtarışları dövrü üçün səciyyəvi hal hesab oluna bilər. Çünki elə ilk yaradıcılıq mərhələsinin özündə də Cavidin yeni formalı şeirlər yazdığını asanlıqla müşahidə etmək mümkündür. Türkiyədə təhsil illərində yazılan “Yadi mazi”, “Bir ahi-məzlumanə” şeirlərinin quruluşunda müəyyən orijinallıq vardır. Bu şeirlər hər iki üslubun - klassik lirika və xalq-aşıq lirikası üslublarının qovuşuğundan yaranmışdır. Xalq-aşıq poeziyasında olduğu kimi, şeirlər bəndlərdən ibarətdir. Lakin bəndlərin arasında klassik lirikadakı beytlərə bənzər cüt misralar verilmişdir. Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi formasmda qafiyələndirilmişdir:
Ey Vətən! Ey könül pərəstarı!
Yar ümidim, qüsura bakmayasan.
Bizə tərcih edib də əğyarı,
Burakıb nari-hicrə yıkmayasan.
Səni bu hala saldı qəflətimiz,
Daha əhv et! Yetər nədamətimiz.
     Sonrakı dövrlərdə Cavidin yaradıcılığında belə orijinal quruluşlu şeirlərin sayı getdikcə çoxalmışdxr. “Otuz yaşmda”, “Bir rəsm qarşı-sında”, “Dəniz tamaşası” şeirlərində dördlük bəndlər mənanı qüvvətləndirən və tamamlayan beytlərlə növbələşmişdir. Beləliklə, poetik forma axtarışları H.Cavidin janr sahəsində orijinal üslubunun kəşfi ilə nəticələnmişdir. Hətta bir sıra janrları, xüsusən sonet, türkü və marşları Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirmişdir. Şairin “Mən istərim ki”, “Çəkinmə, gül” şeirləri Avropada geniş yayılmış italyan soneti formasında qələmə alınmışdır.
      H.Cavid şeirlərini həm əruz, həm də heca vəznlərində yazmışdır. Hər iki vəznə yaradıcı münasibət bəsləyən şair onlara əsaslı keyfiyyət dəyişiklikləri gətirmişdir. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həzəc bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olmuşdur. Əruzşünaslar həmin növü “Cavid həzəci” adlandırırlar.
     Əsrin əvvəllərində əruzdan hecaya keçmək də şeirdə yeni üslub axtarıcılığından irəli gəlirdi. Heca vəznli şeirə üstünlük verməklə, Hüseyn Cavid bu vəznin Azərbaycan yazılı poeziyası üçün daha da doğmalaşmasına xidmət etmişdir. O, XX əsrin əvvəllərində heca vəzninin müxtəlif şəkillərində qiymətli şeirlər yazmağa müvəffəq olmuşdur.
    Orijinal təşbeh və metaforalar, epitet və təkrirlər, monoloq və dialoqlar Cavidin şeirlərində fikrin, mənanın qüvvətli və emosional vasitələrlə ifadəsinə xidmət edir. Cavidin şeirlərində təşbeh yaratmaq üçün təbiət hadisələrilə insan həyatı müqayisə olunur. Şair Qara dəniz sahillərində təsvir etdiyi səksən yaşlı qocanın məğrurluğunu canlandırmaq məqsədilə onu “ulu bir dağ”a bənzədir, bədii obrazın dolğun poetik rəsmini çəkir:
Bu keşakeşdə möhtəşəm, məğrur,
Qoca, səksən yaşında bir sima;
Uca bir dağ möhnətilə vüqur,
Qoca bir türk edib namazı əda.
Vird oxur, Həqqa eylər ərzi-niyaz,
Bəlkə dağ sarsılar, o sarsılmaz.

      Monoloq və dialoqlar

    Monoloqlar Cavidin romantik-fəlsəfi üslubunu səciyyələndirən qüvvətli poetik əlamətlərdəndir. Monoloqlara müraciət şairin şeirlərinə romantik üslubun təbiətindən doğan təntənə, fəlsəfi vüsət gətirmiş, lirik qəhrəmanm zəngin duyğu və düşüncələr aləminin açılmasına imkan yaratmışdır. Cavidin yaradıcılığındakı başdan-başa monoloqlardan təşkil olunmuş “Sevinmə, gülmə, quzum”, “Məyus bir qəlbin fəryadı”, “Uyuyur”, “Məzlumlar üçün”, “Neçin” şeirlərində hər bənddəki monoloq konkret fikrin, mənalı bir hikmətin poetik ifadəsinə xidmət edir. “Uyuyur” şeirinin birinci bəndi bahar nəsiminə, sonrakı bəndlərindən hər biri ötuşkən quşlara, günəşə, çiçəklərə, mələyə həsr olunmuşdur. Bahar nəsiminə müraciətlə yazılan monoloqda sevgili məşuqə, çiçəklərə poetik münasibətdən yoğrulan monoloqda dünyanı dərk etmək yolundakı şübhələr, günəşə xitabən deyilən monoloqda “buludlu dünyadakı” qüvvətli işıq, səadət xəyalı tərənnüm olunmuşdur. Sonuncu monoloqda isə lirik qəhrəmanı məşğul edən bütün məsələlər onun “qayeyi-amal” ından doğan xəyallar kimi mənalandırılır:
Uyuyur... Of! Ey bəlalı könül,
Çırpınıb durma! Sən də sus artıq,
Vurma, sus! İştə susdu həm bülbül;
Dur, həyatım da getsə dur azacıq,
Uyuyur çünki aşinayi-xəyal,
Uyuyur çünki qayeyi-amal...
     Şeirlərindəki dialoqlar Cavidin lirikasma müəyyən süjet əlamətləri daxil etmişdir. Hətta onun bəzi şeirləri kiçik səhnəciyi xatırladır. “Öksüz Ənvər”, “Çiçək sevgisi” şeirlərində lirik vəziyyətlər şeirin müəyyən hissəsindəki yığcam dialoqlarla ifadə olunmuşdur. Dialoqlar əsasında yaradılmış “Qız məktəbində” şeirindəki poetik mükalimə Gülbaharın nəciblik və ülviliyini mənalandırmağa xidmət edir. Əsl zinəti təmizlik və bilgi olan, altun bilərzikləri ilə deyil, sadə geyimi, aydın, zəngin mənəviyyatı ilə fərdiləşən Gülbahar Cavidin şeir yaradıcılığındakı öksüz ənvərlərin, kiçik sərsərilərin bir növ davamıdır.
     Dialoqlar “Qız məktəbində” şeirində dramatik mükalimədən çox təbii şeir misraları kimi səslənir, poetik etirafı ifadə edir:
-Quzum, yavrum! Adınnədir?
Gülbahar.
Pəki, sənin anan, baban varmı?
Var.
Nasıl, zənginmidir baban?
Əvət, zəngin, bəyzadə...
Öylə isə geydiyin geyim neçin böylə sadə?..
    “Qız məktəbində” şeiri ümumən Azərbaycan şeirində süjetli lirikanın ən mükəmməl nümunəsi sayılmağa layiqdir.

   Şairin lirikasındakı poetik və fəlsəfi ümumiləşmələr fikrin hikmət tutumunu artırmış, aforizm səviyyəsinə yüksəlmişdir. Cavidin lirikasmda hətta elə şeirlər də vardır ki, orada bir-birinin ardınca gələn misraların demək olar ki, hamısı aforizmlərdən yoğrulmuşdur:
Yaşadan kainatı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir.
...kim ki, biganədir hüquqə, əvət,
Xain ellərdə məhv olur əlbət.
...Yaşamaq istərsən çalış, çabala,
Rəd olub gurla, bərq olub parla!
Bütün bunlar Cavid lirikasının novatorluğunu müəyyən edir.

       Poemaları

       Hüseyn Cavidin yaradıcılığında poema janrının da özünəməxsus yeri vardır. Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində qələmə almışdır. Cavidin ilk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. Həmin qəbildən olan poemalar sanki Hüseyn Cavidin lirik-romantik monoloqlarmdan yoğrulmuşdur. Həyata və insanlara romantik münasibət, bədii və fəlsəfi ümumiləşdirmələr bu poemaların əsas qayəsini müəyyən edir. “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), poemalarında epik təsvirlərdən qat-qat çox li-rik-romantik düşüncələr öz əksini tapmışdır. Yalnız “Hübuti-Adəm” poemasmda Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınmış bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafmda poetik mülahizələr irəli sürməyə imkan vermişdir. “Bir ahi-məzlumanə” poeması “küncü-möhnətdə” bəlaya düçar edilmiş, “ayaq altında paymal olmuş” Vətənin acı halına dərin təəssüf hisləri mənalandırılmış, qeyrət etməyə, himmət göstərməyə çağırış motivləri ifadə olunmuşdur.

     Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlamış, nəhayət, 1928-ci ildə tamamlamışdır.
    “Azər” poeması Hüseyn Cavidin Qərbə və Şərqə, eyni zamanda Şərq-Qərb müstəvisində Azərbaycana baxışlarını geniş şəkildə ifadə edən mükəmməl sənət əsəridir. Azərin Qərb və Şərq ölkələrinə səyahətləri yeni tarixi mərhələdə dünya gedişatıın öyrənmək, inkişafm ən məqbul yolunu seçmək məqsədini izləyir. Poemada həmin ölkələrin fərqli xüsusiyyətləri haqqındakı düşüncələr Azərin simasmda dünyanı, sivilizasiyaları sintez etmək meylinin ifadəsindən ibarətdir:
Şərq elləri irişilməz “xəyal” için yaşarkən,
Qərb aləmi az da olsa həqiqətdən xoşlanar.
Şərqin sönük duyğusunu afyon ruhu qoşarkən,
Onlar yeni bir silah kəşfini səadət sanır.
Şərq uğraşır yalnız “ölməyim” deyə,
Qərb elləri maildir öldürməyə.
Ya o, ya bu qoşar durar hər bir dilək peşində,
Məqsəd ancaq yarışı yok, bir həyatı xoş bulmaq.
Şərqə görə o diyarda azad ikən düşüncə,
Yazıq!.. Yenə mümkün deyil didişmədən qurtarmaq.
     Əsərin əsas qəhrəmanı Azər Cavidin əksər dramatik qəhrəmanlarından fərqli olaraq tarixdən deyil, real həyatdan alınmış bir bədii obrazdır. Azər şairin müasiri, daha çox isə onun özünün proobrazıdır. Azərin yaşadığı mühitə, üzvü olduğu cəmiyyətə, Qərbə və Şərqə baxışları müəllifin şəxsi qənaətlərinin və düşüncələrinin ifadəsidir. Poemanın böyük bir hissəsində Azərin Almaniyaya səfərindən söz açılması, əsərin bir çox bölmələrinin Berlində yazılması ilə Hüseyn Cavidin Almaniyaya gedib orada müalicə olunmasının səsləşməsi də obrazla müəllifin baxışları arasında möhkəm bağlılıq olduğunu aydınlaşdırır. Bütövlükdə Azər həyata və cəmiyyətə yeni nəzərlərlə baxan, dünyada gedən prosesləri obyektiv dərk və təhlil etmək qabiliyyətinə malik olan yeni tipli bədii obrazdır. Mənsub olduğu xalqı və ölkəni mədəni millətlərin cərgəsində görmək arzusu onun səciyyəvi cəhətidir. Azərin Qərbə və Şərqə səfərləri sadəcə səyahət, gəzinti, əyləncə olmayıb, dünyanı öyrənib məmləkətini və millətini irəli aparmaq niyyətlərinin ifadəsidir.
    Poemada Hüseyn Cavid Azərbaycanda qurulmuş yeni cəmiyyətə münasibətini də ifadə etmişdir. Əsərin “Səlmanın səsi”, “Inqilab xırsızı”, “İsyan” bölmələrində yeni cəmiyyətin bədii dərki məsələləri ön mövqedə dayanır. Hiss olunur ki, Cavid imkan olduqca yeni cəmiyyətə yaxşı tərəfdən baxmaq meylindən çıxış edir. Səlmanm dilindən deyilən “hər gülşənə vardım, çiçəklər güldü, Sevdalı bülbüllər salama gəldi”, yaxud “Susmuş kamançalar ilhama gəldi” kimi nikbin misralar şairin həmin meylinin əks-sədasıdır. Bununla belə, Cavid bu cəmiyyətin mövcud ziddiyyətlərdən xilas olmasının zəruriliyini də qabanq şəkildə nəzərə çarpdırmışdır. Poemanm “İnqilab xırsızı” bölməsində “inqilab kürkünə girmiş” Şura sədrinin törətdiyi özbaşınalıqların təsviri ilə şair yeni qurulmuş cəmiyyətdəki eybəcərlikləri diqqət mərkəzinə çəkmişdir. Cavid Şura sədrinin alova bürünmüş evini göstərməklə geniş mənada yeni quruluşun yaşamasının mümkünsüz hala düşdüyünü ifadə etmək istəmişdir. Poemadakı kənd Şura sədrinə aid edilən “balıq başdan qoxarmış” qənaəti də, heç şübhəsiz, bütövlükdə o cəmiyyətin ən yuxan təbəqələrinin çürüklüyünə, mənəvi-siyasi iflasa məruz qaldığına açıq işarədir. Hətta poemanın epiloqu kimi düşünülmüş “İsyan” bölməsində ifadə olunan aşağıdakı misralar da sadəcə yeni quruluşun təsdiqi mənasında deyil, daha çox çağdaş gəncliyin quracağı böyük gələcəyin, müstəqil ölkənin dəstəklənməsi kimi başa düşmək, mənalandırmaq lazım gəlir:
Bu gün gəncliyə baksan,
Bir sel kimi hər an
Sağlam, yeni məfkurələr izlər.
Bizlər?
...Bizlər yeniləşsək belə, daim,
Bir əskilik az-çox bizə hakim...
...Onlar qoşacaq, çırpışacaqlar,
Bir çox üçürümlar aşacaqlar.
Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var: ancaq yeniləşmək!
Onlardakı himmət və mətanət
Qırmaclayacaq Şərqi nihayət.
Onlardakı qüdrət və məharət,
Er-gec vercək xalqa səadət.
...Onlar güləcək güldürəcəklər,
Bizdən daha xoş gün görəcəklər!
      Janr etibarilə “Azər” lirik-epik poemadır. Əsərdə dramatik ünsürlərdən də istifadə olunmuşdur. Poetik vüsətinə görə “Azər” poeması dastan təsiri də bağışlayır.
   Hüseyn Cavidin poemaları Azərbaycan ələbiyyatında romantik-fəlsəfi poemanın inkişafında mühüm rol oynamışdır.

     "Ana" faciəsi

     Ədibin ilk dram əsəri olan “Ana” mənzum faciəsinin (1910) mövzusu Dağıstan həyatından alınmışdır. Əsərin əsas qəhrəmanı olan qonaqpərvər və məğrur Səlma Azərbaycan ədəbiyyatı üçün yeni tipli Ana obrazıdır. Onun İsmət adlı bir çərkəz qızına nişanlı olan oğlu Qanpoladla bu qıza könül salan Orxan arasında rəqabət vardır. İsmət isə kasıb ailəni təmsil edən Qanpolada sadiq qalır və Orxanın cah-cəlalını rədd edir. Orxan dostu Muradın vasitəsilə Qanpoladı öldürtdürür. Murad təhlükədən xilas olmaq üçün kimliyini bilmədən Səlma xanımın - Ananın evində sığınmaq istəyir. Ana oğlunun qatilini tanısa da, dərin daxili sarsıntılarına, mənəvi iztirablarına, qəzəbinə qalib gəlməyi bacarır. “namərd qonağı” evindən uzaqlaşdımaqla cəzalandıran Ana bu acı, qanlı taleyin səbəbini Allahın qisməti ilə əlaqələndirir:
Get, namərd qonaq, get! Alçaq mültəci!
Get, miskin hərif, get! Cəllad, yırtıcı!
Get, vicdansız kəndini qurtar, yaşa!
Ancaq vicdansızları bəslər dünya!
Get, gözüm görməsin! Uzaqlaş, dəf ol!
Nə haqsızlıq etdinsə Allahdan bul!
Get, çəkil get! Dinsiz, Allahsız xain!
Murdar izin bu torpaqdan silinsin!
       Övladının qatilini bağışlamağı bacaran Səlma surəti dünya ədəbiyyatı üçün də təkrarsız bədii obrazdır.
Cavidin “Maral” və “Şeyda” pyesləri nəsrlə yazılmışdır. Hər iki əsərdə şeir parçalarından, lirik elementlərdən istifadə olunmuşdur.

     "Şeyx Sənan" faciəsi

     Hüseyn Cavidin “Şeyx Sənan” mənzum faciəsi geniş mənada Azərbaycan dramaturgiyasmm şah əsərlərindən biridir. Bu əsər Cavidin romantik dramlarının zirvəsində dayanır. “Şeyx Sənan” mənzum faciəsi (1914) dini-əfsanəvi şəxsiyyət olan Sənanm məhəbbət macərası əsasında insanm mənəvi ucalığı haqqında yazılmış dramatik üvertura təsiri bağışlayır. Cavid bu əsərində əsl eşqin dini etiqad üzərindəki təntənəsini, bütün buxovları dağıtmaq qüdrətini nümayiş etdirmişdir. Pyesdə müsəlmanlar, müridlər, möminlər mühitində hamıdan ucada dayanan Sənanm baxışlarmda gürcü qızı Xumara olan sevgisindən sonra yaranan dəyişikliklərin timsalında bütövlükdə insanın dəyişməsi prosesi dolğun şəkildə canlandırılır. Bu vaxtadək müqəddəs məbədgahlara və ziyarətgahlara səcdə edən Şeyx Sənan bundan sonra ülvi, uca eşqin böyüklüyünə inam bəsləyir. Şeyxin timsalmda Cavid eşq, yoxsa etiqad, möminlik və ya gerçəklik sualları əsasmda qurduğu süjet, yaratdığı dramatik münaqişə vasitəsilə insanın həqiqət axtarıcılığı, məhəbbəti etiqad səviyyəsinə yüksəltmək səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat etmişdir. Əsərdə Sənanın dilindən deyilmiş aşağıdakı misralar da bunu bir daha təsdiq edir:
Kim ki, eşq atəşilə oldu hədər,
Onu yandırmaz öylə atəşlər.
Bəni öldürsələr də bən yaşarım,
Tərk edib xəlqi xaliqə qoşarım.
Əbədiyyət bənim məzarımdır,
Çünki sultani-eşq yarımdır.
Eşq üçün can nisan edən ərlər,
Əbədi bir həyat içində gülər.

     "Peyğəmbər" və "Topal Teymur" leze dramları

    Hüseyn Cavidin təkcə yaradıcılığında yox, həm də şəxsi taleyində “Peyğəmbər” və “Topal Teymur” leze dramlarının özünəməxsus yeri vardır. Əvvəla, hər iki əsərdə Cavid ilk dəfə idi ki, tarixi şəxsiyyətə və tarixdən alınmış hadisələrə müraciət etmişdi. Ikincisi isə böyük ədib tarixi mövzuya müasir mövqedən yanaşmışdı ki, bu da dövrün ədəbi tənqidi tərəfindən bir çox hallarda mövcud cəmiyyətlə bağlı yozulduğun-dan Hüseyn Cavid üçün müəyyən çətinliklərə səbəb olmuşdu. Cavid əfəndi həm də Teymurləng kimi bir fatehi və Məhəmməd peyğəmbəri ideallaşdırmaqda günahlandırılmışdı. Əslində isə dramaturqun məqsədi “Topal Teymur” əsərində tiranlığı tənqid etməkdən, “Peyğəmbər”də isə insanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsindən bəhs edirdi. Hər iki əsərdə dramatik vasitələrlə yanaşı, təsvirə, təhkiyəyə də müəyyən yer verilmişdir ki, bu da həmin bədii nümunələrin səhnəyə çıxarılmasını çətinləşdirir. “Peyğəmbər” dramı isə bütövlükdə səhnə üçün nəzərdə tutulmamışdır.

Əsərləri

Hüseyn Cavid. Ana. (dram)
Hüseyn Cavid. Maral (faciə)
Hüseyn Cavid. Səyavuş (faciə)
Hüseyn Cavid. Şeyx Sənan (faciə)
Hüseyn Cavid. İblis (faciə)
Hüseyn Cavid. Azər (poema)

Nəşr

Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. I cild – Şeirləri, “Azər” poeması;

Hüseyn Cavid. Əsərləri. Bеş cilddə. II cild – Dram əsərləri (“Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”);

Hüseyn Cavid. Əsərləri. Bеş cilddə. III cild – Dram əsərləri (“İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”);

Hüseyn Cavid. Əsərləri. Bеş cilddə. IV cild – Dram əsərləri (“Knyaz”, “Səyavuş”);

Hüseyn Cavid. Əsərləri. Bеş cilddə. V cild – Dram əsərləri (“Xəyyam”, “İblisin intiqamı”), məqalələri və məktubları.

Filmoqrafiya

Cavidi xatırlarkən (film, 1982)

Topal Teymur (film, 1983)

Hüseyn Cavid (film, 1988)

Qayıdış (film, 1992)

Səma şairi (film, 2003)

Cavid ömrü (film, 2007)

 

İstinadlar

anl.az_e1.pdf

anl.az_e2.pdf

“59 saylı qəbir” - Brejnev və Andropovun kabinetində müzakirə olunan ...

Həmçinin bax

Hüseyn Cavidin ev muzeyi

Hüseyn Cavid məqbərəsi

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 7 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar