"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 21/10/2018, 17:07
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

TƏQVİM

«  İYUL 2017  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » İYUL » 2 » Fələki Şirvani
18:22
Fələki Şirvani

YAZIÇILAR VƏ SAİRLƏR

       Fələki Şirvani - XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi.

       Həyatı

       Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.

        Yaradıcılığı

       Fələki Şirvaninin yaradıcılığında məhəbbət lirikasi, təbiət tərənnümləri də güclüdür. Onun poeziyası özündə XI-XII əsrlər Azərbaycan ədəbiyyatında dünyəvi şerin inkişaf mərhələlərini izləmək üçün zəngin material verir. Çünki bu poeziya Şərq ədəbiyyatının bütün mütərəqqi ənənələrini, o cümlədən insan gözəlliklərinin, onun daxili aləminin bədii inikasında təbiət lövhələrinə müqayisəli müraciətin əlvan forma və üsullarını yaradıcı şəkildə inkişaf etdirir. Əsərləri yüksək sənətkarlıq keyfiyyətlərinə malik olan Fələkinin məhəbbət təranələri öz zərifliyi və səmimiliyi ilə şüurlarda həkk olub qalır, qəlbləri riqqətə gətirir. Maraqlıdır ki, orta əsrlər Yaxın Şərq şerində bu və ya digər dərəcədə özünü büruzə verən, ənənələrdən gəlmə qeyri-real, mistik meyillərdən Fələkinin aşiqanə lirikasında heç bir əlamət yoxdur. Onun "ay buxaqlı", "günəş camallı", "ləbləri həyat çeşməsi olan", "nərgiz gözlü", "zülfləri ənbər qoxuyan", "dişləri inci" gözəli təbii, real varlıqdır, Yer övladıdır. Fələki Şirvaninin "Divan"ının çox səhifələrində bu gözəlin rəngarəng təsvir vasitəsilə poetik portreti öz inikasını tapır.

    Dövrünün bir sıra tarixi fakt və hadisələrini özündə əks etdirməsi ilə həm də tarixi mənbə kimi böyük əhəmiyyətə malik olan Fələki Şirvaninin poeziyasının ideya-fəlsəfi axtarışlarına ictimai-tarixi hadisələrdən doğan dövranın cövr-cəfasından şikayət və haqsızlıqlara qarşı etiraz motivləri də qarışır. Bu hal onun "Həbsiyyə" silsiləsinə daxil olan və həmin ad altında yazdığı şeirlərdə daha qabarıq nəzərə çarpır.

       Həmçinin bax

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 17 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar