"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 21/10/2018, 16:38
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 30 » Müzəffərəddin Cahan Yusif oğlu
22:25
Müzəffərəddin Cahan Yusif oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

     Müzəffərəddin Cahan Yusif oğlu — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahan şah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycanca şeirlər yazmışdır.

       Uşaqlıq və gənclik illəri

      Müzəffərəddin Cahan şah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur.

      TeymurilərCəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahan şah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları ŞahruxBaysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər.

     Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir. Cahan şah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahan şaha tapşırır.

       Cahan şahın qardaşı İskəndərə qarşı mübarizəsi

     İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahan şahla Şirvanəmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır və burada öz yaxın adamlarının sui-qəsdilə öldürülür və beləliklə Cahan şah Azərbaycanın müstəqil hökmdarı olur. 1440-1441 -ci ildə o, Gürcüstan üzərinə uğurlu bir yürüş edir, bir neçə ildən sonra isə ərəb İraqına hücum çəkərək, Bağdadı alır. Bundan sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni İraq hakimi təyin edir. Mosul şəhərini isə qardaşı İskəndərin oğlanları Əlvəndə, Rüstəmə, Tərxana və Mahmuda verir. Qardaşı İskəndərdən fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı sultanı ilə dostluq siyasəti yeritməklə Cahan şah nəinki Qaraqoyunlu dövlətinin əvvəlki sərhədlərini bərpa edir, hətta onun ərazisini qonşu torpaqlar hesabına genişləndirir də. Cahan şahla Şahrux arasındakı dostluq qohumluğa keçir. Şahruxun arvadı Gövhərşad bəyim Cahan şahı oğulluğa götürür. Lakin bütün bunlara baxmayaraq, Qaraqoyunlular dövləti Teymurilərdən asılı olaraq qalırdı.

      Qaraqoyunlu və Ağqoyunluların toqquşması

      Qaraqoyunlu dövləti yalnız 1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən sonra tam müstəqillik qazanır. Hakimiyyətsizlikdən istifadə edən Cahan şah Sultaniyyə, Qəzvin və Həmədanı Qaraqoyunlu torpağlarına qatır, elə həmin ildə Gürcüstan üzərinə yürüş edir. Bu vaxt İskəndərin oğlu, Mosul hakimi Əlvənd MirzəCahan şaha qarşı üsyan qaldırır və ətraf yerləri tutaraq özünü müstəqil elan edir. Bu barədə xəbər çatan kimi Cahan şah Təbrizə qayıdır və öz qoşunlarını Əlvənd Mirzənin üzərinə göndərir. Əlvənd məğlubiyyətə uğrayır və Ağqoyunlu hökmdarı Cahangirin yanına qaçır. Bu isə Cahan şahı məcbur edir ki, öz qoşununu Cahangirin üzərinə yönəltsin. Cahangirin qoşunları əzilir və onun torpaqlarının bir hissəsi Cahan şahın tabeçiliyinə keçir.

       Cahan şahın İranı fəth etməsi

     1452-ci ildə Cahan şah İranı fəth edir və Fars vilayətinin bir hissəsini tutur. Oğlu Pirbudaqı İsfahan hakimi qoyur. O isə Farsa hücum edərək, ŞirazKirmanı tutur.1453-cü ilin sonunda Cahan şah Pirbudağı Fars hökmdarı təyin edib, özü Təbrizə qayıdır. 1457-ci ildə isə qoşununu Xorasan üzərinə çəkir. O biri il Teymurilərin paytaxtı Heratı tutaraq, Şahruxun məşhur sarayında yerləşir. 1454-cü ildə Bağdadı, öz qardaşı İsfəndiyar Mirzənin oğlu Vələd Mirzədən alır.

       Oğlanları Həsənəli və Pirbudağın Cahan şaha qarşı üsyanı

    Elə həmin vaxt oğlu Həsənəli özünü sultan elan edərək, Təbrizi ələ keçirir. Azərbaycana dönən Cahan şah üsyançılarla sərt rəftar edir. Yalnız anasının himayədarlığı Həsənəlini edam cəzasından qurtarır. Ölkədən sürgün edilmiş Həsənəli atasının düşməni Uzun həsənin düşərgəsinə, buradan isə qardaşı Pirbudağın yanına Şiraza gəlir. Qardaşlar birləşib, Cahan şaha tabe olmadıqlarını elan edirlər. Bunu eşidən sultan 1462-1463-cü ildə Şirazı mühasirəyə alaraq, işğal edir. Anaları bu dəfə də qardaşları xilas edir. Bundan sonra Cahan şah dövlət idarəçiliyini oğlanları arasında bölüşdürür. Pirbudağa Bağdad, Mirzə Yusifə Fars, Qasımbəyə isə Kirman düşür. Həsənəli isə həbs olunur.

     Pirbudaq yenidən üsyan etsə də bu dəfə Cahan şah oğlu Mirzə Məhəmmədi 1466-cı ildə Pirbudağın paytaxt elan etdiyi Bağdada göndərdi və Pirbudaq qardaşı tərəfindən edam olundu.

       Ağqoyunluluların yüksəlməsi və Cahan şahın öldürülməsi

      Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahan şahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. 1458-ci ildə o, Gürcüstana yürüş edir. Ərdəbil hakimlərinin də fəallığı artmaqda idi. Şah İsmayılın babası, məşhur Şeyx Cüneydin xalq arasında nüfuzunun artması Cahan şahı narahat edirdi və odur ki, onu Ərdəbildən Diyarbəkirə sürgünə yollayır.

     Üstündən dörd il keçəndən sonra şeyx Ərdəbilə gəlir və Şirvanşah Xəlilullahla döyüşdə öldürülür. Bu arada Uzun Həsən Gürcüstan üzərinə yeni bir hücuma keçir və Ərzurumu tutur. Onun fəallaşdığını görən Cahan şah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Muş düzənliyində qəflətən Cahan şahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahan şahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahan şahı öldürür.

     Bu hadisə 1467-ci ilin 4 oktyabrında baş verir. Cahan şahın cəsədini Təbrizə gətirir və onu özünün tikdirdiyi Göy məsciddə dəfn edirlər. Bir neçə şair Cahan şaha mərsiyələr də söyləyir. Qaraqoyunlu dövləti özünün 58-ci ilində beləcə məhv olur və Azərbaycan tarixində mühüm yer tutmuş görkəmli oğullardan birinin ömrü beləcə gözlənilmədən kəsilir. Bu elə bir şəxsiyyət idi ki, özündə dövlət xadimi, diplomat, sərkərdə və şairə məxsus ən gözəl keyfiyyətləri birləşdirmişdi.

      Cahan şah ticarət, sənətkarlıq, elm, incəsənət və mədəniyyətin inkişafı naminə çox işlər görmüşdür. Onun hakimiyyəti illərində Naxçıvan, Gəncə və xüsusilə də Təbriz kimi iri şəhərlərimiz çiçəklənmişdi. Onun əmri ilə 1456-cı ildə Təbriz şəhərində Azərbaycanın ən məşhur memarlıq abidələrindən olan Göy məscid tikilir. Bundan əlavə həmin dövrdə bir ucdan ictimai və yaşayış binaları da tikilir.

       Göy məscidin mərmərdən qurulmuş banası qeyri-adi dərəcədə gözəl, parlaq və rənkarənk kaşı ilə bəzədilmişdi ki, bunun da Azərbaycan memarlığında indiyə qədər bənzəri yoxdur. Bütün bunlardan başqa Cahan şahın Azərbaycan poeziyası tarixində də mühüm xidmətləri vardır və bunlar üzərində xüsusi dayanmağa dəyər.

       Yaradıcılığı

     Doğma Azərbaycan türkcəsində gözəl şerlər yazmış Cahan şah ədəbiyyat tariximizdə "Həqiqi" təxəllüsü ilə tanınır. Yüksək təhsil görmüş Həqiqi Azərbaycan türkcəsi və fars dilində gözəl qəzəllər, məsnəvirübailər yazırdı. O, Şərq ədəbiyyatına dərindən bələd idi və özünü Nəsimi məktəbinin ardıcılı hesab edirdi. Həqiqi dahi fars şairi Əbdürrəhman Cami ilə dostluq münasibəti saxlayırdı. Cami onun "Divan"ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirirdi. Öz şerlərindən birində o, bu divanı "xəzinə" adlandırmışdı.

         Cahan şahın Divanının tarixçəsi

     "Divan"ının macərası da şairin həyatı qədər maraq doğurur. Tədqiqatçılar uzun müddət həmin divandan xəbərsiz olduqlarından onu itmiş zənn etmişdilər. Və yalnız1961-ci ildə əlyazmanın sirri açıldı. Məlum oldu ki, Həqiqinin "Divan"ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılıb. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır. Məşhur şərqşünas alim Minorski onunla burada tanış olub. Lakin əlyazma burada da qalmır. Nyu-Yorka, erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə düşən əlyazma buradakı başqa əsərlər kimi, onun vəsiyyətinə əsasən, İrəvan Universitetinə gətirilir. Azərbaycan alimi Lətif Hüseynzadə "Divan"ı burada tapmış və işləyərək, dərc etdirmişdir. Cahan şahın ən yeni əlyazma Divanını Firuz Refahi Ələmdari Tehran Universitetinin mərkəzi kitabxanasında tapıb və Tehranda nəşr edibdir. Bu əlyazma hazırda aşkar olunan əlyazmaların arasında ən mükəmməli sayılır.

       Cahan şah hürufiliyin ardıcılı kimi

      Həqiqi şərq fəlsəfəsinə də dərindən bələd idi. Şah olmasına baxmayaraq, o, NəimiNəsiminin təbliğ etdiyi hürufiliyin fəal ardıcıllarından idi:

       Vüsalını diləram kam ilən ze fəzli-ilah
       Məni-şikəstəyə kami-vüsal beylə gərək.

     Azərbaycan hürufizminin tədqiqatçısı Zümrüd Quluzadənin yazdığı kimi, "Həqiqinin poeziyası öz formasına görə, tamamilə hürufi mahiyyətdədir. O, dəfələrlə hərflərin insan əməllərində, xüsusən də onun sifətində əks olunduğunu yazır. İnsan və onun surəti Quranı və Quran ayələrini təcəssüm etdirir:

       Ey xətin səbül-məsani, vey ləbin mai-təhur,
       Vey cəmalın pərtövindən sərbəsər aləmdə nur.

       Yaradıcılığının aşkar hürufi mahiyyəti daşımasına baxmayaraq, maraqlıdır ki, Cahan şah Təbrizdə Nəiminin qızı başda olmaqla 500 hürufi edam etdirmişdi. Buradan da belə nəticəyə gəlmək olar ki, Həqiqini hürufizmdə cəlb edən ya münasib poetik formalar, yaxud da bəzi hürufilərin yeritdiyi siyasətdə Teymurilərin əleyhinə yönəlmiş istiqamət olmuşdur.

        Ailəsi

       1420-ci ildə Trabzon imperatoru IV Aleksios Komnenosun qızı ilə evlənmişdi. Tağəddin Rəcəb ibn Əfridunun qızı Canbəyim xanımla da evlənmişdi. Qızı Salehə xatun onun ölümündən sonra Təbrizdə qalmağa davam etmişdi. Digər qızının adı Həbibə olmuşdur. Canbəyim xatun ögey oğlu Həsənəli tərəfindən öldürülmüşdür.

Cahan şahın beş oğlu vardı:

  • Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi.
  • Həsənəli
  • Qasımbəy
  • Mirzə Məhəmməd - Pirbudaqı elan etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
  • Mirzə Yusif - Uzun Həsən tərəfindən kor edilmişdir. Həsənəlinin ölümündən sonra Pirəli bəy Baharlı tərəfindən müvəqqəti hökmdar elan edilmiş, lakin Uğurlu Məhəmməd tərəfindən 22 oktyabr 1469-cu ildə edam edilmişdir.

İstinadlar

  1. Müzəffərəddin Cahan şah Həqiqi
  2. Xaqan Balayev. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən. “Elm və həyat”, 2002
  3. The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10) - V. Minorsky - Vol. 17, No. 1 (1955), pp. 50-73
  4. Firuz Refahi Ələmdari, Mirza Cahan şah Həqiqi-Farsca-Türkcə divani,Tehran,Firuzan nəşriyyati,2001
  5. William Miller ("The Chronology of Trebizond", The English Historical Review, 38 (1923), səh.80)

Həmçinin bax

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 20 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar