"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 21/10/2018, 16:58
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 31 » Əbu Məhəmməd İlyas Yusif oğlu
23:59
Əbu Məhəmməd İlyas Yusif oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

      Əbu Məhəmməd İlyas ibn Yusif - dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri; orta əsrlər şərqinin ən böyük şairlərindən biri; farsdilli ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri kimi də o, fars poeziyasının klassiki, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkar hesab olunur.

       Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, TürkiyəÖzbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin RumiSədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütü şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır.

       Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir.

         Həyatı
    
Nizami Gəncəvi ləqəbi ilə tanınır (fars نظامی گنجوی; təxm. 1141, Gəncə,Eldənizlər dövləti (hazırkı Azərbaycan Respublikasının ərazisi) – təxm. 1209, Gəncə) Nizaminin həyatı haqqında çox az məlumat var; şairin həyatı haqqında yeganə məlumat mənbəyi onun əsərləridir ki, bu əsərlərdə də kifayət qədər aydın informasiya verilməmişdir. Buna görə də Nizaminin adı və şəxsiyyəti ətrafında çoxlu əfsanələr yaranmış və onun bioqrafiyasınnı bəzəmişdir.

        Adı və ləqəbi
       
Şairin əsl adı İlyas, atasının adı Yusif, babasının adı Zəki olmuşdur: oğlu Məhəmmədin doğulmasından sonra onun da adı şairin tam adına keçmiş və onun tam adı Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd olmuşdur. Ədəbi ləqəb kimi şair "Nizami" sözünü seçmişdir ki, bunu da bəzi təzkirəçilər, şairin ailəsinin ənənəvi olaraq tikməçiliklə məşğul olması ilə izah edirlər; Nizami ədəbiyyatla məşğul olmaq üçün ailə sənətindən imtina etmiş, toxuyucu səbri ilə əsərləri üzərində çalışmışdır. Şairin Nizam əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəd olmuşdur. Yan Rıpka şairin rəsmi adının Hakim Camal əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəd Nizami olduğunu qeyd edir.

       Doğum tarixi və yeri
       
Nizaminin dəqiq doğum tarixi bilinmir. Məlum olan odur ki, şair, 1140-1146-cı (hicri 535—540) illər arasında doğulmuşdur. Nizaminin bioqrafları və müasir tədqiqatçılar, onun dəqiq doğum tarixini altı il arasında göstərirlər (535-40/1141-6). Formalaşmış ənənəyə əsasən və UNESCO-nun da qəbul etdiyi tarixə əsasən şairin doğum tarixi kimi 1141-ci il qəbul olunur. Bu tarixə şair özü də, "Xosrov və Şirin" poemasının "Kitab üçün üzr" bölməsində işarə edərək deyir:

Fələк yaradırкən deyib mənə "şir",
Laкin bu vücudum bir yun heyкəldir,
Deyiləm düşmənlə vuruşan şirdən,
Yetər кi, özümlə döyüşürəm mən.
(tərcüməsi: R.Rza )

       Bu beytlərdən məlum olur ki, şair Şir bürcü altında doğulmuşdur. Həmin bölmədəcə Nizami bildirir ki, poema üzərində işə başlayarkən onun qırx yaşı olmuşdur, poemanı yazmağa isə şair, hicri təqvimlə 575-ci ildə balamışdır. Bu hesaba əsasən belə nəticə alınır ki, Nizami hicri 535-ci ildə (miladi 1141-ci il) doğulmuşdur. Həmin il ulduzlar 17-22 avqust tarixlərində Şir bürcü altında düzlümşüdür ki, buna əsasən də Nizaminin 17-22 avqust 1141-ci ildə doğulması güman edilir.
       Şairin doğum yeri də uzun müddət mübahisə mövzusu olmuşdur.
Lütfəli bəy Azər (XVIII əsrdə yaşamışdır) "Atəşgədə" adlı təzkirəsində Nizaminin aşağıda göstərilən və "İsgəndərnamə" poemasından olması iddia edilən (poemanın Abdulla ŞaiqMikayıl Rzaquluzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və nəşr olunmuş variantında həmin beyt yoxdur) beytə istinadən Nizaminin mərkəzi İrandakı Qum şəhərində doğulmasını iddia edir:

Mən mirvari kimi Gəncə dənizində qərq olsam da,
dağlarda yerləşən Qum şəhərindənəm.
(tərcüməsi: Əhməd İsayev)

       Akademik Y.E. Bertels qeyd edir ki, Nizaminin ona məlum olan ən yaxşı və qədim əlyazmalarında belə Qum haqqında məlumata rast gəlməmişdir. Hazırda, akademik müəlliflər tərəfindən qəbul edilmiş ortaq fikrə əsasən, Nizaminin atasının Qumdan olmasına, lakin Nizaminin özünün Gəncədə doğulmasına, onun əsərlərində Qumda doğulması ilə bağlı iddianın isə mətn səhvi olmasına inanılır. Nizaminin yaşadığı dövrdə Gəncə şəhəri, 1077-1307-cü illərdə mövcud olmuş Böyük Səlcuq imperiyasının (və onun yerli təmsilçiləri olan Azərbaycan Atabəylərinin) hakimiyyəti altında olmuşdur.
       Nizami şəhərdə doğulmuş
və ömrünün sonuna kimi şəhərdə yaşamışdır. Onun doğma şəhəri olan Gəncədə o dövrdə irandilli əhali üstünlük təşkil etdiyinə görə fars mədəniyyəti hakim olmuşdur. Həyatı haqqında az məlumat olmasına baxmayaraq, şairin ömrünün sonuna kimi Cənubi Qafqazda yaşaması güman edilir. Nizaminin həyatı haqqında cüzi məlumatlar onun əsərlərində verilmişdir.

        Şəxsi həyatı

        Yaradıcılığı
       
Nizami dövrü fars mədəniyyəti, qədim köklərə, əzəmət və dəbdəbəyə malik olması ilə məşhurdur. Davamlı olaraq, ölkə ərazisinə yürüş edən yadelli xalqların təsirinə məruz qalmasına baxmayaraq, islamaqədərki fars mədəniyyəti, musiqi, memarlıq və ədəbiyyatda zəngin özünüifadə ənənələri formalaşdıraraq, özünü saxlamaq, qismən dəyişilmək və yad elementləri özünə uyğunlaşdırmaq xüsusiyyətinə malik idi. Nizaminin də sonuncu poemasını həsr etdiyi Makedoniyalı İskəndər, fars mədəniyyətinin əsirinə çevrilmiş çoxsaylı tarixi şəxslərdən biridir. Nizami, İran mədəniyyətinin səciyyəvi məhsulu idi. O, islamaqədərki və islamdansonrakı İran, həmçinin İran və Qədim dünya arasında körpü yaratmışdır. Nizami Gəncəvi, Persiyanın periferiyası olan Qafqazda yaşayıb-yaratmasına baxmayaraq, öz yaradıcılığında bütün fars mədəniyyəti üçün ənənəvi olan vahid dil və vətəndaş fikri ənənəsinə sadiq qalmış, "Yeddi gözəl" poemasında isə İranı "dünyanın ürəyi"adlandırmışdır:

İran, bir ürəkdir, bu aləm bədən,
Olmaz xəcalətli, belə söz deyən.
Çünki, ürəyidir bu yerin İran,
Ürək yaxşı olar bədəndən,
inan!
(tərcüməsi: Məmməd Rahim )

       Əsərləri

       Xəmsə
      
Sirlər xəzinəsi Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunələrindən biri olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanistdemokratik istiqamət vermişdir.
       Nizami Gəncəvi “Sirlər Xəzinəsi”ni yazarkən özünə qədər şərq ədəbiyyatında sabitləşmiş bir sıra ənənələri təkmilləşdirərək orijinal mövqedən çıxış etmişdir. Həmin cəhət birinci dəfə hind alimi Ə. A. Əhmədin diqqətini cəlb etmişdir. O, qeyd edir: “Xacə Nizami Gəncəvi qədim üslubu dəyişərək məsnəvi deməkdə yeni bir tərz ixtira edib, sözü bəzəmiş və birinci olaraq o, bu nazik, çətin yolla getməklə namünasib sözün sir-zibilini, xoşagəlməz, daş-kəsəkli və bəyənilməz qafiyələri bu yoldan təmizləyərək, şer mülkünü nizama salmışdır. Fars dəri dilində Nizaminin “Sirlər Xəzinəsi”nə kimi
əruz vəzninin səri bəhrində ayrı-ayrı beytlər olsa da, böyük həcmli didaktik poemalarda bu bəhrdən istifadə edilməsi haqqında heç bir məlumat yoxdur. “Sirlər Xəzinəsi”ndən əvvəl yazılmış didaktik poemalar isə Əruzun Həzəc bəhrində yazılmışdır.
       H.Araslı “Sirlər Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəllərinin öz əksini tapdığını qeyd edir. Y. E. Bertels “Sirlər Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu göstərmişdir. F. Qasımzadə “Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.

         Xosrov və Şirin
       
Xosrov və Şirin Nizami Gəncəvinin ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə(1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.
       Əsərin süjetinin əsasında
Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır.

        "Leyli və Məcnun"
       
"Leyli və Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. Nizaminin "Leyli və Məcnun" poeması 1188-ci ildə yazılmışdır.Şirvan hökmdarı Əxistanın sifarişi ilə yazılmış "Leyli və Məcnun" poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır. Şair qadın hüquqsuzluğundan, qadının əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır.
     
Nizami Leyli və Məcnun haqqındakı xırda və pərakəndə, quru və bədii cəhətdən sönük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmiş, demək olar ki, heç nəyi atmamış, lakin sənətin sərt qanunu əsasında onu sistemə salıb, kədərli və əzəmətli bir söz abidəsi yaratmışdır. Böyük söz ustası mövzunun imkanlarından istifadə edərək həyat, insanlar, onların əxlaqı, rəftarı, əməlləri barədə narahat düşüncələrini qələmə almışdır. Nizami insan və zaman probleminə, bu problemin ayrı-ayrı cəhətlərinə poemada dönə-dönə toxunur. Dahi şair doğru qeyd edir ki, insanda hələ nöqsanlar vardır. Bununla bərabər, o, insanı yaxşılığa, gözəlliyə səsləyir. Yaxşı sözü yaman sözdən üstün tutan şair zamanın eyiblərini də çəkinmədən romantik bir pafosla dilə
gətirir.

Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onları dilə.
Pis sözü ağzına alınca insan,
Qarnında öldürsə yaxşıdır, inan.
Bu dünya dolanıb döndükcə ruzgar,
Qoy səndən yaxşı söz qalsın yadigar.

       Nizami Məcnundakı insanlığın, idrakın, sevginin nə qədər güclü, fədakar, təmənnasız olduğunu, onun "idrak yolundakı əngəlləri" necə qətiyyət və cəsarətlə qaldırıb kənara atdığını öz ecazkar sənətinin əlvan boyalarıyla açıb göstərir. Orta əsrlər şəraitində qadınların oyanması, insanlığını dərk etməsi və faciəsi Leyli surətində əks etdirilmişdir. Məcnun kimi sevən, yanan, duyan, onun kimi şəhid olan Leyli Məcnunun qadın tayıdır. Leylinin də faciəsi köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun yeniliyə qarşı qəddar və amansız olmasından yaranır. Orta əsr feodalının mütləq hakimiyyətinin hələ güclü olduğu, lakin sarsılmağa başladığı bir dövrdə Leylinin faciəsi təbii idi. Zaman onun insanlığını, hisslərini, mənəvi sərbəstliyini hələ qəbul etmir, bu barədə eşitmək belə istəmirdi: hələ ona əşya kimi baxır, onu bazara çıxarır, kim çox qızıl versə, ona da satırdı. Zaman belə qanun qoymuşdu ki, qadının düşünməyə, duymağa, sevməyə, seçməyə ixtiyarı yoxdur, əgər o, müstəqil düşüncəyə malik olsa, namussuz hesab edilər, başı kəsilib itə atılardı, ancaq qanundan kənar istəyinə çatmağa imkan verilməzdi.

Leyli ilə Məcnunun Əsevişməsi:
Hər gün parladıqca sübhün güzgüsü,
Doğardı şərqin də Yusif üzlüsü.
Öz reyhan köksünə turuncu fələk
Qızıl bir turuncla verirdi bəzək.
Leyli də bəhs edib turunc fələklə,
Turunc çənəsini alardı ələ.
Turunclu gördükcə xalq o nigarı,
Açıldı eşqinin yetişmiş narı.
O təzə turunca baxdığı zaman
Turunc tək, əlini kəsərdi insan.
Qeys onun turunca bənzər üzündən
Saralıb narınca dönmüşdü bilsən.
Narıncla turuncun ətri dünyada
Dostlar damağını gətirdi dada.
Böyləcə bir müddət gəlib dolandı,
Bu iki nazənin odlara yandı.
Çəkib qılıncını zalım məhəbbət.
Bu gənc ürəkləri eylədi qarət.
Ürək əvəzində qəm verdi yalnız,
Ürəklə səbri də apardı vaxtsız.
Onlar bir-birinə könül verdilər,
Tezcə dildən-dilə düşdü bu xəbər...

         Yeddi gözəl
     Nizami Gəncəvinin dördüncü poemadır. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir.
       
Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420-439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi gözəl poemasıerotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir.
      Nizami tərəfindən yazılmış hekayələr sonrakı dövrdə farsdilli ədəbiyyat, şərq ədəbiyyatı və dünya ədəbiyyatının inkişafına ciddi təsir göstərmişdir.
      Poemanın tənqidi mətni Helmut Ritter və Yan Rıpka tərəfindən on beş əlyazma nüsxəsi əsasında hazırlanmış və 1848-ci ildə Bombeydə əldə edilmiş litoqrafiyalarla birlikdə 1934-cü ildə Praqada hazırlanmış və həmin ildə İstanbulda nəşr edilmişdir. Bu nəşr ciddi tekstual-tənqidi metodologiya əsasında hazırlanmış azsaylı klassik farsdilli mətnlərdən biridir: mütəxəssislər əlyazmaları “A” və “B” adlandırdıqlar iki qrupa bölmüşdür. Yalnız hər iki qrup əlyazmalarda yer alan beytlər orijinal hesab edilmişdir. “B” qrupunda yer alan əlyazmalar nəşr üçün əsas hesab edilmiş, “A” qrupunda yer alan əlyazmalardan əlavə olunmuş beytlər isə kvadrat mötərizələrlə işarələnmişdir. “A” qrupu üçün xarakterik olan beytlər tənqidi hissələrlə verilmişdir. 1936-cı ildə İran alimi Vahid Dəstgirdi əsəri nəşr etdirmiş və bu nüsxə sonralar da bir neçə dəfə təkrarən nəşr olunmuşdur. Dəstgirdi “hicri 700-1000-ci illəri əhatə edən” on üç qədim əlyazma nüsxəsindən istifadə etmişdir.

       İsgəndərnamə
     İsgəndərnamə, Nizami Gəncəvinin beşinci və sonuncu poemadır. Poema 1200-1203-cü illər arasında fars dilində yazılmışdır. "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. İskəndərnamə tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir.
       Ə.Abbasov qeyd edir ki, “İsgəndərnamə” əzmun (bəzi sahələrdə) və forma cəhətdən Nizami yaradıcılığında müstəsna mövqe tutmaqla yanaşı, şairin başqa poemalarından üstünlük təşkil edir. S. Nəfisi isə qeyd edir ki, İsgəndərnamə bədii cəhətdən şah əsər olmaqla yanaşı, şairin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarına nisbətən ikinci dərəcəli əsərdir.
       XIX əsrdən başlayaraq Nizaminin başqa əsərləri ilə yanaşı “İsgəndərnamə” poeması da Avropada tanınmağa başlayır. Məşhur şərqşünas Hammer “İsgəndərnamə”dən 100-ə qədər beyti alman dilinə tərcümə edir. Avropa şərqşünaslarından Darmsteter, Ete, Yakob, Braun, Arberru, Miller və başqaları öz əsərlərinə “İsgəndərnamə” poemasından qısa şəkildə bəhs edirlər. Macarıstan şərqşünası V. Baxer 1871-ci ildə Nizaminin həyat və yaradıcılığına aid yazdığı kitabında Ceyms Darmesteter Şərqdə “İskəndərnamə” rəvayətindən danışarkən yeri gəldikcə Nizaminin əsərindən də bəhs edir. O, göstərir ki, Nizaminin İsgəndəri peyğəmbər, Allahı sevən və İbrahimin nəvəsidir. Darmsteterin fikrincə, Nizaminin atəşgahların dağıdılmasına aid olan qədim mənbələrdən məlumatlı olduğunu demək çətindir. Ete Herman İsgəndərin dirilik suyu ardınca zülmət dünyasına getməsi epizodunun fars mətninin almancaya tərcüməsini və şərhini vermişdir. O, özünün “Fars ədəbiyyatı tarixi” adlı başqa bir əsərində də yeri gəldikcə “İsgəndərnamə” haqqında fikirlər söyləmişdir. Arberriyə görə “İsgəndərnamə” Şairin dördüncü poemasıdır. Müəllif nədənsə “Şərəfnamə”ni (I hissə) “İqbalnamə”, “İqbalnamə”ni (II hissə) isə “Xirədnamə” adlandırır.
     “İsgəndərnamə” Nizami Gəncəvinin poemaları arasında elmi-tənqidi mətni olan ilk əsərdir. Akademik Ə. Əlizadə və F. Babayev tərəfindən hazırlanmış bu nəşr dünyanın müxtəlif kitabxanalarında saxlanılan ən qədim on əlyazma əsasında tərtib edilmişdir.

        Farsca divanı
        
Əsas məqalə: Nizami Gəncəvinin farsca divanı

        Türkcə divanı
        Əsas məqalə: Nizami Gəncəvinin türkcə divanı
    2013-cü ildə Zəncan Universitetinin professoru, azərbaycanlı alim Hüseyn Türksoy Misirin Xədəviyyə kitabxanasında, Nizami qovluğunda Nizami Gəncəviyə aid olduğu iddia edilən azərbaycanca-türkcə divan nüsxəsi tapmışdır. Prof. Sənan İbrahimov divana ön söz yazaraq, onu transliterasiya edib, nəşr etdirmişdir.

        Dünya səviyyəsində tanınması
      
20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Professor bildirmişdir ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, - deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırib.

Şeirləri əsasında musiqi əsərlər

Romanslar

Bülb - musiqi: Üzeyir Hacıbəyov

Müslüm Maqomayev - Sənsiz - musiqi: Üzeyir Hacıbəyov

Yaşar Səfərov - Gülüm - musiqi: Fikrət Əmirov

Bülbül - Gül camalın - musiqi: Cahangir Cahangirov

Qəzəl (xor üçün). musiqi: Cahangir Cahangirov

Gözün aydın gözümə. musiqi: Tofiq Quliyev

Qəzəl. musiqi: İzzət Əliyeva

Qəzəl. musiqi: Hökümə Nəcəfova

Yarım gəldi. musiqi: Hökümə Nəcəfova

Mobil Əhmədov - Tez gəl. musiqi: Hökümə Nəcəfova

Nə lazım. musiqi: Ağabacı Rzayeva

Könlüm. musiqi: Ağabacı Rzayeva, Firəngiz Əlizadə

Cahanda. musiqi: Şəfiqə Axundova

Şövkət Ələkbərova - Necə səbr etsin. musiqi: Şəfiqə Axundova

Nə gözəl. musiqi: Şəfiqə Axundova

Vəslin həvəsi. musiqi: Adilə Hüseynzadə

Sərvi xuramanım mənim. musiqi: Süleyman Ələsgərov

Lütfiyar İmanov - Ey gözüm. musiqi: Qəmbər Hüseynli

Nizami oratoriyası. musiqi: Ramiz Mustafayev

Payız (xor üçün). musiqi: Qara Qarayev

Ey gül (xor üçün). musiqi: Cövdət Hacıyev

Muğamlar

Gülağa Məmmədov - "Yenə tövbə evimə" təsnif

Gülağa Məmmədov - "Gözün aydın gözümə" təsnif

Operalar

Xosrov və Şirin (opera) - musiqi:Niyazi

Simfonik əsərlər

"Bəhram Gur" simfonik poeması - musiqi: Midhət Əhmədov

Leyli və Məcnun (balet) - musiqi: Qara Qarayev

Yeddi gözəl (balet) - musiqi Qara Qarayev

Nizamiyə ithaf

Nizami (opera) - musiqi: Əfrasiyab Bədəlbəyli

Nizami (balet) - musiqi: Fikrət Əmirov

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 28 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar