"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 18/02/2018, 14:55
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 3 » Mehdizadə Abbas Əliabbas oğlu
06:45
Mehdizadə Abbas Əliabbas oğlu

YAZIÇILAR VƏ SAIRLƏR    Mehdizadə Abbas Əliabbas oğlu — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.

      Həyatı

    Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. MəşhədTehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şeirləri işıq üzü görür.

    "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir

    1912-ci ildə şairin öz şeirlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, şeir pərisi və şəhərli" adında romantik poeması nəşr olunur.

    Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.

    Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir.

    1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir.Şair həm də Mirzə Ələkbər Sabir ilə yaxın dost olmuşdur. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynamışdır.Onlar bəzən ikisi birlikdə Bakıya gəlmişdir.

      Kitabları


  1. Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi. Bakı: 1914
  2. Sınıq saz. Bakı: 1912,
  3. Kasıblıq eyib deyil (2 pərdəli komediya). Bakı: 1912,
  4. Qərb günəşi (tərcümələr toplusu). Bakı: 1912,
  5. Neft fontanı (1 pərdəli komediya). Bakı: 1912,
  6. Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik (Mahmudbəyovla şərikli). Bakı: 1912.

      Ədəbiyyat


  1. Abdulla Şaiq. Türk ədəbiyyatının müntəxabatı. Bakı: 1925,
  2. Quluzadə. Abbas Səhhət haqqında bir neçə söz. "Maarif İşçisi" jurnalı 6-7 (14-15)-ci saylar, Bakı: 1927.
  3. Abdulla Şaiq. Ədəbiyyatımız haqqında. "Maarif İşçisi" jurnalı 2-4 (14-15)-ci saylar, Bakı: 1927.
  4. "Abbas Səhhət" (1949)
  5. "Abbas Səhhət" (1986)
  6. Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. - səh. 478-479.

      İstinadlar


  1. Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015.

 

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 14 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 4.0/1
Şərhlər: 0
avatar