"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 18/02/2018, 15:06
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 31 » Məhəmməd Füzuli Süleyman oğlu
23:58
Məhəmməd Füzuli Süleyman oğlu

YAZIÇILAR VƏ SAİRLƏR       Məhəmməd Füzuli ibn Süleyman — Orta əsr azərbaycan türk şairi, mütəfəkkir və filosof. Azərbaycantürk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

       Həyatı

   Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan HilləKərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

       XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə MonqollarTeymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Dahi Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də məhz Kərbəladadır.

       Yaradıcılığı

      Məhəmməd Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır.Onun müəllimi Vəli Məmmədzadə olmuşdur. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum,riyaziyyathumanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

   "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

     Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

     Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhzullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

      Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

     Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli buradaAristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

       "Məni candan usandırdı"
       Məni candan usandırdı, cəfadan yar usanmazmı?
       Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

       Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
       Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

       Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
       Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

       Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
       Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

       Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
       Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

       Degildim mən sənə mail, sən etdin əqlimi zail,
       Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

       Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
       Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

       Qəzəl məcnuni-dilpəzirindir
       Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
       Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalara qıl mübtəla məni!

       Olduqca mən götürmə bəladan iradətim, Mən istərəm bəlanı, çün istər bəla məni!
       Təmkinimi bəlayi-məhəbbətdə qılma süst, Ta dust tən edib deməyə bivəfa məni!

       Getdikcə hüsnün eylə ziyadə nigarımın, Gəldikcə dərdinə bətər et mübtəla məni!
       Mən qandanü mülaziməti-etibarü cah, Qıl qalibi-səadəti-fəqrü fəna məni!

       Öylə zəif qıl tənimi firqətində kim, Vəslinə mümkün ola yetirmək səba məni!
       Nəxvət qılıb nəsib Füzuli kimi mənə, Ya rəb, müqəyyəd eyləmə mütləq mana məni!

      Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.Füzuli öz seirlərində, XVI əsrə qədər azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır. Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb şeirimizin bədii keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini parlaq surətdə nümayiş etdirmişdir. Bu məktəb klassik ədəbiyyatdakı köhnəlmiş qayda və normaları qırmaqda, inkişafa mane olan klassisizm ənənələrinə cəsur, azad və hünərli yanaşmaqda böyük tarixi xidmət göstərmişdir.

      Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

      Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

      "Leyli və Məcnun", Fizuli

     Leyli və Məcnun əfsanəsi haqqında çox poemalar yazılmışdır. Lakin Füzulinin «Leyli və Məcnun» poeması özünəməxsusluğu ilə seçilir. Müəllif о dövrün patriarxal mədəniyyətini, onun ab-havasını olduqca hərtərəfli və aydın şəkildə izahını vermişdir.

      Leyli və Məcnun timsalında insana, həyata və sevgiyə yeni münasibət ifadə olunmuşdur. Leyli və Məcnun yeni insan idealının, insan haqqındakı yeni baxışların köhnə baxışlar və ziddiyyətlə toqquşmasını əks etdirir. Bu toqquşma göstərir ki, köhnə baxışların, görüşlərin tarix səhnəsindən çıxmaq vaxtı yaxınlaşmışdır. Lakin bu köhnə baxışlar hələ şüurlardan silinməmişdir. Ona qarşı hər bir çixış, hər bir hərəkət dəlilik, ağılsızlıq, məcnunluq sayılır. İstər qız olsun, istər oğlan övladın kimisə seçməsi, kiməsə rağbət göstərməsi hələ ata hüququna müdaxilə etmək, dövrün adət-ənənələrinə zidd getmək kimi qarşılanır.

    Əsərlə yaxından tanış olanlar bilir ki, Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Bu heç də təsadüfi deyildir. Yəni kamillik, sosial münasibətlər sisteminin inkişafı qadın və kişi münasibətlərinin tənzimlənməsi üçün elm və təhsil zəruri şərtlərindən biridir. Onlar bir-birini yalnız məktəbdə görür və bu məhəbbətə, qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Təbii ki, Füzulinin kamil insan, şəxsiyyət timsalında yaratdığı insan obrazı, Leyli və Məcnun münasibətlərində qoyduğu konsepsiyasını və onun gender münasibətlərinin əsasını təşkil edir. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər. Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir. Sözsüz ki, burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri yə qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən, insanın insana olan münasibətindən irəli gəlirdir. Elə buna görədə o, özünü səhrada, heyvanlar arasında daha yaxşı hiss edirdi.

    Məcnuna göndərdiyi bir məktubda Leyli öz hüquqsuzluğunu, qul, əşya kimi alınıb satıldığını bildirərək yazır:

       Мən gövhərəm, özgələr xiridar,
       Məndə degil ixtiyari-bazar,
       Dövran ki, məni məzada saldı,
       Bilməm Kim idi satan Kim aldı,
       Olsaydı mənim öz ixtiyarım,
       Olmaz idi səndən özgə yarım.

      Burada qadının azad seçim hüququnun əlindən alındığı aşkar olur. Füzuli bununla İslam Dininin qadına verdiyi seçim hüququnu tələb edir və bunun üçün insanları ilahi həqiqətə əməl etməyə çağırır. Dünyada hakim adət-ənənə və düşüncə tərzi qadına mənəvi sərbəstlik verilir, qadın qəlbinin səsini eşitmək istəmirdi.

      Əsər patriaxal mədəniyyətin bazis nümunəsi kimi də dəyərləndirilə bilər. Burada qadınlar hər bir hərəkətlərində çox ehtiyatla davranırlar. Elə Leylinin Məcnuna olan məhəbbətini eşidən ana da bu həyəcan və qorxu dəhşətini yaşayır. Və o, bunu Leyliyə etdiyi nəsihətlərdə açıq bildirir:

     Məzmundan qadının hüquqsuzluğu, öz taleyinin sahibi olmadığı görünür. Fizuli əsərdə qadına seçim hüququnun tanınmasına çağırır. Bu baxımdan əsər patrarxal mədəniyyətin bariz nümunəsi kimi qiymətlidir. Bu dövrdə qadınlar hər bir hərəkətlərində ehtiyatlı davranmağa məcburdurlar. Bütün bunlar Leylinin anasının onun Məcnuna olan sevdasından xəbər tutduqdan sonra verdiyi nəsihətlərdən də görünməkdədir:

       Keyşux, nədir bu göftugulər?
       Qılmaq sənə tənə eybculər?
       Nəycün özünə ziyan edirsən?
       Yaxşı adını yama edirsən?
       Nəyçün sənə tənə edə bədyu?
       Namusuna laiq işmidir bu?

    Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

       Mən kimi yox əldə İxtiyarin,
       Bir özgə əlindədir Məharin

      Füzulinin qələmə aldığı sevgi dastanında baş qəhrənıanların-Leyli ilə Məcnunun kamil surəti ilə yanaşı epizodik surətlər də verilmişdir. Gənclərin valideynindən başqa Nofəl, ibn Səlam, Zeyd kimi bitkin surətlər, bu və ya başqa dərəcədə hadisəyə qarışan Saqi, Gərdun, Ahu, Kəbutər, Şərn, Ay və sair alleqorik surətlər verilmişdir. Bütün bu surətlərin xarakterində başlıca cəhət, əsas keyfiyyət saf məhəbbət, sevgiyə sədaqət məsələsidir. Bütün başqa məsələlər ikinci, üçüncü dərəcədə qalır.

     Şair epizodik surətlərdən də sevginin ecazkar qüdrətini, hər şeydən üstün olduğunu, ən yüksək məna kəsb etdiyini göstərir. Hətta Məcnuna rəqib olan İbn Səlam surətini işlərkən şair onun mənliyindəki müsbət keyfiyyətləri, onun ali idrakını, xoş xasiyyətini, cazibəli hüsnünü qeyd edir. O, mötəbər adamdır, kübar içində məşhurdur, bəxtiyardır, zəngindir, mərifət əhlidir. Şair onu baş qəhrəmanı Məcnun ilə müqayisə edir. İbn Səlam Leylini ova gedəndə görür, məftun olur və dərhal evinə qayıdır. Leyli üçün elçi getməyə ən ağıllı, münasib bir adam tapır.

     Təsvirdə, baş qəhrəmana-Məcnuna rəqib çıxan bir adamın təsvirində gözləmək olardı ki, şair rəqibin mənfi cəhətlərini qabardıb göstərsin. Elə olmur, şair hətta Məcnunun rəqibində də çirkin xüsusiyyətlər görmür. Daha doğrusu, belə bir adam ilə "ən yüksək xilqət" olan Leylini üz-üzə gətirmək istəyir. Leyli İbn Səlamı sevməsə də, ondan kənar olmaq istəsə də, İbn Səlam nəcibliyin də qalır. Leyli toy gecəsində öz dərdini ona danışandan sonra qızın bütün iztirablarına inanır, alicənablıq edir, fıkrini tamam dəyisir, ona yaxınlıq etmir, "vəsldən" əl çəkib hicranı özünə ruzi edir.

Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?

    Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

       Meyl etmədi mütləq ol nigarə,

       Hərgiz ona qılmadı nəzarə!

     Poemanın axırlarına yaxın Leyli və Məcnunun üz-üzə gəldiyi yerdə gözlənilməyən bir hadisə baş verir, Bir az əvvəl səhrada karvanı itirən, azıb sərgərdan gəzən Leyli, Məcnuna rast gələndə onu tanımamışdı. İndi İsə Məcnun Leylini tanımır və ya tanımaq istəmir. Leyli özünün hər bir qeyd və şərtdən uzaq olduğunu, Məcnunun ağuşuna girməyə hazır olduğunu deyəndə Məcnun kənara çəkilir, belə bir vüsala taqətsiz olduğunu iddia edir:

Yaqmağa bir məni yetər xəyalın,
Yoxdur mənə taqəti-visalın!
Ol gün ki, gözümdə var idi nur,
Gözdən üzünü qaçırdın, ey hur...
Eşq etdi binayi-vəsli mohkəm,
Mənidə məni sənınlə həmdəm!..
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, olki, var sənsən!...

     Ömrünü məşuqəsinin yolunda qoyan, fani gün üçün də "rüsvayi-xəlayiq" olan bir adamın öz arzusuna çatdığı yerdə birdən-birə üz döndərməsi təbii, şüurlu hərəkət sayılmaz. Bu, doğrudan da "cünunçuluq" əlamətidir. Ancaq böyük şair bunu da səthi, adi bir hərəkət saymır, aşiqin iztirablarla dolu, yaralı qəlbi ilə və qəlbin mürəkkəb həyatı ilə izah edir. Məcnun indi uğursuz bir eşqin mücəssəməsi olaraqqalmaq, Leylinin bakir xəyalı ilə yaşamaq və ölmək istəyir:

Mən eşq gazərgəhində xakəm,
Elcümlə bilirməniki, pakəm!...

       Şikayətnamə

     Dövrünün məmur hərc-mərcliyini, əyanların rüşvətxorluğu ucbatından adına kəsilmiş təqaütü ala bilməməsindən şikayətlənən Fizuli özünün "Şikayətnamə" mənzum şerində yazır:

       Salam verdim - rüşvət degildir deyü almadılar.
       Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.
       Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm'i sualıma cavab verdilər.
       Dedim:- Ya əyyühəl-əshab! Bu nə fe'li-xəta vü çini-əbrudur?
       Dedilər:- Müttəsil bizim adətimiz budur.

       Dedim:- Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki,
       övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam.
       Dedilər:- Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd
       vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb,
       namülayim sözlər eşidəsən.

       Dedim:- Bəratımın məzmunu nə üçün surət bulmaz?
       Dedilər:- Zəvaiddir, hüsuli mümkün olmaz.

       Dedim:- Böylə övqaf zəvaidsiz olurmu?
       Dedilər:- Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?

       Dedim:- Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.
       Dedilər:- Ağçamız ilə satın almışız, bizə həlaldır.

       Dedim:- Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
       Dedilər:- Bu hesab qiyamətdə alınır.

       Dedim:- Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.
       Dedilər:- Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.

Əsərləri

"Səhhət və Mərəz" – farsca və nəsrlə yazılmış alleqorik əsər.

"Rindü Zahid" – farsca və nəsrlə yazılmış iki baxışın dialoqu.

"Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.

"Hədisi ərbəin" tərcüməsi

"Mətləül e`tiqad"

Çap olunan kitabları

"Leyli və Məcnun" Bakı, Uşaqgəncnəşr, 1958

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1996.

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh. Mətn

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. III cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. IV cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild

Məşhur qəzəlləri "Məni candan usandırdı"

"Söz"

"Olsaydı məndəki qəm"

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır

Canı kim cananı üçün sevsə cananın sevər

Məndə Məcnundan füzun aşiqlik istedadı var

"Yetər ey fələk"

"Tutuşdu qəm oduna"

"Pənbeyi-daği-cünun içrə nihandır bədənim"

"Ey könül, yarı istə, candan keç"

"Könül səccadəyə basna ayaq, təsbihə əl urma"

"Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru"

Ey bivəfa ki, adət olubdur cəfa sana

Aşiq oldum yenə bir tazə güli-rənayə

Səsləndirilmiş şeirlər

"Hədiqətüs Süəda" - səsləndirən: Ənvər Vəliyev

"Şəbi hicran yanar canım" - səsləndirən: Elşən Rüstəmov

"Ey həkim" - səsləndirən: Şahrux Nəxai

"Ey təbib"

Şeirlərinə yazılmış musiqi əsərləri

Operalar

Leyli və Məcnun - musiqi: Üzeyir Hacıbəyov

Musiqi poemaları

"Füzuli" vokal-simfonik poema (1993) - musiqi: Ramiz Mustafayev

"Füzuli" simfonik poema - musiqi: Arif Məlikov

Romanslar

Şövkət Ələkbərova - "Füzuli kantatası" (Məni candan usandırdı) - musiqi: Cahangir Cahangirov

Gülağa Məmmədov - "Vətənimdir" - musiqi: Süleyman Ələsgərov

Ramil Qasımov - "Suların aynası" - musiqi: Rəşid Şəfəq

Ramil Qasımov - "Yad eylərəm" (fortepiano ilə oxumaq üçün)- musiqi: Oqtay Zülfüqarov

Təsniflər, muğamlar

Əbülfət Əliyev - Təsnif "Məni candan usandırdı"

Əlibaba Məmmədov - Müxalif təsnifi "Şəbi hicran"

Gülüstan Əliyeva - Təsnif "Ey kaman-ebru şəhidi naveki müjganunam

Heyrət, ey büt

Filmoqrafiya

Məhəmməd Füzuli (film, 1958)

Leyli və Məcnun (film, 1961)

Məhəmməd Füzuli (film, 1989)

Şəbi-hicran (film, 1993)

Söhbətül-əsmar (film, 1994)

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 9 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar