"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 18/02/2018, 15:00
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 3 » Aşıq Qurbani Mirzalıxan oğlu
09:16
Aşıq Qurbani Mirzalıxan oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

     Aşıq Qurbani Mirzalıxan oğlu — Ustad aşıq. Ədəbiyyatda Dirili Qurbani kimi tanınır.

       Həyatı

     Aşıq Qurbani Xudafərin yaxılınlığındakı Cəbrayıl rayonunun Diri dağının döşündəki Diri kəndində 1477-ci ildə anadan olub. XV əsrin sonları və XVI əsrdə yaşayıb-yaratmış Qurbani bəzilərinin dediyinə gorə Təbrizin yaxınlığındakı Diri kəndindəndir.

      Azərbaycanın bizə məlum olan ən qədim şair-aşıqlarındandır. Şah İsmayıl Xətainin müasiri olan Qurbaninin adına sonralar bir xalq dastanı da qoşulmuşdur.
     Dirili Qurbani Məclisi Azərbaycan aşıq poeziyasının, saz-söz sənətinin ən dəyərli nümunələrini yaratmış Aşıq Qurbaninin adını daşıyır.

     DİRİLİ QURBANİ VƏ YARADICILIĞI
     Azərbaycanın qüdrətli el sənətkarı – haqq aşığı, el şairi Qurbani Mirzalıxan oğlu 15-16-cı əsirdə yaşayıb yaratmışdır. O, 1477-ci illərdə Cəbrayıl rayonunun qədim Diri kəndində anadan olmuşdur, 1540-cı ildə isə, doğulduğu kənddə vəfat etmiş və eləoradaca Diri dağının zirvəsində dəfn edilmişdir. Doğulduğu və boya-başa çatdığı doğma kəndinin adı ilə bu böyük sənətkar sonralar xalq arasında Dirili Qurbani adı ilə tanınmışdır.Qurbani mükəmməl təhsil almış, ərəb və fars dillərini dırindən bilmişdir.
      Onun bayatı, gəraylı, qoşma, təcnis, divani, tərcibbənd, ustadnamə və sair şeir formalarında yazdığı əsərlərində təbiət, məhəbbət, vətən, insan, eləcə də içtimai-siyasi mövzular daha qabarıq görünür. Qurbaninin doğulduğu Diri kəndi Diri dağın yamacında Araz çayının üstündəki Xudafərin körpüsü yaxınlığındadır. O, özü bir bayatısında deyir:
       Əzizim Diri dağı,
       Duman gəl bürü dağı,
       Xudam bir körpü salıb,
       Arxası Diri dağı.
    Əsərlərindən göründüyü kimi dövrünün böyük Azərbaycan sərkərdəsi və şairi olmuş Şah İsmayıl Xətai iləgörüşmüş, sonralar da ondan ayrılmayaraq sarayında yaşamışdır.Ş.İ.Xətaiyə böyük məhəbbət və rəğbət bəsləyərək onu özünün mürşüdü, yəni müəllimi, ustadı adlandırmışdır.Həmin dövrlərdə aşıq- şair doğma yurdun həsrətini çəkmiş, el-obadan ayrı düşmək nisgili onu daim narahat etmişdir. Məşhur Bənövşə şeirində:
       Qurbani der: könlüm bundan sayrıdı
       Nə etmişəm yarım məndən ayrıdı
       Ayrılıqmı çəkib boynu əyridir?
       Heç yerdə görmədim düz bənövşəni.
     Qurbaninin həyat və yaradıcılığı haqqında S. Mumtaz, Ə. Axundov, M. Təhmasib, M.İbrahimov, P. Əfəndiyev, M. Həkimov, Q. Namazov, S. Paşayev, A. Nəbiyev, K. Vəliyev, M. Allahamanov, M. Qasımlı,Q. Kazımov və başqalarının elmi əsərləri Qurbani irsinin öyrənilməsində mühüm rol oynayır. Professor Q. Kazımovun Qurbani poetikası əsərini istisna etsək elmi tədqiqat baxımından Qurbaninin poetik irsi bir dissertasiya mövzusu kimi ilk dəfə olaraq Tarıyel Abbaslı tərəfindən geniş şəkildə tədqiqata cəlb olunmuş və əhatəli öyrənilmişdir. Dövrünün bir sıra görkəmli el şairləri və ozanları içindən çıxaraq Azərbaycan klassik aşıq sənətinin əsasını qoyan Dirili Qurbani demək olar ki, aşıq yaradıcılığının bütün janrlarında olduqca gözəl nümunələr yaratmışdır. Aşıq yardıcılığında çətin hesab olunan Divanilər də ilk dəfə Qurbani tərəfindən yaradılmış, üç aşıq havası o cümlədən məşhur Heydəri saz havası indiyədək aşıqların dilindən düşmür. Qurbani özündən sonra gələn 500 illik bit tarixdə- müasir dövrümüzədək aşıq və şairlərin yaradıcılığına güclü təsir göstərmişdir. Təsadüfi deyil ki, təkcə onun Bənövşə şeirinə yüzlərlə nəzirələr yazılmış, bir çoxları onu Qurbaninin adı ilə bağlamışdır.Qurbani Ş.H. Xətaiyə 7 saz havası həsr etmişdir. Bunlar Şah Xətai, Şahsevəni, Şahsarayın, Başdivani, Heydəri, İbrahimi, Sultanı aşıq havalarıdır. Bu havalar indi də aşıqlarımız tərəfindən geniş ifa olunur. Qurbaninin Xətai yaradıcılığına müəyyən təsiri olmuşdur. Klassik üslubda şeirlər yazan Xətai sonralar əsasən xalq şeiri üslubuna üstünlük vermiş, çoxlu bayatılar, qoşma və gəraylılar yazmışdır.Qurbaninin şeirləri 1927-ci ildən başlayaraq müxtəlif tədqiqatçılar tərəfindən nəşr edilən aşıq şeirləri toplularında nəşr olunmuşdur. 1927 (S. Mumtaz. El şairləri),1935 (S.Mumtaz. El şairləri), 1929-1938 ( S.Rüstəm və M. Rahim. Qoşmalar), 1960( S.Axundov. Aşıqlar), 1970 (İ .Tapdıq. Aşıqlar ), 1972 ( A. Dadaşzadə. Qurbani 55 şeir.), 1978 (M. Şükür.Sazım-sözüm ), 1983( Ə.Axundov. Azərbaycan aşıaları və el şairləri),1984 ( H .Arif və M. Həkimov), 1984 (Q. Kazımov. Qurbani(ruscaya tərcümə:V.Qafarov),1990( Q. Kazımov. Qurbani(ən mükəmməl nəşr), 1999( T.Abbaslı. Qolu bağlı keçdim Xudafərindən), 2001( Q.Kazımov. Qurbani və poetikası (monoqrafiya). və 2004 (T. Abbaslı. Qurbaninin poetik irsi (monoqrafiya).Qurbani şeirlərinin ən qədim əlyazma nüsxəsi 1775-ci ildə yazıya alınmış cüngdədir. Onun təxminən XVlll- XlX əsrlərdə müxtəlif cünglərdə 10-a qədər şeiri yazıya alınmışdır.
Ehtimal olunur ki, “aşıq” sözü ərəb dilindəki “eşq”, “aşiq” sözündən yaranıb, vurulmaq, bənd olmaq, sevmək deməkdir. Orta əsrlərdə aşıq sözü “Haqq aşığı”, “Allah aşığı” mənasını verməklə yanaşı, həm də titul kimi işlənir, şifahi xalq yaradıcılığında və klassik ədəbiyyatda da “aşıq” sözü yenə eyni mənanı daşıyırdı. Türk dilində isə aşıq sözü işıq mənasını verir. Övliya Çələbi “eşq” və “aşiq” sözlərinin türkcə “işıq” sözündən yarandığını söyləyirdi. “İşıq” və “aşiq” sözləri isə Allaha məhəbbətlə yanan mənasını verir.
Aşıq sözü ilə bağlı başqa bir ehtimal isə bundan ibarət idi ki, ilkin orta əsrlərdən başlayaraq hər şeyi bilən, hər sirrə vaqif olan bilici adamlara “şeyx”, və ya “şıx” deyə müraciət edərlərmiş. XVI əsrdə Şah İsmayıl Xətainin sarayındakı bilici ozanlara hörmət əlaməti olaraq “a şıx” deyə müraciət edilirmiş, bu da sonralar “aşıq” titulu kimi söz dünyamızda yaşamaq hüququ qazanır.
      Ehtimallar, yozumlar nə qədər olsa da, aşıq sözü əsrlərdir ki, yol gəlir. Elə bir zaman gəlib çatdı ki, ozanı aşıq, qopuzu saz əvəz etdi. Bir yolun bitdiyi, bir yolun başlandığı XVI yüzillikdə Dirili Qurbani haqq yolunun - aşıq sənətinin, aşıq şeirinin ilk yolçusu oldu.
       Əzizim Diri dağı,
       Duman, gəl, bürü dağı.
       Xudam bir körpü salıb,
       Arxası Diri dağı.
      500 ildən çoxdur ki, xalq ruhuna yaxın olan Qurbani irsini, Qurbani izlərini sevə-sevə yaddaşında yaşadır. 500 ildən çoxdur ki, Qurbani haqqında rəvayətlər, əfsanələr xalqın yaddaşında zaman-zaman cücərib boy atır.
     Mirzəlixan oğlu Dirili Qurban XV əsrin 70-ci illərində, təqribən 1477-ci ildə Xudafərin körpüsünün yaxınlığında, Cəbrayıl rayonundakı Diri dağının döşündəki Diri kəndində anadan olmuş, bu kənddə böyümüş, sonralar şeirlərində dəfələrlə doğma yurdunu xatırlatmışdı.
       “İsmim Qurbanidir, kəndim Diridir...”
       deyən el sənətkarı başqa bir şeirində kimliyini belə ifadə edir:
       “Dirili Qurbanın ərzi-halını
       Yalvara-yalvara yara deyərsən”.
    Şairin əsl adı Qurban olmuş, Şah İsmayıl Xətai ilə tanışlığa qədər “Dirili Qurbani” kimi tanınsa da, saray mühitinə düşəndən sonra o dövrün ənənəsinə görə şair Qurbani təxəllüsünü qəbul etmişdir.
      Nəzir-niyazla dünyaya gələn Qurbaniyə 17 yaşında Mazannənə pirində buta verilir. Gəncə xanının qızı Pəriyə aşiq olan Qurbaninin həyatı büsbütün dəyişir.
       Qurbaninin dərdi olub ziyada,
       Allahı çağırram, yetişər dada,
       Bir gözəl seçmişəm işıq dünyada,
       O pəri salıbdı çöllərə məni.
     Aşıq Qurbani tezliklə həm lirik şair, həm dastançı kimi xalq arasında tanınıb sevilir. Üstündəki Tanrı nəzəri, fərqli düşüncəsi və ilahi eşqi onu imtahana çəkir.

       Ədəbiyyatımızın solmayan “Bənövşə”si
      İnsan və təbiət gözəlliklərinin vəhdəti Qurbani yaradıcılığında bir-birini tamamlayır. Bu baxımdan Qurbaninin “Bənövşə” şeiri ədəbiyyatımıza yeni bir mövzu gətirdi. Bənövşəyə yüzlərlə şeir həsr olunsa da, heç bir şeirin ömrü Aşıq Qurbaninin “Bənövşə”sinin ömrü qədər uzun və ətirli olmadı.
       Tanrı səni xoş camala yetirmiş,
       Səni görən aşiq ağlın itirmiş,
       Mələklərmi dərmiş, göydən gətirmiş?
       Heyf ki, dəriblər az bənövşəni.
      Tarixi mənbələrə görə, Aşıq Qurbani Şah İsmayıl Xətainin hakimiyyəti dövründə yaşamış, 1500-cü ildə gənc Şah İsmayıl Xətai Xudafərin körpüsündən keçib Şirvana yürüş edərkən Qurbani onunlatanış olmuş və bu görüşü ömrü boyu unutmamışdır. Sonralar Qurbani hökmdara yaxın olmuş, şeirlərində onu vəsf etmişdi.
       Bu dünyada bir haqq divan,
       O dünyada cənnət-məkan.
       Qoy var olsun, türki zəban,
       Şah Xətai, Şah Xətai.
     Səfəvi dünyagörüşünün tərkib hissəsi olan türkçülük, millətçilik duyğuları Qurbani yaradıcılığında qabarıq şəkildə hiss olunur. 1535-1537-ci illərdə Osmanlı qoşunlarının Azərbaycana yürüşü zamanıQurbani yerli hakimin təhriki ilə Türkiyəyə aparılmış, Sultan Səlim tərəfindən 11 ildən artıq Qars qalasında qürbətdə qalmış, Vətən həsrəti ilə ağrılı-acılı günlər yaşamışdı.
       Ayrı düşdüm vətənimdən, elimdən.
       Başı çənli, qarlı dağlar qal indi.
       İçən ölməz dərdə dərman suyundan,
       Axar sular, tər bulaqlar qal indi.
    1548-ci ildə şah Təhmasibin ordusu Qarsı ələ keçirərkən, Qurbani azad edilir. Vətənə dönən aşıq Xətainin xatirəsinə böyük kədər, qüssə ilə dolu “Ola” rədifli mərsiyə divanını yazır.
       Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,
       Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
       Getmiş idim mürşüdimə dərdimə dəva qıla,
       Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.
     Ustad aşıqlar belə güman edirlər ki, Qurbani Şah İsmayıl Xətaiyə - “Şah Xətai”, “Şahsevəni”, “Şahsarayı”, “Baş divani”, “Heydəri”, “İbrahimi” və “Sultani” kimi yeddi saz havası həsr etmişdi.

     “Qurbani” dastanı
    Qurbani irsini nəsillərdən nəsillərə, yaddaşlardan yaddaşlara ötürüb yaşadanlardan biri də Aşıq Qurbaninin həyatından və yaradıcılığından bəhs edən “Qurbani” dastanıdır. Görkəmli folklorşünasMəhəmmədhüseyn Təhmasib “Qurbani” dastanını şərti olaraq Gəncə, Diri, Zəncan versiyalarına ayırmışdı. “Qurbani” dastanı xalqın çox sevdiyi məhəbbət dastanlarından biridir.
       Qurbani der: Diriliyəm mən, diri,
       Yolunda qoymuşam can ilə səri,
       Axtardığım yardı, şikarım Pəri,
       Mətləbimdi, Pəri üçün gəlmişəm.
     “Qurbani” dastanında 61 qoşma ustadnamədən, 8 gəraylıdan, 2 divani, 5 deyişmə və bir müxəmməsdən istifadə olunub.
      Dirili Qurbani haqqında gəzən rəvayətlər, əfsanələr isə bu gün də bitib-tükənmir. Sevgilisi yolunda min-bir əzab-əziyyətə tuş gələn, həyatı qüssə-kədər içində keçən Qurbanini ov zamanı ilan çalır,sevgilisi Pərinin qolları arasında canını tapşırır. Ayrılığa dözməyən Pərinin ürəyi partlayır. Başqa bir rəvayətdə isə Qurbanini ilan çalır, haraya gələn atasının qolları üstündə can verən aşıq belə bir bayatı çağırır:
       Vurdu bir talxa məni,
       Şəms etdi xalxa məni,
       Apar, qəbrim gendə qaz,
       Göstərmə xalxa məni.
     Qurbaninin günümüzə gəlib çatan şeirləri gəraylı, qoşma, bayatı, divani, deyişmə, bayatı və qitələrdən ibarətdir. Qoşmalar içərisində qıfılbənd-qoşmalar, təcnis qoşmalar və 20 bəndlik cahannaməvardır.
       Qurbanidi mənim adım,
       Adəm atadı bünyadım,
       Şeş atdım, çahar oynadım,
       Axır fələk uddu məni.
     Qurbaninin ən böyük xidmətlərindən biri isə ilk dəfə aşıq şeirində divani yazmasıdır. O dövrdə divani el şerinin qəzələ qarşı duran ən mükəmməl forması idi və bu janrı yaratmaqla Qurbani köhnəənənəni dağıdaraq, yeni bir cığır açdı.

Şeirlər:
Qoşmaları

Açılmış

Almağa gəlmişəm

Ayrı (Aşıq Qurbani)

Bağlasın

Bənövşəni

Bəhanədi bu

Bilmədinmi sən

Bir dala

Bir də yaz

Bu işə

Canım hey

Ellərə doğru

Eylədi

Eylədim

Əsər indi

Dəyər sənə

Dedilər

Deyərsən (Aşıq Qurbani)

Deyiləm

Dördünə

Dönübdü (Aşıq Qurbani)

Gedirəm (Aşıq Qurbani)

Gəncə hey

Gəlin (Aşıq Qurbani)

Gəlmişəm (Aşıq Qurbani)

Gəlmişəm (qoşma, Aşıq Qurbani)

Gətiri

Gəzə-gəzə mən

Görməsin

Gül üzə

Gülərmiş

Xoş gəldin

İndi (Aşıq Qurbani)

İndi (qoşma, Aşıq Qurbani)

İstərəm (Aşıq Qurbani)

Kənarında

Qal indi

Qal olur

Qızların (Aşıq Qurbani)

Məni (Aşıq Qurbani)

Məni candan eylədi

Mənim (Aşıq Qurbani)

Məndən (Aşıq Qurbani)

Namidarıdı

Nədəndi

Ləblərin

Olmaz (qoşma, Aşıq Qurbani)

Olmaz (qoşma, Dirili Qurbani)

Ondan öldür

Oyada məni

Pəri (Aşıq Qurbani)

Pərim

Pərinə

Rast gəldim

Saqinin

Selləni

Sevinsin

Sənə qurban (Aşıq Qurbani)

Ürəyimdə

Vermərəm səni (Aşıq Qurbani)

Yarı görmüşəm

Yeridi (Aşıq Qurbani)

Yetişdim (Aşıq Qurbani)

Yetincə

Tapılmaz (Aşıq Qurbani)

 

Gəraylıları

Aldığım

Gəldim (Qurbani)

Gülə, gülə (Aşıq Qurbani)

Dolana-dolana

Dilbər (Qurbani)

Olmaz (Aşıq Qurbani)

Pərim gəlsin

Mən (Qurbani)

Məni (gəraylı, Aşıq Qurbani)

Şah Xətai, Şah Xətai

Yetirməsin

Tez-tez

 

Təcnisləri

Yara üz

Divaniləri

Ola (Aşıq Qurbani)

Bayatıları

Bayatılar (Aşıq Qurbani)

Mənbə

"Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri - 2", Bakı, Təfəkkür, 2011. 80 səh. (tərtib edənlər. Yusif Dirili, Malik Əhmədoğlu)

Dirili Qurbani Məclisi

İstinadlar

Yaradıcılığı

Ustadlar ustadı Dirili Qurbani

Ədəbiyyat

Q.Ş.Kazımov (2006), «Qurbani. Seçilmiş əsərləri», Bakı: "Şərq-Qərb"

Həmçinin bax

Dirili Qurbani Məclisi

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 11 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar